Mühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? (2-ci hissə)

posted in: Xəbər | 0

peşədə inkişafMühasiblərə peşədə inkişaf etməyə nə kömək edir? Ruhlandırıcı 6 hekayə

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Bu yazıda, biz ən real praktikantların ən maraqlı və faydalı rəylərini toplamışıq. Qoy bu hekayələr yeni başlayan əməkdaşları ruhlandırsın, təcrübəli mütəxəssislərə isə inkişaf üçün yeni imkanlar təklif etsin.

İkinci əhvalat. Peşəkar olmaq istəyi

Baş mühasib Natalya Kuznetsova:

“Məni peşəkar olmaq  zərurəti motivasiya edir. Həmkarlarım və ailəm qarşısında məsuliyyət, pozitiv düşüncələr – bütün bunlar karyeramı qurmaqda mənə çox kömək edib.

Mən əmək yoluna kiçik bir şirkətdə mühasib kimi çalışmaqla başlamışam. Zamanla təcrübə topladım və gözəl günlərin birində direktor məni baş mühasib təyin olunmağımla bağlı təbrik etdi. Aramızda təyinatla bağlı öncədən razılaşma olmamışdı deyə mən dəhşət və göz yaşları içində öz kabinetimə qaçdım və bu işi yerinə yetirə biləcəyimdən əmin deyildim. Bir qədər düşündükdən sonra, qərara gəldim, müəssisəsinin spesifikliyini məndən yaxşı bilən yoxdur, ona görə qərarı qəbul etdim.

İlk dövrdə təbii ki, hər şey çox çətin idi, amma, həm də çox maraqlı idi. Bizim kiçik müəssisəmiz getdikcə yüksəlirdi və mən böyük məmnuniyyətlə baş mühasib kimi çalışmaqda davam edirəm. Hər il seminarlara gedir, vebinarlara və onlayn kurslara qulaq asıram, məqalələri oxuyuram – bunlarsız peşəkar olmaq mümkün deyil.”

Bir çox mütəxəssislər hər bir problemin həllindən sonra daha da gücləndiklərini etiraf edirlər. Onlar növbəti addımı atmağa kömək edən yeni biliklər və təcrübə əldə edirlər. Bundan əlavə, mühasib işi şəxsi keyfiyyətləri inkişaf etdirməyə imkan yaradır: zehni çeviklik, hədəfə çatmaq üçün səylər, dözümlülük.

“Bu peşə sayəsində siz həyatınızın bütün sahələri ilə bağlı detallara diqqət yetirməyi öyrənirsiniz, deməli, həm də həyatı daha tam, dəqiq və bir çoxlarından daha parlaq görürsünüz”, – bax, bizim abunəçilərimiz bu cür imkanlara diqqət yetirirlər.

3-cü əhvalat. Tərəqqi barədə

“Mən bütün ömür boyu baş mühasib işləmişəm. Çalşmağa başladığım ilk şirkətə ayaq basanda hamı hesablamaları çötkələrdə aparırdılar, yeganə böyük elektrik hesablayıcı maşın  əməkhaqqı üzrə mühasibdə idi. Sonra kalkulyartorlar, komputerlər, disketlər, fleşkalar, noutbooklar peyda oldu. Ən sadəsindən tutmuş, ən müasir komputer proqramları çox sürətlə inkişaf edirdi, bununla da mühasiblərə elə də asan olmayan tapşırıqları yerinə yetirməkdə kömək edirdi. Və texnikanın  çox sürətli inkişafı ilə mən özüm də yüksək sürətlə bu peşədə inkişaf edirdim.

Daim mövzuya uyğun olmaq lazımdır. Bu mürəkkəb və eyni zamanda çox maraqlıdır”. Svetlana Terentyeva, baş mühasib

Mühasiblər etiraf edirlər: onların işində daha əvvəl kalkulyatorda və ya Excel-də aparılmış bir çox hesablamalar sadələşdirilə bilər, avtomatlaşdırıla bilər, gələcəkdə eyni tipli addımların təkrarlanmasına çox səy və vaxt sərf etməmək üçün bütün işləri bir dəfə şablon da etmək mümkündür. İndi isə daha müasir uçot proqramları və servisləri köməyə gəlir.

Yeni biliklər artıq avtomatlaşdırılmış prosesləri daha ətraflı şəkildə qurmağa, şöbələr arasında qarşılıqlı əlaqəni sadələşdirməyə, beləliklə daha xoş şeylərə vaxt ayırmağa imkan verir. Məsələn, həmkarlar ilə bir fincan qəhvə içmək və s.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlıq şirkətlərində müasir texnologiyalar (3-cü hissə)

posted in: Xəbər | 0

texnologiyalarMühasibatlıq şirkətlərində müasir texnologiyalar

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan  oxuya bilərsiniz.

Yüksək keyfiyyətli, effektiv mühasibatlığı müasir texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Klassik kağız mühasibatlığı və ya “anbar” mühasibatlığı tədricən tarixə qovuşur. Onu elektron sənəd dövriyyəsi əvəz edir. Mühasibat uçotu təkmilləşir, maksimum səviyyədə avtomatlaşır. Bütün bunlar funksional proqram təminatı və etibarlı profil avadanlıqları tələb edir.

Məsafədən mühasibatlıq

Mühasibatlıqda autsorserin işi, demək olar ki, məsafdən idarə olunan texnologiyalarından istifadə etmədən başa gəlmir. Sonuncular təkmilləşdirilir, mürəkkəbləşdirilir, daha rahat və etibarlı olurlar.

Məlumatların məsafədən emalı, onların mühafizəsi istifadəçinin proqram bazasını əhəmiyyətli şəkildə yüngülləşdirir. Böyük məlumat dəstləri faktiki olaraq təhlil edilə bilər. Məsafədən təmin olunmanın fiziki tərkibinə gəldikdə, bu zaman bir neçə servedən istifadə oluna bilər. Və bir qayda olaraq onlar müxtəlif yerlərdə saxlanılırlar. Bütün bunlar məlumatlara sanksiyalaşdırılmamış girişi çətinləşdirir, onların fiziki məhvinin reallığını demək olar ki, sıfra yaxınlaşdırır.

Mühasibət proqramlarının əksəriyyəti məsafədən təmin olunma üçün yararlıdır. Hesabatların təhvili üçün, maliyyə əməliyyatlarının aparılmasından ötrü (müştəri-bank kimi) və s.

Məsafədən idarə olunan proqramlar autsorserlərin imkanlarını xeyli genişləndirir. Onların istifadəsi öz proqram sistemlərinin məlumatları ilə yüklənməməsi riski olmadan çox sayda müştəriyə səmərəli, keyfiyyətli xidmət göstərməyə imkan verir. Bundan başqa, bu texnologiyaları proqram təminatının inzibatlaşdırılmasına, onun yenilənməsinə, məlumatların şifrlənməsi xidmətlərinin düzgün işinin izlənilməsinə və s. xərclərin optimallaşdırılması imkanını təmin edir. Bütün bunlar mühasibat xidmətlərinin maya dəyərini və qiymətini azaltmağa imkan verir. Faktiki olaraq, texnoloji baxımdan autsorser nə qədər inkişaf etmişsə, müştəriyə onunla əməkdaşlıq etmək bir o qədər sərfəlidir.

Yeri gəlmişkən, faydalar barədə

Müasir texnologiyaların autsorserlərdən ötrü faydalılığı aydındır. Bəs mühasibat xidmətlərinin son istehlakçısı, sifarişçisi üçün onlardan istifadənin üstünlükləri nədən ibarətdir?

Birincisi, müasir texnologiyalar məlumatların təhlükəsizliyini, onların təhlilinin keyfiyyətini, saxlanmanın etibarlılığını, emalın yüksək sürətini və sifarişçinin xahişi ilə verilməsinin təmin edilməsinə imkan verir.

İkincisi, müasir texnologiyaların tətbiqi həllərin ölçülməsinin asanlığını təmin edir. İstifadəçilərin sayı, məlumatların həcmi həm artır, həm də azala bilər. Eyni zamanda, bütün qarşılıqlı sistem dəyişdirilməməlidir. Müvafiq olaraq, autsorsinqə keçid zamanı onun formatının dəyişdirilməsi maksimal dərəcədə azalır.

Üçüncüsü, müasir texnologiyalar mobilliyi təmin edir. Xidmət sifarişçisi istənilən vaxt və dünyanın istənilən yerindən işlərin yerinə yetirilməsi prosesinə və keyfiyyətinə nəzarət edə bilər. Həmçinin icraçı ilə ünsiyyət prosesi əhəmiyyətli dərəcədə sadələşdirilir.

Dördüncüsü, mühasibat xərcləri daha proqnozlaşdırıla bilən, tənzimlənən, nəzarət olunan hala gəlir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Koronavirusla bağlı Azərbaycanda onlayn satış və xidmətə keçmək tövsiyə olunur

posted in: Xəbər | 0

Azərbaycanda satış və xidmət mərkəzlərinə onlayn satışa keçmək tövsiyə olundu

Onlayn satış və xidmətə keçməkÖtən gün Azərbaycanda koronavirusa (COVID-19) yoluxma sayında rekord göstəricinin qeydə alınması hökuməti əlavə tədbirlərin görülməsinə məcbur edib.

Artıq qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb.

Belə ki, hazırda açıq şəkildə müştərilərə xidmət göstərən mağazalar, satış və ictimai xidmət mərkəzlərinə onlayn satış və xidmətlərin həcminin artırılması üçün tövsiyələr verilib.

Onlara qarşıdakı 10 gün ərzində müştərilərlə təması tam minimuma endirməyi və müxtəlif platformalar vasitəsi ilə elektron satışı təşkil etmək məsləhət görülüb.

Mənbənin məlumatına görə, yoluxmaların sayı artacağı təqdirdə noyabrın 3-dən etibarən marketlər istisna olmaqla digər satış və xidmət mərkəzlərinin yenidən qapadılması nəzərdə tutulub.

Xatırladaq ki, ötən gün Azərbaycanda koronavirus infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb, 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 47 min 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 151 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 260 min 193 test aparılıb. Bugünkü test sayı isə 9 457-dir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mülki-məsuliyyətin icbari sığortası növü üzrə sığorta haqqı necə müəyyən edilir?

posted in: Xəbər | 0

 sığorta haqqıDəyərli oxucular, bu yazımızı bir az gündəmdən uzaqlaşmaq üçün fərqli istiqamətdə yönəltdik. Bu dəfə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (hamıya avto icbari kimi məlum olan) növü üzrə sığorta haqlarının hansı meyarlara əsasən müəyyən edilməsi barədə məlumat verəcəyik. Mövzuya keçməzdən əvvəl xatırlatmaq mümkündür ki, bu sığorta növü üzrə sığorta şirkəti (sığortaçı) sığorta təminatı verdiyi avtonəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən şəxsin nəqliyyat vasitəsini istismar edərkən başqasının (özü və ailə üzvləri istisna olmaqla) sağlamlığı və ya əmlakına vurduğu zərəri ödəmək öhdəliyini daşıyır. Bu sığorta növü üzrə sığorta haqqı 1 illik və birdəfəlik ödənilir.

Sığorta haqqının formalaşmasına təsir edən amillər kimi avtonəqliyyat vasitəsinin mühərrikinin həcmi və ya növünə görə oturacaq sayı, yaxud icazə verilən maksimum kütlə, sahibinin subyektliyi və müqavilə bağlanmazdan əvvəl müqavilə bağlayan şəxsin təqsiri nəticəsində baş vermiş hadisələri göstərmək olar. Bir sıra ölkələrdə sığorta haqqı nəqliyyat vasitəsinin dəyəri əsas götürülməklə ödənilsə də, ölkədə tətbiq edilən sığorta haqqı sistemi yuxarıda göstərilən kimi müəyyən edilib.

Belə ki, sığorta haqqı müqavilə gününə heç bir təqsirli hadisəsi olmayan fiziki şəxslə bağlanarsa, bu halda mühərrik həcmi 50-1500 kub sm olan nəqliyyat vasitəsi üçün 1 əmsalın 50 manata vurulması ilə alınan sığorta haqqı (50 manat baza sığorta haqqı sayılır) həddində olacaq. Qeyd edək ki, minik avtomobilləri üçün bu əmsallar hər 500 kub sm artıma görə 1 əmsal artımla hasilə əsasən sığorta haqqı müəyyən edilir. Misal üçün 1501-2000 kub sm minik avtomobili üçün sığorta haqqı 2 əmsal, yəni 100 manat olacaq.

Avtobus və mikroavtobuslarda oturacaq yeri 9-16 olduqda 3, 16-dan artıq olduqda 4 əmsal, yük avtomobillərində icazə verilən kütlə 3500 kq-dək 3, 3501-7000 kq-dək 4, yuxarı kütlədə isə 5 əmsal tətbiq olunur. Misal: 9-16 oturacaq yeri üçün 3×50=150 manat sığorta haqqı müqavilə bağlanmazdan əvvəl hadisəsi olmayan şəxslərə şamil olunur.

Əgər nəqliyyat vasitəsinin sahibi hüquqi şəxsdirdə, bu halda sığorta haqqı əlavə olaraq 1.2 əmsalına da vurulur. 9-16 oturacaq yerli avtobus misalına münasibətdə 150×1.2=180 manat

Onu da qeyd edək ki, bu sığorta növü üzrə tətbiq edilən bonus-malus sistemi şəxsin təqsirsiz sürücü olması halında hesablanan sığorta haqqının azalmasına, inzibati və ya cinayət hüquqi pozuntusu olması halında isə sığorta haqqının artmasına təsir edir.

Yekunda xatırladaq ki, sığorta haqqı üçün hesablamada fərqli nüanslar olsa da, sığortaçının maksimum öhdəliyi sabit məbləğdədir. 1 şəxsin ölümü və hadisə zamanı zərərçəkmiş əmlaklara münasibətdə 5000 manat, ümumilikdə əmlaka görə 5000 manat, sağlamlığa dəymiş zərərə görə 50000 manat məbləğində ödəniş verilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 972 973 974 975 976 977 978 2. 388