Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (1-ci hissə)

posted in: Xəbər | 0

peşədə inkişafMühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? Ruhlandırıcı 6 hekayə

1-ci hissə

Bu yazıda, biz ən real praktikantların ən maraqlı və faydalı rəylərini toplamışıq. Qoy bu hekayələr yeni başlayan əməkdaşları ruhlandırsın, təcrübəli mütəxəssislərə isə inkişaf üçün yeni imkanlar təklif etsin.

1-ci əhvalat. Öz işinə sevgi və cəsarət

Plan-iqtisad şöbəsinin müdiri Svetlana Ustinova:

“Hələ məktəb skamyasından başa düşürdüm ki, rəqəmlər  – onlar bütünlüklə mənimdir. Həmin səbəbdən məktəbi bitirdikdən sonra kim olacağımla bağlı qarşımda hər hansı bir sual dayanmırdı.  İqtisadiyyat fakultəsini bitirdim və karyerama iqtisadçı kimi başladım.  İqtisadiyyat və mühasibat uçotunun bir-biri ilə sıx bağlı olduğunu çox tez anladım. Sərbəst olaraq əsaslı şəkildə  mühasibat uçotunu öyrənməyə başladım, iş yerində dələ kimi dolaşırdım”.

İş karyera yüksəlişi üçün imkanlar təqdim etməlidir və mən plan-iqtisadiyyat idarəsinin rəisi vəzifəsinə kimi yüksəldim.

Müxtəlif sahələrdə çalışdım: beynəlxalq banklarla, büdcə təşkilatları ilə, konsaltinqlə, inşaatla, mənzil-kommunal təsərrüfatı ilə. Bu yaxınlarda isə özümdə cəsarət tapıb kiçik bir firmada sərbəst işə başladım, lakin, eyni zamanda əsas iş yerində də çalışmaqda davam etdim. Bəli, bu çox çətindir. Amma, kimsə demir ki, karyera – asan bir məsələdir.

Tez-tez peşəkar seminarları  və şəxsi yüksəliş treninqlərini ziyarət edirəm.

Yeni işə başlayan mütəxəssislərə məsləhətlər:

  1. Soruşmaqdan çəkinməyin. İlk günlərdən cəsarətlə olun və məsuliyyətdən yayınmayın.
  2. Rəhbərliyə necə etməklə bağlı sualla müraciət etməyin, öz həll variantlarınızı təklif edin.
  3. Ən başlıcası – öz işinizi sevin, təcrübə toplayın və sizdə hər şey alınacaqdır!
Biz söhbətə sevgi haqqında sözlərlə başladıq, çünki peşədə inkişaf etmək ən populyar və təbii bir motivdir. Bir çoxunuz işinizə səmimi maraq göstərdiyinizi, rəqəmlərin uyğunluğu və hesabatların harmoniyasında gözəlliyi görmək qabiliyyəti barədə yazmısınız.

“Mühasib, rəssam kimidir, daim təsvirləri yazır, əsərlər yaradır. O, sənətkar və intellektualdır!” – belə cümlələri sizin cavablarınızda biz çox oxumuşuq. Mühasibat işində ilham və təsəvvürlü düşüncə olmadan keçinmək mümkün deyil. Və bu, həqiqətən çox əladır!


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qırğızıstanda iqtisadi amnistiya elan olunub

posted in: Xəbər | 0

Qırğızıstanda iqtisadi amnistiya elan olunub

iqtisadi amnistiya

Qırğız Respublikasında iqtisadi amnistiya elan edilib.

Bu barədə prezident vəzifələrini icra edən Sadır Japarov bildirib.

Bundan əlavə, o, korrupsioner məmurlara qanunsuz yollarla əldə etdikləri vəsaitləri dövlət xəzinəsinə qaytarmaq üçün 30 gün möhlət verib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlıq şirkətlərində müasir texnologiyalar (2-ci hissə)

posted in: Xəbər | 0

Mühasibatlıq şirkətlərində müasir texnologiyalar

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan  oxuya bilərsiniz.

Yüksək keyfiyyətli, effektiv mühasibatlığı müasir texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Klassik kağız mühasibatlığı və ya “anbar” mühasibatlığı tədricən tarixə qovuşur. Onu elektron sənəd dövriyyəsi əvəz edir. Mühasibat uçotu təkmilləşir, maksimum səviyyədə avtomatlaşır. Bütün bunlar funksional proqram təminatı və etibarlı profil avadanlıqları tələb edir.

Autsorserlər hansı proqramlardan istifadə edirlər?

Proqram məhsulunun düzgün seçilməsinin əhəmiyyəti barədə danışmaq lazım gəlmir. Mühasibat firmalarında proqram təminatının (PT) seçilməsinə xüsusi diqqət yetirilir. Autsorserin imkanları seçimin düzgünlüyündən çox asılıdır.

Mühasibat proqramları vahid, ümumi qəbul olunmuş təsnifata malik deyildir. Bazarda təqdim olunan məhsullar, ilk növbədə, bir sıra xüsusiyyətlər və qoşulma üçün mövcud variantları ilə fərqlənir. Məhdud funksionallı sadə proqramlardan adətən sahibkarlıq subyektləri istifadə edir ki, bu da sadələşdirilmiş uçotdur. Şirkətlər klassik tətbiqləri daha çox və daha ciddi şəkildə seçirlər. Mühasibat autsorserləri isə genişləndirilmiş funksional proqram məhsullarına üstünlük verirlər. Bu proqram təminatı sektorda ən bahalı proqramdır. Lakin, avtomatlaşdırma, mühasibat uçotunun optimallaşdırılması üçün müvafiq imkanlarla təmin edir. Proqram kompleksləri komponentlərin mürəkkəb quruluşu ilə fərqlənir. Onların mühasibat uçotu çoxsaylı alt sistemlərdən biridir.

Profilli mühasibat proqramları, mürəkkəb, “ağır”, çoxfunksiyalı, autsorser üçün yeganə proqram deyil. Şirkətin işinin spesifikası, xidmətlərin göstərilməsi formatı köməkçi proqram sistemlərindən, servislərdən, əlavələrdən istifadəni nəzərdə tutur. Bu siyahıda müxtəlif monitorinq vasitələri xüsusi yer tutur. Onlar qanunvericilikdə dəyişiklikləri, valyuta məzənnəsinin dinamikasını və s. izləyərkən əl əməyini istisna etməyə imkan verir. Monitorinq məsələləri müxtəlif cür həll edilə bilər. Əslində, bu kateqoriyanın vəsaitləri həm mühasiblər üçün sadə profil abunəlikləri, həm də sözdə istifadəçi, inkişaf etmiş axtarış aparmaq qabiliyyətinə malik kompleks tətbiqləri əhatə edir.


Məqalənin 3-cü hissəsini buradan  oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni pullar buraxılır

posted in: Xəbər | 0

Ani Ödənişlər Sistemi,Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

AMB də beynəlxalq təcrübəni nəzərə alaraq, hökumətin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlayıb və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirib.

Artıq 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik yeni pul nişanlarının 1 yanvar 2021-ci il tarixindən tədavülə buraxılması nəzərdə tutulub. Onlar hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları ilə paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcək.

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən son mühafizə elementləri olaraq “RollingStar Lead” holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 975 976 977 978 979 980 981 2. 388