» » » Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?

Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

icarə müqaviləsiSual: mənim anamın adına obyekt (qeyri-yaşayış sahəsi) vardır. Həmin o yerdə mən iş qurmaq istəyirəm. Anamla mən eyni evdə qeydiyyatdayıq, həm də eyni mənzildə yasayırıq. Sualım budur ki, həmin obyektə anamla mən icarə müqaviləsi bağlamalıyıq, yoxsa eyni ev təsərrüfatımız olduğundan icarə müqaviləsinə ehtiyac yoxdur?

Zəhmət olmasa, bu mövzunu mənə vergi maddələri ilə izah edərdiniz.

Cavab: Ailə üzvləri arasında verilmiş əmlakdan gəlir götürmək üçün istifadə edildiyi halda bazar qiymətləri nəzərə alınmaqla icarə müqaviləsi bağlanmalıdır. Belə ki, ailə üzvləri qarşılıqlı surətdə asılı olan şəxs hesab edilir və belə şəxslər arasında təsərrüfat əqdləri həyata keçirildikdə vergilər bazar qiymətləri nəzərə alınmaqla hesablanır.

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun