Yenidən qiymətləndirmə zamanı yaranan fərq əmlak vergisi bəyannaməsində necə əks etdirilməlidir?

posted in: Xəbər | 0

Yenidənqiymətləndirmə əmlak vergisiSual: Firma əsas vəsaitləri yenidən qiymətləndirmiş, 100.000 AZN olan qalıq dəyəri 120.000 AZN olmuşdur. Vergi Məcəlləsinə əsasən yenidən qiymətləndirmədən yaranan müsbət fərq məbləği olan 20.000 AZN əmlak vergisindən azaddır. Əmlak vergisi bəyannaməsinin azadolmalar üçün əlavələrində yenidən qiymətləndirmədən yaranan müsbət fərqin əks etdirilməsi yoxdur. Yenidən qiymətləndirmədən sonrakı dəyəri bəyannamənin vergi hesablama hissəsində – “azad olma”da göstərilsə də əlavələrdə uyğun maddənin əks etdirilməsi olmadığı üçün vergi orqanı kameral qaydada hesablama edir. Bu problemin olmaması üçün nə etməliyik?

Cavab: Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası Vergi Məcəlləsinin 202-ci maddəsi ilə tənzimlənir. Əmlak vergisinin məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Beləliklə, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan müsbət fərq əmlak vergisindən azadolma şəklində müəyyənləşdirilmədiyindən əmlak vergisi bəyannaməsinin Əlavəsində – “Vergidən azad olunan əmlakın dəyəri haqqında məlumat” hissəsində əks etdirilməsinə zərurət yoxdur.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

10 şəhər və rayon üzrə işsiz şəxslərə 190 manat veriləcək

posted in: Xəbər | 0

10 şəhər və rayon üzrə işsiz şəxslərə 190 manat veriləcək

Dövlət Məşğulluq AgentliyiNazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edib.

Dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nazirlər Kabineti xüsusi karantin rejimində dəyişikliklər etdi

posted in: Xəbər | 0

Xüsusi karantin rejimində dəyişikliklərÖlkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.

Operativ Qərargahdan verilən məlumata görə, qərara əsasən, 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır:
– hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

– digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);

– səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

– kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);

– yük daşımaları və logistika xidmətləri;

– Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

– kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;

– apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
– kütləvi informasiya vasitələrinin fəaliyyəti;

– maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;

– mühafizə xidmətləri.

Bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaqdır.
Bu qaydaların tətbiq olunduğu şəhər və rayonlarda:

– İqtisadiyyat nazirliyi tərəfindən bu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank “BirCode Camp” təcrübə proqramına başladı

posted in: Bank, Xəbər | 0

Kapital Bank Son illər ölkənin bank sektoru rəqəmsallaşmaya, informasiya texnologiyaları sahəsinin inkişafına böyük önəm verir. Artıq bir sıra bank əməliyyatları onlayn qaydada, bankın filiallarına gəlmədən həyata keçirilir. Təbii ki, müasir tendensiyalardan ölkənin birinci bankı olan Kapital Bank da geridə qalmır. Bunun üçün də Kapital Bank-da artıq bir neçə ildir ki, IT üzrə müxtəlif təcrübə proqramları keçirilir və gənc mütəxəssislərin yetişdirilməsi üçün çox böyük işlər görülür.

Bir müddətdir ki, Kapital Bank informasiya texnologiya sahəsi ilə maraqlanan gənclər üçün “BirCode Camp” təcrübə proqramına qeydiyyatı açıq elan edib. 738 nəfər müraciət edən arasından 137 nəfərlə görüşlər keçirilib və onlardan yalnız 27 nəfər layihədə iştiraka uyğun görülüb. 2 noyabr 2020-ci il tarixində, İnsan Kapitalı Akademiyasında layihənin açılışı baş tutdu və “BirCode Camp” təcrübə proqramında iştirak etmək üçün seçilən potensiallı gənc İT mütəxəssislər layihənin təqdimatında iştirak edib, layihə haqda ətraflı məlumatlar əldə etdilər.
Təqdimat zamanı Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova iştirak edirdi. Layihə çərçivəsində iştirakçılar, əməkdaşlarımızın mentorluğu ilə Front-end, Back-end, IOS və Android development sahələri üzrə bilik və təcrübə əldə edəcəklər. Bu müddət ərzində onlar həmçinin, Agile metodologiya ilə yaxından tanış olacaqlar.

“Hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank son illər ərzində əsasən IT sahəsinin inkişafına, bu sahəyə daha çox gəncin cəlb edilməsinə böyük diqqət ayırır. Biz həm ali məktəblərdən, həm də müxtəlif saytlarda, sosial şəbəkələrdə verdiyimiz elanlar əsasında müraciətləri araşdırıb, ən yaxşılarını təcrübə proqramlarına cəlb edirik. Əminəm ki, “BirCode Camp” layihəsi də gənclərimiz üçün uğurlu və gələcək karyeralarının qurulmasında faydalı olacaq”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 961 962 963 964 965 966 967 2. 388