“Sahibkarlar arasında könüllü və intizamlı vergi ödəyicisi olmağın təbliği” layihəsi başa çatıb

posted in: Xəbər | 0

vergi ödəyicisiSentyabrın 15-dən oktyabrın 24-dək Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan və Yevlax şəhərindən olan mikro və kiçik sahibkarlar üçün “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda onlayn təlim keçilib.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (İRÖİB) “Sahibkarlar arasında könüllü və intizamlı vergi ödəyicisi olmağın təbliği” layihəsi çərçivəsində reallaşdırılıb.

Təlim zamanı İRÖİB-nin sədri, layihənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev COVİD 19 pandemiyası şəraitində sahibkarların məsuliyyəti, könüllü vergi ödəmə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlər, uçota alınmanın və uçot məlumatlarının dəyişdirilməsinin qanunvericilik əsasları, yayınmalar və biznesin vergi riskləri, Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri, fərdi sahibkarların elektron kabinetlərində şəxsi məlumatlarının dəyişdirilməsi mövzularında mühazirələr oxuyub.

İRÖİB-nin icraçı direktoru Qafqaz Qəhrəmanlının apardığı onlayn məşğələlər elektron məlumat bazasında sahibkarlıq subyektlərinə mənsub məlumatların yeniləşdirilməsi və dolğunluğunun təmin olunması, elektron kabinet və kargüzarlıqdan istifadə, məktubların nəzərdən keçirilməsi qaydaları mövzularına həsr olunub.

Layihə çərçivəsində sahibkarların elektron kabinetlərində uçot məlumatlarının dəyişdirilməsi praktiki yöndən izah edilərək iştirakçılarla birlikdə nümunələr üzərində iş aparılıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta üzrə tutulmalara cəlb olunmayan gəlir varmı?

posted in: sual-cavab, Xəbər | 0

İşsizlikdən sığorta üzrə tutulmalara cəlb olunmayan gəlir varmı?

Sual:

İşsizlikdən sığorta üzrə tutulmalara cəlb olunmayan gəlir varmı? Müəssisə hesabına xəstəlik vərəqələrinə əsasən ödənilən məbləğ işsizlikdən sığorta tutulmalarına cəlb olunurmu?

Cavab:

Bildiririk ki, “ İşsizlikdən sığorta haqqında ” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən yaxşı pensiya sisteminə malik olan ölkələr məlum olub

posted in: Xəbər | 0

pensiya sistemiNiderland və Danimarka dünyada ən yaxşı pensiya sistemi olan dövlətlər hesab olunur. Bloomberg yazır ki, bu ölkələr qlobal pensiya indeksində ilk iki yeri tuturlar.

Reytinqə 39 ölkə daxil edilib. Onların yarısında koronavirus pandemiyası səbəbindən vəziyyət pisləşib – pensiya ödənişlərinin həcmi ixtisar edilib, gəlirlər azalıb, dövlət borcu isə artıb. “Bu, qaçılmaz olaraq gələcək pensiyalara təsirini göstərəcək, bəzi insanlar daha uzun müddət işləməli olcaqlar və digərləri isə təqaüdə çıxdıqda daha aşağı həyat səviyyəsi ilə kifayətlənməli olacaqlar”, – hesabat müəllifi Devid Noks belə söyləyib.

ABŞ reytinqdə 18-ci yeri tutub. Ekspertlər Argentna və Tailandı reytinqin autsayderləri adlandırıblar. İnkişaf etmiş iqtisadiyyata malik ölkələr arasında ən pis pensiya sistemi Yaponiyada imiş. Bu ölkə reytinqdə 32-ci yeri tutub. Rusiya isə ümumiyyətlə, həmin reytinqə daxil ola bilməyib.

Ötən il də Niderland və Danimarka ən yaxşı pensiya sisteminə malik ölkələr hesab edilib. Bu nəticə onlara etibarlı, dayanıqlı, pensiya sisteminə fayda gətirən A qrupundan olan ölkələr qrupuna daxil olmağa imkan vermişdi. Həmin il ən pis vəziyyətdə olan ölkələr isə Tailand, Argentina və Türkiyə olub.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-ın ən nəhəng bankı irqçiliklə mübarizəyə on milyardlarla dollar xərcləyəcək

posted in: Xəbər | 0

irqi bərabərsizlikABŞ-ın ən böyük bankı JPMorgan, irqi bərabərsizliyə qarşı mübarizə aparmaq üçün onlarla milyard dollar sərf etməyi vəd edib, Bloomberg agentliyi belə yazır.

Bu proqram 30 milyard dollar həcmində müəyyənləşdirilib. Bank növbəti beş il ərzində qaradərililər və latın amerikalı kökənli vətəndaşlar üçün 40 min ipoteka krediti verilməsi üçün səkkiz milyard dollar vəsait yönəldəcək. JPMorgan həmçinin 100 min ədəd əlçatan icarə mənzillərinin inşasını maliyyələşdirməkdən ötrü 14 milyard dollar vəsait ayıracaq.

Bundan başqa, maliyyə təşkilatı əsasən qaradərililərin və latın amerikalıların yaşadığı  rayonlarda yerləşən kiçik müəssisələrə, əlavə olaraq 15 min (iki milyard dollar həcmində) kredit verməyi vəd edib. Həmçinin JPMorgan “irqçiliyə məruz qalan qaradərililər, latın-amerikalılar və digər irqlərdən olanların iqtisadi bərpasını hərtərəfli stimullaşdırmaqdan ötrü və onların dəstəklənməsi üçün” əlavə olaraq 250 milyon dollar ayıracaq.

Bundan əvvəl isə məlum olub ki, ABŞ-ın iri şirkətlərinin, o cümlədən bankların və texnoloji nəhənglərin rəhbərləri Nyu-Yorkda müxtəlif azlıqların nümayəndələrini işə cəlb etmək istəyirlər. 27 firmanın rəhbərlərini əhatə edən New York Jobs CEOi Council, 2030-cu ilə qədər aztəminatlı qaradərili, latın-amerikalı və Asiya icmalarından olan 100 min insanı işə götürməyi hədəfləyir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 970 971 972 973 974 975 976 2. 388