Zəururi qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görülüb

posted in: Xəbər | 0

sahibkarlıq subyektləri tədbirlərİqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə oktyabrın 20-də keçirdiyi monitorinqlər zamanı Nərimanov rayonunda “Lux brand butik” pərakəndə ticarət obyektində, Xalid Həsənova, Rəşadət Qarayevə məxsus tikinti materialları mağazalarında, Xəzər rayonunda “Dalğa inşaat” mağazasında, Xətai rayonunda “Al market”də, “İran nemətləri” mağazasında, “Oba market”də, Nəsimi rayonunda “Neptun market”də, “Spar market”də, “Şeyla market”də, Yasamal rayonunda “Meyxoş şərab evi”ndə, Tural Vəliyevə məxsus “Ordubad quru meyvələri mağazası”nda, Binəqədi rayonunda “Padişah un məmulatları” pərakəndə ticarət obyektində, Telman Məmmədova məxsus şirniyyat mağazasında, Qaradağ rayonunda Rahib Əliyevə məxsus ərzaq mağazasında, Səbail rayonunda “Winnies Flowers” ticarət obyektində, Suraxanı rayonunda Taleh Kərimova, Arzuman Hüseynliyə məxsus mağazalarda, Sabunçu rayonunda “Mağaza ŞM”də, Balaş İbrahimova, Əlikram Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Cəliloğlu” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında, Seymur Mehdiyevə məxsus telefon mağazasında, Sumqayıt şəhərində “Baba market”də, Minarə Abdullayevaya məxsus mağazada, Abşeron rayonunda Nəsimi Mansurova, Elvin Zeynalova, Rauf İsmayılova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda Rüfət Əlicanova, Bəylər Heydərova məxsus mağazalarda, Cəlilabad rayonunda Tacəddin Quluzadəyə məxsus “Şərq şirniyyatı sexi”ndə, Loğman Aslanova məxsus baytarlıq aptekində, Lənkəran rayonunda “Mağaza Ukrayna”da, Adil Mehrəliyevə məxsus pərakəndə ticarət obyektində, Şəki rayonunda “Hacı pərakəndə ticarət mağazası”nda, “Marxal baytarlıq apteki”ndə, “Elçin pərakəndə ticarət mağazası”nda, Şəmkir rayonunda Qalib Məhərrəmova məxsus pərakəndə ticarət obyektində, Fazil Abbasova məxsus qarışıq mallar mağazasında, Quba rayonunda Miryaqub Rzayevə, Camaləddin Bahaddinova, Yalçın Aslanova məxsus mağazalarda, ümumilikdə, 71 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Muzdla çalışan işçilәrin orta aylıq әmәkhaqqı artıb

posted in: Xəbər | 0

Muzdla çalışan işçilәrin orta aylıq әmәkhaqqı artıb

əməkhaqqıBu ilin yanvar-avqust aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 20,5 faiz artaraq 710,2 manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmәkhaqqı neft-qaz sektorunda 3443,8 manat, qeyri neft-qaz sektorunda 650,9 manat olub. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 625,4 manat, özәl müәssisәlәrdә isә 817,9 manatdır. Mәdәnçıxarma sәnayesindә, maliyyә vә sığorta fәaliyyәti, peşә, elmi vә texniki fәaliyyәt, informasiya vә rabitә, elәcә dә nәqliyyat vә anbar tәsәrrüfatı sahәlәrindә orta aylıq nominal әmәkhaqqı ölkә üzrә orta göstәricidәn yüksәk olub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

Sığortaolunanların fərdi uçotu Sığortaolunanların fərdi uçotunun aparılması“Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 20 oktyabr 2020-ci il
№ 401

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 20 oktyabr
tarixli 401 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Sığortaolunanların fərdi uçotunun aparılması
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-6.3-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotunun aparılması qaydasını müəyyən edir.

1.2. Fərdi uçot – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icbari tibbi sığorta üzrə hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

1.3. Bu Qaydada istifadə olunan “sığortaolunan” anlayışı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda verilmiş mənanı ifadə edir

1.4. İcbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılır.

1.5. Bu Qaydaya əsasən sığortaolunanların fərdi uçotu Agentliyin elektron informasiya sistemində aparılır.

1.6. İcbari tibbi sığorta məqsədləri üçün sığortaolunanın fərdi uçotu fərdi identifikasiya nömrəsinə (FİN) əsasən həyata keçirilir.

1.7. Agentliyin elektron informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası və məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

2. Fərdi uçotun aparılması üçün tələb olunan məlumatlar və onların təqdim edilməsi qaydası
2.1. İcbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotu bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə Agentliyin elektron informasiya sisteminə ötürülməsi yolu ilə həyata keçirilir.

