Azərbaycanda sahibkarlar üçün yeni sayt istifadəyə verildi

posted in: Xəbər | 0

saytMikro, kiçik və orta biznes (KOB) subyektlərinin, həmçinin sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin biznes sahəsində təlimlər və məsləhət xidmətləri, şəbəkələşmə, təcrübə proqramları, maliyyə resurslarına çıxış və digər dəstəklər barədə məlumatlandırılması və təlimlər üçün KOB inkişaf mərkəzlərinin vahid onlayn platforması – www.kobim.az saytı istifadəyə verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Məlumata görə, Agentliyin yaratdığı saytın məqsədi KOB-ları bilik və bacarıqlarının artırılması üçün zəruri olan dəstək və xidmətlər barədə məlumatlandırmaq, bu xidmətlərə çıxışın asanlaşdırılmasıdır.

www.kobim.az saytında KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM), bu mərkəzlərdə sahibkarlar üçün təşkil olunan təlimlər, məsləhət, şəbəkələşmə və digər xidmətlər, peşəkar təlimçi-ekspertlər haqqında məlumatlar verilir. Saytda həmçinin, ay ərzində Bakı, Sumqayıt, Xaçmaz və Yevlax KOBİM-lərdə təşkil olunan ödənişsiz təlimlərə dair məlumatlar yerləşdirilir. KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı da yaradılıb.

Yaxın günlərdə saytda KOB-lar üçün onlayn təlim imkanı yaradılacaq, həmçinin sayta video təlim materialları yerləşdiriləcək ki, bu da sahibkarlara yaşadıqları ərazini tərk etmədən və vaxta qənaət etməklə biznes sahəsində zəruri biliklər əldə etməyə, sahibkarlıq fəaliyyəti və bu sahədəki yeniliklər barədə məlumatlanmağa imkan verəcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?

posted in: sual-cavab, Xəbər | 0

İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?

İnventarlaşdırma vergi öhdəliyiYerli rezident özəl hüquqi şəxsin sexlərin birində keçirilmiş inventarlaşma nəticəsində bir ədəd əsas vəsaitlərə aidiyyatı güman edilən əşya və 3 (üç) ədəd tez köhnələn əşya invertarlaşma komissiyası tərəfindən aşkar edilmişdir. Həmin əşyalar direktorun əmri ilə müəssisənin mühasibat uçotunda olan əşyalar (obyektlər) sırasına (balansa) mədaxil olunmuşdurlar.

Sual: bu halda yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisi tərəfindən hansı vergilər hesablanmalı və ödənilməlidir? Xahiş edirəm cavabınızı həm ƏDV və mənfəət vergisi olan vergi ödəyicisi üçün, həm də sadələşdirilmiş vergi ödəyicisi olan vergi ödəyicisi üçün hazırlayasınız. Bir də ki, inventarlaşdırma nəticəsində aşkar olunmuş (lakin mühasibat uçotunda barəsində məlumat aşkar olunmayan) əşyaların balans (ilkin) dəyərinin müəyyən edilməsi (təyin) üçün mütləq qaydada kənar qiymətləndirici cəlb olunmalıdırmı?

Cavab: Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. İnventarlaşma zamanı uçot artıqgəlmə zamanı müəyyən edilən aktivlərin dəyəri vergi ödəyicisinin gəlirlərinə aid edildiyi üçün, ümumi qaydada vergiyə cəlb olunur.

Sadələşdirilmiş verginin vergitutma obyektini təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə edilmiş ümumi hasilat, habelə satışdankənar gəlirlərin həcmi təşkil edir. Qeyd etdiyiniz gəlirlər isə satışdankənar gəlir kimi, sadələşdirilmiş vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Sorğunuzda qeyd olunan halda ƏDV-nin vergitutma obyekti yaranmır.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci159.1-ci, 219.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xaricdə auditin xüsusiyyətləri (2-ci hissə)

posted in: Xəbər | 0

auditin xüsusiyyətləriXaricdə auditin xüsusiyyətləri

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Beynəlxalq auditin nəzəriyyəsi və təcrübəsi rəqabət şəraitində formalaşmışdır.Bu çoxsaylı tədqiqatlar və həmin materialların ictimai müzakirələri ilə müşaiyət olunurdu. Nəticədə, bu ona gətirib çıxardı ki, bu günə qədər möhkəm beynəlxalq hüquqi auditor əsası yaradılmışdır, auditin təşkili formaları ətraflı işlənib hazırlanmışdır və bu, az əhəmiyyətli deyil, auditor fəaliyyəti üçün çoxlu sayda metodik materiallar nəşr olunur və daim artırılır.

Xaricdə, xüsusilə də inkişaf etmiş ölkələrdə on minlərlə auditor firmaları fəaliyyət göstərir. Təkcə ABŞ-da belə şirkətləin sayı 45 mindən çoxdur. Xarici audit firmaları dörd kateqoriyaya qruplaşdırılır:

  • Böyük dördlük;
  • Digər milli şirkətlər;
  • Yerli iri şirkətlər və regional şirkətlər;
  • Yerli kiçik şirkətlər;

“Böyük dördlük”: (KPMG, Ernst&Young, PricewaterhouseCoopersи DeloitteLLP) – nəhəng xarici auditor şirkətləri. Dünyanın demək olar ki, bütün böyük ölkələrində və şəhərlərində bu firmaların heç olmasa bir ofisi mövcuddur. Onların fəaliyyəti böyük gəlirlərin, dünya bazarındakı auditor xidmətlərinin əhəmiyyətli paylarının əldə edilməsi ilə səciyyələnir. 2012-ci ilin məlumatına görə, böyük dördlük firmaları, demək olar ki, bütün (85% – dən çox) iri şirkətlərdə auditi həyata keçirirlər.

Digər milli firmalar – Böyük dördlükdən başqa milli firmalar sayılan digər firmalar da vardır. Onlar da böyük dördlük firmaları kimi eyni xidmətləri həyata keçirirlər və eyni zamanda onların birbaşa rəqibləri hesab olunurlar.

Böyük yerli və regional firmalar – bu firmalar milli firmalarla rəqabət aparırlar. Onlar region miqyasında audit aparırlar. Onların əsas xüsusiyyəti peşəkar heyətlərinin 50 nəfərdən çox olmasındadır. Bu firmalardan bəziləri texniki məlumat və davamlı təhsil kimi sahələrdəki mənbələri bölüşmək üçün audit şirkəti assosiasiyalarına qoşulmuşdur.

Kiçik yerli şirkətlər – bunlar yoxlamalar aparan və digər əlaqədar xidmətləri əsasən müəyyən bir bölgədəki kiçik müəssisələr üçün təqdim edən firmalardır. Bu firmaların peşəkar işçilərinin sayı, bir qayda olaraq, 25 nəfərdən çox deyil. Belə firmaların payı təxminən 95% təşkil edir.

2012-ci ilin məlumatına görə, beynəlxalq assosiasiyalarda 4,5 mindən çox auditor şirkəti fəaliyyət göstərir ki, bu da öz funksiyalarını dünyanın 189 ölkəsində həyata keçirir. Yalnız Böyük Britaniyada 200-dən çox böyük audit şirkəti yaradılıb və fəaliyyət göstərir. Beynəlxalq müasir audit, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində hüquqi və təşkilati infrastrukturu olan ictimai peşəkar audit İnstitutunun mövcud olması ilə səciyyələnir. Lakin, auditor fəaliyyətinə dövlət nəzarətində fərqlər var. Böyük Britaniya və ABŞ-da auditor firmaları auditorların peşə vəzifələrinin nə dərəcədə vicdanla və səriştəli şəkildə yerinə yetirildiyinə dair hazırlıq, ixtisasartırma və nəzarətdə böyük sərbəstlik ilə xarakterizə olunur. Kontinental Avropa ölkələrində auditor fəaliyyəti isə, əksinə, dövlət tərəfindən ciddi tənzimlənməyə məruz qalır. Burada audit hökumət strukturlarında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir və aparılır. Avropa ittifaqı ölkələrində mühasibat hesabatlarının və balanslarının yoxlanılması ilə məşğul olan auditorlarla yanaşı, vergitutma məsələləri üzrə auditor-məsləhətçilərin spesifik kateqoriyasını ayırırlar. Avstraliyada bir sıra Asiya dövlətlərinin, məsələn, Malayziya, Sinqapur, Honkonq vətəndaşlarının da üzv ola biləcəyi diplomlu mühasib-auditorlar institutu yaradılıb. Bundan başqa, bu Asiya ölkələrinin Avstraliyada təmsil olunan nümayəndələrinə auditor peşəsinə hazırlıq, ixtisas imtahanlarının verilməsi və müvafiq rütbələrin verilməsi üzrə yardım göstərilir.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karl Marks haqqında eşitmədiyiniz beş fakt (2-ci hissə)

posted in: Xəbər | 0

Karl MarksKarl Marks haqqında bəlkə də heç eşitmədiyiniz beş fakt

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

O, asudə vaxtımızın olmasını və həmin vaxt ərzində nə edəcəyimizlə bağlı qərarı özümüz tərəfimizdən verilməsini istəyirdi

Necədir, gündə 24 saat və həftədə yeddi gün işləməmək ideyası xoşunuza gəlirmi? Bəs nahar fasiləsi necə? Qocalıqda pensiya almaq istərdinizmi?

Əgər bu suallardan heç olmasa birinə “hə” cavabı versəniz, onda Karl Marksa təşəkkür edin.

London iqtisadiyyat məktəbinin professoru Mayk Sevec deyir: “Sizi saatlarla işləməyə məcbur etdikdə, asudə vaxtınız olmayacaq. Siz bir daha öz şəxsi həyatınızla bağlı sərəncam verə bilməyəcəksiniz”.

Marks yazırdı ki, kapitalist cəmiyyətində bir çox insanlar sağ qalmaq üçün onlarda olan yeganə bir şeyi – öz əməklərini – pul müqabilində satmağa məcburdurlar.

Marksın sözlərinə görə, bu çox vaxt qeyri-bərabər mübadilə idi və o, istismar və kənarlıq hissinə səbəb ola bilərdi: adam özünü sanki baza insan dəyərləri ilə əlaqəsini itirmiş kimi hiss edirdi.

Marks zəhməkeş insanlardan ötrü daha çox üstünlüklər istəyirdi: o istəyirdi ki, biz müstəqil, yaradıcı olaq və ilk növbədə öz şəxsi zamanımızın sahibi olaq.

“Ümumilikdə Marks deyirdi ki, iş bizim bütün həyatımızı müəyyən edə bilməz. O, bizim müstəqillik payımız olan, özümüzün necə yaşamaq istədiyimizi həll etdiyimiz həyatı nəzərdə tuturdu. İnsanların əksəriyyətinin can atdığı bu şey ideal hesab olunur”, – Sevec qeyd edir.

“Marksın belə bir məşhur sitatı var, orada o deyir ki, biz səhərlər ov edə, gündüzlər balıq tuta, axşamlar heyvan otara bilərik və şamdan sonra isə tənqid edə bilərik. O, özgürlüyə, azadlığa və kənarlaşdırmaqla mübarizə aparmaq lazım olduğuna inanırdı”, – deyə, alim əlavə edib.

O, istəyirdi ki, biz işimizdən zövq ala bilək.

Əgər insan “özünün yaratdığı obyeklərdə özünü görə” bilsə, bizim işimiz sevinc mənbəyi ola bilər.

Əməyimiz bizə yaradıcı olmaq və nəyə qadir olduğumuzu daha yaxşı göstərmək üçün bizlərə imkanlar yarada bilər: istər bunlar bizim insan keyfiyyətlərimiz olsun, istərsə də zəka və ya vərdişlərimiz olsun.

Lakin, əgər işiniz sizdən ötrü maraq kəsb etmirsə, sizdə hər hansı bir hiss doğurmursa, nəticədə siz özünüzü əzgin və hüquqları pozulmuş, eləcə də kənarlaşdırılmış bir insan kimi hiss edəcəksiniz.

Bu heç də Silikon vadisindən olan motivasiya üzrə hansısa müasir bilicinin dilindən səslənmir, XIX əsrdə yaşamış birinin dilindən səslənir.

Özünün daha erkən əsərlərində – “1844-cü ilin iqtisadi-fəlsəfi əlyazmlarında” – Karl Marks qarşımızda işdən alınan zövqün rifah ilə əlaqələndirən ilk mütəfəkkirlərdən biri kimi dayanır.

O qeyd edir ki, əgər biz işə bu qədər çox vaxt sərf ediriksə, ondan hansısa sevinc əldə etməliyik.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 960 961 962 963 964 965 966 2. 388