Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olar?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olar?

Sual:

158.2. maddədə 158.1. maddə istisna edilir. 16.3. maddəni nəzərə alaraq, yəni vergi ödəyicisi məsələn 2 il müddətinə fəaliyyətini müvəqqəti dayandırarsa 158.2. maddəni tətbiq edə bilər? 158.2. maddədə 16.3. maddə istisna edilmir.

Cavab:

Bildiririk ki, Vergi Məcəlləsinin 158.1-ci maddəsində vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıldığı halda, vergi orqanına Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə təqdim edilməsi istisna edilmiş, sahibkarlıq fəaliyyətini dayandırmamış şəxsin ƏDV-yə cəlb olunan əməliyyatların aparılmasını dayandırdığı halda Əlavə Dəyər Vergisi qeydiyyatının ləğvinin mümkünlüyü nəzərdə tutulmuşdur.

Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi sahibkarlıq fəaliyyətini dayandırmayaraq vergiyə cəlb olunan əməliyyatlar apardığı, lakin həmin əməliyyatların ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmadığı və ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair vergi orqanına ərizə verə bilər.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (V hissə)

posted in: Xəbər | 0

RomaQədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

Bununla birlikdə, Katonun xərclərin dəyişənlərə və sabitlərə bölünməsi və müasir idarəetmə uçotu praktikasında bilavasitə maya dəyəri kimi tanınan yanaşmanın təbliği barədə göstərişi daha vacib sayılmalıdır.  “Yadda saxlamaq lazımdır ki, – Katon qeyd edirdi – təsərrüfatda heç bir iş aparılmadığı halda belə, onun saxlanılmasına xərclər gedir”. Katona görə, bu şəkildə iqtisadiyyatda hər zaman məhsulun həcmindən heç bir şəkildə asılı olmayan xərclər var. Bunlar sahibinin vəzifəsi olan birbaşa zərərlərdir.

Eyni zamanda, Katon qazanc əldə etmək sənətini insanın ən yüksək naliyyəti hesab edirdi.

Lakin, mühasibat uçotunun parlaq təbliğatçısı olaraq, Katon mühasibat məlumatlarına tam etibar etməyi məsləhət görməmişdi. Təlimatlarında, o, təsərrüfat sahibinin hər şeyi şəxsən müşahidə etməli olduğunu, bundan ötrü isə onun təsərrüfatda olmaqla, hansı işin necə yerinə yetirildiyini və nəyin yerinə yetirilmədiyini öz gözləri ilə görməli olduğunu vacib hesab edirdi. Və yalnız bundan sonra kitabı tələb etmək və orada yerinə yetirilən işlər barədə hesabatla tanış olmağı tövsiyə edirdi.

Məşhur Roma alimi Mark Trensiy Varron isə daha çox rəhbərlik edən şəxsin yazılı hesabatlarına diqqət ayırırdı, o, maddi məsul şəxslərin savadlı olmasını tələb edirdi.

Bu vəzifəyə savadlı bir işçinin təyin olunmasının zəruriliyini göstərərək, o yazırdı ki, “savadsız rəis faydasız bir şeydir, zira o, ağa sürüsünün vəziyyəti ilə bağlı düzgün hesabat tərtib etməyi bacarmayacaq”.

E.ə. II-I əsrlərdə yaşamış yazıçı Lutsiy Yuniy Moderat Kolumella isə tamam fərqli baxışlara söykənirdi. O, hesabdarlıqda savadlı olanlara şübhə ilə yanaşır və savadsız rəhbərin daha etibarlı ola biləcəyini güman edirdi. Rəhbər işçilər və qullar tərəfindən yol verilən müəyyən oğurluqları sadalayan Kolumella yazırdı: “Nəhayət taxılın anbara daşınması zamanı onlar hesab qeydlərində sayı düzgün göstərmir. Beləliklə, həm vəzifəli şəxs, həm də qullar fırıldağa əl atır və sahələr də yararsız hala düşür. Bu işlərə rəhbərlik edən şəxs nə qədər savadlıdırsa, o bir o qədər dələduzluğa və əyintilərə yol verir. Hətta savadsız biri – Kolumella yazırdı – əla yaddaşa malik olsa təsərrüfatı daha yaxşı idarə edə bilər… Belə bir rəhbər öz ağasına mədaxil-məxaric kitabındansa daha çox nağd pullar gətirə bilər, zira, yazıb-oxumağı bacarmadığından onun saxta hesablar tərtib etməsi və ya bundan ötrü öz qorxusundan digərlərinə müraciət etməsi mümkün deyil”.

İstehsal

Maraqlıdır ki, Qədim Romada inşaatda tikilinin dəyərləndirilməsi zamanı aşınma da nəzərə alınırdı. Belə ki, Vitruviy yazırdı: “Ümumi istifadədə olan divarların dəyərləndirilməsi zamanı arbitraj qiymətləndiriciləri tikintini yekun məbləği ilə deyil, ötən hər bir il üçün onun dəyərinin 1/80 hissəsini çıxmaqla qiymətləndirirdilər və hesab edirdilər ki, həmin divarlar 80 ildən çox mövcud ola bilməz”. Amma, bütün ciddiliyi ilə düzgün, yəni, şaqulin vasitəsilə hörülmüş kərpic divarların dəyərləndirilməsində isə aşınma məsələsinə görə dəyər aşağı salınmırdı. Beləliklə, satış zamanı ən azından bərabər  (düzxətli) aşınma amilindən istifadə olunurdu və maya dəyərinin qiymətləndirilməsi bu halda aydın hesablanırdı.

Sənaye uçotu ilə bağlı bizə çatan həmin dövrə aid məlumatlar təsdiq edir ki, o zamanlar kalkulyasiya olmayıb. Bazara işləyən sənaye istehsalında təsərrüfat fəaliyyətinin nəticələri bütövlükdə müəssisə üzrə bütün xərcləri bütün gəlirlərlə müqayisə etmək yolu ilə müəyyən edilirdi.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Səudiyyə Ərəbistanı neft böhranı ilə bağlı itkilərini açıqlayıb

posted in: Xəbər | 0

Səudiyyə Ərəbistanı neft böhranı ilə bağlı itkilərini açıqlayıb

Səudiyyə Ərəbistanı neftSəudiyyə Ərəbistanı hakimiyyəti 2020-ci ildə neft bazarında baş verən böhrandan 100 milyard rial itki olduğunu açıqlayıb, bu, 27 milyard dollardan çoxdur. Belə bir rəqəm krallığın şahzadə varisi Mühəmməd bin Salman tərəfindən səsləndirilib, bu haqda RİA Novosti məlumat verib.

Onun sözlərinə görə, dövlətin gəlirləri 833 milyard rial səviyyəsində gözlənilirdi ki, bunun da 513 milyard rialı neftin payına düşürdü. Beləliklə, ölkə büdcəsi 12 faiz itki ilə üzləşib.

Ölkədə qalan neft gəlirləri (410 milyard rial) hətta dövlət qulluqçularının əmək haqqını ödəmək üçün tələb olunan 504 milyard rialın ödənişi üçün belə  kifayət etmir. Buna görə, bin Salmanın sözlərinə görə, krallıq neft hasilatı ilə bağlı olmayan gəlirləri 360 milyard riala qədər (96 milyard dollar) artırıb.

Yayda ölkə hakimiyyəti ciddi vergi artımları və yığımlarına getməli olmuşdular. İyulun 1-dən əlavə dəyər vergisi üç dəfə artırılıb – 5 faizdən 15 faizə kimi, iyunun 1-dən isə Səudiyyə Ərəbistanında yaşayış minimumu ilə əlaqəli ödənişlər dayandırılıb. Bundan əlavə, krallıq idxal olunan malların ayrı-ayrı kateqoriyaları üçün gömrük yığımlarını 0,5-15 faizə kimi artırıb.

Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəhbəri, şahzadə Əbdüləziz bin Salman noyabr ayında 2021-ci ildə hasilatın məhdudlaşdırılması haqqında razılaşmaya kvotaların sərtləşdirilməsi istiqamətində yenidən baxılmalı olacağını istisna etməyib. Koronavirus pandemiyasının ikinci dalğası üzündən neft bazarının bərpa olunması dayanıb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İsveçrədə şirkətlər ödədikləri rüşvəti vergidən yayındıra bilməyəcək

posted in: Xəbər | 0

İsveçrə rüşvətNə qədər qəribə də görünsə, 1996-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin yarısı digər ölkələrdə dövlət təmsilçilərinə ödənilən rüşvətin vergiyə cəlb olunmamasına icazə verirdi. Bunların arasında Almaniya, Fransa, Avstraliya, Yeni Zelandiya və İsveçrə də vardı. Həmin ölkələrdə fəaliyyət göstərən şirkətlər bəzi xarici ölkələrdə biznes aparmaq üçün rüşvət vermək məcburiyyətində qaldıqlarını bildirirdilər.

Sonrakı dövrlərdə biznes təcrübələri dəyişdikcə OECD rüşvət və çirkli pulların yuyulması ilə bağlı daha sərt qanunların tətbiqi üçün təzyiqləri artırdı.

Buna baxmayaraq İsveçrə 2001-ci ildə dövlət sektorunda çalışanlara ödənilən rüşvətin vergidən azad olunmasını qüvvədə saxladı.

Bu ölkənin qanunvericiliyi şirkətlərin ayrı-ayrı fərdlərə rüşvət verməsini yalnız 2015-ci ildə cinayət kimi təsbit etdi.

BBC agentliyinin məlumatında bildirilir ki, İsveçrə hökuməti vergi qanunvericiliyinin cinayət məcəlləsinə uyğunlaşdırılması barədə qərar qəbul edib. Hökumətin bu qərarına əsasən, İsveçrədə şirkətlərin fərdlərə ödədikləri rüşvət vergidən azad edilməyəcək.

“Vergi cənnətləri” imicindən qurtulmağı qarşısına məqsəd qoyan İsveçrədə yeni qayda 2022-ci ildə qüvvəyə minəcək.

Xatırladaq ki, Avropa İttifaqı İsveçrəni 2019-cu ilə qədər “vergi sığınacağı” sayılan ölkələrin “qara siyahısı”na salmışdı.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 955 956 957 958 959 960 961 2. 388