» » » Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?

Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?

maliyyə dəstəyi pandemiyaSual: Sualım müəssisələrin və fərdi sahibkar fiziki şəxslərin pandemiya ilə bağlı aldığı maliyyə dəstəyi ilə bağlıdır. Müəssisələr və fərdi sahibkar fiziki şəxslər dövlət dəstəyi proqramı çərçivəsində aldığı yardımdan pul vəsaitlərini vergiyə cəlb etməlidirlərmi?

Bu sualla bağlı 102 və 106-cı maddələrdə heç bir məlumat tapa bilmədim (102.1.28. istisna).

Cavab: Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əmək haqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır.

Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir. Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 104-cü maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun