Mühasibatlıq şirkətlərində müasir texnologiyalar (1-ci hissə)

posted in: Xəbər | 0

texnologiyalarMühasibatlıq şirkətlərində müasir texnologiyalar

1-ci hissə

Yüksək keyfiyyətli, effektiv mühasibatlığı müasir texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Klassik kağız mühasibatlığı və ya “anbar” mühasibatlığı tədricən tarixə qovuşur. Onu elektron sənəd dövriyyəsi əvəz edir. Mühasibat uçotu təkmilləşir, maksimum səviyyədə avtomatlaşır. Bütün bunlar funksional proqram təminatı və etibarlı profil avadanlıqları tələb edir.

İstənilən bir mühasibat şirkətinin işi əsasən elektronika və İT ilə əlaqələndirilir. Əslində, belə bir şirkət yüksək səviyyəli mühasiblərin, hər zaman qanunvericilikdəki son dəyişikliklər və funksional ixtisaslaşmış proqram təminatı sahəsindəki yeniliklərlə aktuallaşan, kompüterləşdirilmiş bir kompleksdir.

Müasir texnologiyalar nə verir?

Sahibkarlığın bir çox subyektləri mühasibat uçotunun avtomatlaşdırılmasına tələsmirlər. Bu, aydındır, çünki işi köhnə qayda ilə aparmaq daha rahatdır. Lakin mühasibat məsələləri komplekslərinin komputer emalı biznesin müəyyən mənada irəliləməsinə imkan verir. Vaxt nə qədər azdırsa, resurslar səmərəsiz bölmələrin işinin təmin edilməsinə sərf edilir. İnkişafa bir o qədər böyük diqqət ayrılır.

Mühasibat profilli şirkətlər fəal şəkildə öz fəaliyyətində müasir texnologiyalardan istifadə edirlər. Bu, onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, istənilən təşkilati-hüquqi forma üzrə müştərilərə yüksək keyfiyyətli xidmət göstərməyə imkan verir.

Mühasibat uçotunun aparılması zamanı müasir texnologiyaların tətbiqi əməliyyatların yerinə yetirilməsinin vahidliyini təmin edir. Bundan başqa, bu informasiyanı operativ emal etməyə, effektiv təhlil etməyə, sistemləşdirilmiş və təhlükəsiz saxlamağa imkan verir. Nəticədə, təsadüfi səhvlərin meydana gəlməsi, məlumatların itirilməsi riski əhəmiyyətli dərəcədə azalır. Məlumatların sızması unudulmamalıdır. Mühasibat uçotunun aparılmasının müasir texnologiyaları məxfi məlumatların etibarlı müdafiəsinə imkan verir.

Proqram kompleksləri və sistemləri necə işləyir?

Mühasibat şirkətində qabaqcıl proqram təminatının tətbiqi funksiyaların ayrılmasını təmin edir. Onların bir hissəsi personaldan asılı olaraq qalır. Müəyyən funksiyalar kompüter sisteminə verilir. Sonuncu daxili nəzarəti yaxşı bacarır. Bu iş sahəsinə mütəxəssis cəlb etmək ehtiyacı aradan qalxır. Yüksək ixtisaslı mühasiblər kompüter texnikası üçün əlçatmaz sayılan daha mürəkkəb və aktual məsələləri həll edə bilərlər.

Proqram kompleksləri, sistemlər həmçinin müstəqil şəkildə, avtomatik rejimdə müəyyən işləri yerinə yetirə bilər. Onlar verilmiş cədvəl üzrə həyata keçirilə bilər. Zəruri hallarda iş şəraiti dəyişdirilə bilər. Bu seçimin üstünlüyü, yerinə yetirilən bütün funksiyaların sənədləşdirilməsidir. Üstəlik, texnika bu prosesi addım-addım düzəldir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödəniş qaydaları

posted in: Vergi, Xəbər | 0

MDSS haqlarıHüquqi şəxsin 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borcu var. Həmin borc hüquqi şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Hüquqi şəxs 2020-ci ilin 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı hesablayır və müvafiq hesabatı vergi orqanına təqdim edir. Bu zaman hüquqi şəxsin şəxsi hesab vərəqəsində həm 2020-ci ilin 1-ci rübü, həm də 2-ci rüb üçün sosial sığorta haqları üzrə borcu yaranır. Hüquqi şəxs 2-ci rüb üzrə hesablanmış sosial sığorta haqqı həcmində Dövlət Sosial Müdafiə Fonduna ödəniş edir. Bu zaman həmin ödəniş əvvəlki, yəni 1-ci rübdə yaranmış borcun ödənilməsinə aid edilirmi?

Vergilər Nazirliyinin şərhində bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci ildən məcburi dövlət sosial sığorta (MDSS) üzrə yaranmış borc aşağıdakı sıra ilə ödənilir:
  • cari rüb üzrə borc;
  • cari rübdən geriyə doğru (daha əvvəl) yaranmış borclar (ardıcıl olaraq);
  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
  • yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Qeyd edilənlərə əsasən, vergi ödəyicisinin əvvəlki dövr üzrə sosial sığorta haqqı üzrə borcunun olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən cari rüb üzrə hesablanmış sosial sığorta haqqı üzrə aparılan ödənişlər cari rübdə yaranmış öhdəliyin yerinə yetirilməsinə aid edilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir

posted in: Xəbər | 0

Uyğunluq sertifikatının formasıSon günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

• 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır;

• 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq.

Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq.


“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.2.5-ci yarımbəndindən “və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin” sözləri çıxarılsın, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.6-cı yarımbənd əlavə edilsin:

“1.2.6. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.

2. Bu Qərar 2020-ci il 19 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 16 oktyabr 2020-ci il
№ 395


Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:

1.1. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilsin;

1.2. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 16 oktyabr 2020-ci il
№ 396

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xəbərdarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləği MDSS-ə cəlb edilirmi?

posted in: sual-cavab, Xəbər | 0

əmək haqqı məbləği, MDSS, amortizasiya ayırmaları, orta aylıq əmək haqqı,Xəbərdarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləği MDSS-ə cəlb edilirmi?

Sual: İşçi 11 ildir A müəssisəsində işləyir. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə işdən azad edilir. Bu zaman ona müvafiq müəssisədəki əmək stajına uyğun olaraq orta aylıq əmək haqqısının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti və xəbardarlıq müddəti əvəzinə (işçi razıdır) orta aylıq əmək haqqının 2 (iki) misli məbləği ödənilir. Burada sualım budur:

1. İşdən çıxarılmaya görə verilən orta aylıq əmək haqqının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti MDSS-yə cəlb olunurmu?

2. Xəbərdarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı -nın 2 (iki) misli məbləği MDSS-yə cəlb olunurmu?

Cavab: Bildiririk ki,  “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 4-cü abzasına əsasən, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən müraciətinizdə qeyd olunan işçiyə ödənilən birdəfəlik məbləğlərə sosial sığorta haqqı hesablanmır.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 977 978 979 980 981 982 983 2. 388