» » » Pandemiya dövründə Çin sərvət artımına görə ABŞ-ı ötüb keçib

Pandemiya dövründə Çin sərvət artımına görə ABŞ-ı ötüb keçib

posted in: Xəbər | 0
birbank biznes

sərvətKoronavirus pandemiyasına baxmayaraq, 400 varlı çinlinin sərvəti 820 milyard dollar (64 faiz) artıb, amerikalı varlıların sərvəti isə 240 milyard dollar məbləğində artım göstərib. Bu haqda Forbes nəşri məlumat yayıb.

Nəticədə ÇXR-in ən zəngin adamlarının məcmu kapitalı 2,11 trilyon dollara bərabər olub. Çin milyarderlərin sayına görə çox tezliklə ABŞ-ı ötərək dünyanın əsas ölkəsinə çevrilə bilər, nəşr belə yazır. Reytinqə düşmək üçün zəruri olan minimal sərvət milyard dollardan 1,55 milyarda kimi yüksəlib.

Onu da qeyd etmək lazımdır ki, Çin siyahısına 68 yeni milyarderin adı daxil edilib. Amerikalı milyarderlərin siyahısına isə 18 milyarderin adı salınıb. Ekspertlər qeyd edirlər ki, çinlilərin kapitalının artımı internet-ticarət, texnologiyalar, həmçinin səhiyyə sahəsində yaşanan bum imkan yaradıb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun