Dünya avtomobil nəhəngi bir eksperiment üçün bütöv bir adanı əldə edib

posted in: Xəbər | 0

Volkswagen alman avtomobil istehsalçısı “yaşıl” nəqliyyatla bağlı bir eksperimenti həyata keçirmək üçün bütöv bir yunan adasını öz sərəncamına götürüb. Bu haqda şirkətin saytında məlumat verilib.

Söhbət Egey dənizindəki Astipaleya adasından gedir. Yunanıstan hökuməti ilə birlikdə həyata keçirilən layihə çərçivəsində dünya avtomobil nəhəngi, yaxın iki il ərzində adanı bütünlüklə elektrik nəqliyyatına və bərpa olunan enerji mənbələrinə keçirəcək.

Layihə çərçivəsində daxili yanma mühərriki ilə işləyən 1,5 minə yaxın avtomobil min ədəd elektromobillərlə əvəz ediləcək. Elektriklə işləyən avtomobillərdən başqa adada elektroskuterlər və elektriklə işləyən velosipedlər də populyarlaşdırılacaq. Ümumilikdə layihə altı il üçün nəzərdə tutulub.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?

posted in: Xəbər | 0

Təqaüdçülər əmlak vergisi güzəştlərMənzillərini, digər əmlaklarını sənədləşdirən vətəndaşların əmlak vergisi ödəmələri ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri də budur ki, Yeni Günəşli qəsəbəsində 67,9 kvadratmetr, 5 otaqlı mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?

Vergilər Nazirliyindən bildirilib ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir.

Qeyd olunan Bakı şəhərinin Suraxanı rayonunda yerləşən binalar 9-cu zonaya aid edilir. Onlara tətbiq olunan əmsal 0,85-ə bərabərdir. Qeyd olunan halda həmin mənzil üçün əmlak vergisinin məbləği 12,88 manat olacaq:

(67,9 – 30) x 0,4 x 0,85 = 12,88 manat.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Ona görə də sözügedən mənzilə görə əmlak vergisi ödəmək öhdəliyi yaranmır.

Bundan başqa, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahəsi 10.000 kvadratmetrədək olduqda, Vergi Məcəlləsinin 206.3-cü maddəsində qeyd olunan dərəcələrlə torpaq vergisi hesablanır.

Ayrılıqda bir neçə şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin (məsələn, bina evlərinin) altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi həmin şəxslərə məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əmək haqqı aşağı düşüb

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı 707 manata düşüb

əməkhaqqıBu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və yaxud 2,6% artaraq 1 681,6 min nəfər olub, onlardan 908,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muzdla işləyənlərin 19,4%-i təhsil, 18,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8,1%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 17,1% artaraq 706,6 manat olub. Amma bu, bu ilin yanvar-avqust aylarının yekunu ilə müqayisədə 0,5% azdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

AzTV auditor seçir

posted in: Xəbər | 0

AzTV auditor seçir

Audit Auditor“Azərbaycan Televiziya və Radio Verlişləri” QSC (AzTV) 2019-cu il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 19-u, saat 17:00-a qədər şirkətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mehdi Hüseyn küçəsi, 1 ünvanına təqdim edə bilərlər.

İddiaçılar eyni zamanda (012) 537-02-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflərə noyabrın 20-də baxılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 958 959 960 961 962 963 964 2. 388