2.2. Fərdi uçotun aparılması zamanı sığortaolunana dair aşağıdakı məlumatlar toplanılır:

2.2.1. şəxsiyyətini təsdiq edən sənədin tipi;

2.2.2. şəxsiyyətini təsdiq edən sənədin seriyası;

2.2.3. şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;

2.2.4. fərdi identifikasiya nömrəsi (FİN);

2.2.5. vətəndaşlığı;

2.2.6. adı, soyadı, atasının adı;

2.2.7. doğulduğu tarix;

2.2.8. cinsi;

2.2.9. qan qrupu;

2.2.10. yaşadığı ünvan;

2.2.11. işlədiyi müəssisənin ünvanı;

2.2.12. işçinin işə başlama tarixi;

2.2.13. işçinin işdən çıxma tarixi;

2.2.14. pensiyaçının məşğulluq vəziyyəti;

2.2.15. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

2.2.16. qeydiyyat ünvanı;

2.2.17. fəaliyyət ünvanı;

2.2.18. ananın fərdi identifikasiya nömrəsi (FİN);

2.2.19. ölüm tarixi;

2.2.20. ölüm haqqında sənədin verilməsi tarixi;

2.2.21. doğuşun baş verdiyi tarix.

3. Sığortaolunanın fərdi şəxsi hesabı

3.1. Sığortaolunanın fərdi uçot məlumatlarına əlçatanlığının təmin edilməsi məqsədilə Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir.

3.2. Sığortaolunanın fərdi şəxsi hesabı sığortaolunanın fərdi uçot məlumatlarını, icbari tibbi sığorta üzrə hesablanmış və ödənilmiş icbari tibbi sığorta haqlarını, sığortaolunan üçün həyata keçirilmiş sığorta ödənişi məbləğlərini, ödənilməli olan icbari tibbi sığorta haqları üzrə borc məbləğini və sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən icbari tibbi sığorta şəhadətnaməsini özündə əks etdirir.

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat peşəsi və onun gələcək mənzərəsi (2-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat peşəsi və onun gələcək mənzərəsi

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Hansı növ mütəxəssilərə bazada daha çox tələbat duyulacaq?

İkincisi, biznes sahibləri getdikcə peşəkar bacarıqları sayəsində biznesi daha yaxşı başa düşməklə yanaşı həm də təşkilatlarının inkişafına töhfə verən mühasibləri axtaracaqlar. Belə peşəkar bacarıqlara aşağıdakılar aiddir:

  • İntellektual olanlar
  • Müxtəlif mənbələrdən informasiyalarla işləmək, sorğular, tədqiqatlar aparmaq, məntiqi və analitik düşünmək, problemi anlamaq və həll etmək, tənqidi təhlil aparmaq bacarığı.
  • Texniki və funksional olanlar
  • Statistik məlumatları aparmaq və təhlil etmək, tapşırıqları modelləşdirmək və risk-analiz, qiymətləndirmə aparmaq bacarığı.
  • Fərdi
  • Şəxsi menecment, təşəbbüskarlıq, özünütəhsil, prioritetləri müəyyən etmək, dəyişikliklərə uyğunlaşmaq bacarığı.
  • Şəxsiyyətlərarası ünsiyyət
  • Layihənin yerinə yetirilməsi üzrə komandada işləmək və münaqişələrdən qaçmaq, mədəni və intellektual mövzularda insanlarla qarşılıqlı əlaqə yaratmaq, razılığa gəlmək və inandırmaq, mədəni və dil fərqlərini anlamaq bacarığı.
  • Təşkilati və biznes-menecment bacarığı
  • Strateji planlaşdırma, layihə rəhbərliyi, işi təşkil etmək və yönləndirmək, insanları inkişaf etdirmək, liderlik, peşəkar qiymətləndirmə və intuisiya.

Əsasən, Ukraynadakı mühasiblər arasında mövcud bilik boşluqları onların qeyri-peşəkar peşə təhsili ilə əlaqədardır, təəssüf ki, ölkədə beynəlxalq təhsil standartları tətbiq edilməmişdir. Eyni zamanda mühasiblərin özləri arasında bu biliklərə olan tələbatı müşahidə etmirəm. Dünya artıq süni intellektdən bəhs edir, amma, biz hələ də əsas bilik və bacarıqlara yiyələnə bilmirik. Və bu zaman Ukraynada mühasib peşəsinin bu gün hansı böhranda olduğu anlaşılır.

Üçüncüsü, müasir mühasib məlumat şöbələri və IT xidməti ilə effektiv ünsiyyət qura bilməli, onun bilikləri məhz bu sahədə lazımdır. Maşınlar mühasiblərin daha vacib məsələlərə diqqət yetirməsinə imkan verərək işin gündəlik və darıxdırıcı hissəsini yerinə yetirəcəklər. Axı, peşəkar mühakimənin tələb olunduğu yerdə prosesləri avtomatlaşdırmaq daha çətindir. Demək mümkündür ki, süni intellekt gələcəyin mühasibləri üçün işlərin daha maraqlı hissəsini saxlayacaq.

Beləliklə, bir dalğanın zirvəsində olmaq istəyənlər üçün yenilik olduğu müddətdə təlim lazımdır. Məlumatlarla işləmək və analitika, tələbat duyulan mühasiblər olmaq üçün kritik bacarıqlar olacaq. Mühasiblərinə investisiya qoyacaq təşkilatlar da onların təcrübələrindən yararlanacaqlar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 974 975 976 977 978 979 980 2. 388