Azərbaycanda hərbi vəziyyət ləğv edilir

posted in: Xəbər | 0

Azərbaycanda hərbi vəziyyət ləğv edilir

hərbi vəziyyətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan “Hərbi vəziyyətin ləğv olunması haqqında” Fərmanının təsdiq edilməsi məsələsi Milli Məclisdə müzakirə olunacaq.

Bu barədə “Report”a MM-dən məlumat verilib.

Məsələ Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank həssas əhali qrupuna yeni paket təqdim edir

posted in: Xəbər | 0

Kapital BankKapital Bank hər zaman bir sıra dövlət layihələrində iştirak edərək, müvəkkil bank qismində əhaliyə xidmət göstərir. Əmək pensiyaları, sosial müavinətlər, ünvanlı sosial yardımlar, təhsil və bir sıra digər xidmətlər üzrə dövlət tərəfindən verilən vəsaitlər, əsasən Kapital Bank kartları vasitəsilə əhaliyə təqdim olunur.

Həmçinin 2020-ci ilin mart ayından başlayaraq ölkədə pandemiya şəraiti zamanı işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəmə vəsaitlərinin əksər hissəsi Kapital Bank filialları və kartları vasitəsilə verilib.

Bütün bunları nəzərə alaraq Kapital Bank aşağı gəliri olan əhali qrupuna yeni “Baza bank xidmətləri paketi”ni təqdim edir. Bu paketi əldə edənlər daha sərfəli şərtlərlə maliyyə xidmətindən yararlana biləcəklər.

“Baza bank xidmətləri paketi” çərçivəsində aşağı gəlirli əhali qrupuna daxil müştərilərə Kapital Bank-da cari hesabın açılması, mobil və SMS bankçılıq, yaşayış minimumu həcmində vəsaitin ölkədaxilində bankomatlarda nağdlaşdırılması, debit ödəniş kartlarının təqdim edilməsi kimi xidmətlərdən komissiyasız istifadəni nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin sonuna qədər tətbiqinə başlanacaq “Baza bank xidmətləri paketi” ilkin olaraq təqribən 200 000 nəfər aşağı gəliri olan vətəndaşı əhatə edəcək və həmin şəxslər yuxarıda qeyd olunan bir sıra xidmətlərdən komissiyasız istifadə edə biləcəklər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bernardo Proventsano – Mühasib

posted in: Xəbər | 0

Bernardo Proventsano – Mühasib

Bernardo Proventsano MühasibSiciliya mafiyasının bossu, Korleone klanının başçısı Bernardo Proventsano, Sicilayının kiçik kəndi Korleonedə yoxsul kəndli ailəsində anadan olub. Gəncliyində, o, Korleone klanına daxil olub. Bu klanın bölmə rəhbəri Luçano Luidcio deyirdi ki, Bernardo “mələk kimi atəş açır, amma, cücə kimi düşünür”.

Mafiyanın xaç atasını həmkarları Vəhşi, Mühasib və Buldozer ləqəbləri ilə çağıırdılar – sonuncu ləqəbi, o, barışmazlığına və inadkarlığına görə almışdı. Həmçinin belə bir fikir də vardır ki, Bernardo son ləqəbinə adamları güllə ilə biçib-tökdüyünə görə qazanmışdı. Bütün bunlara baxmayaraq, o özündə həm də yaxşı rəhbər kimi  bir keyfiyyəti də qoruyub saxlaya bilmişdi. Özünün yüksəliş zirvəsində olduğu zaman Proventsano Palermodakı bütün qeyri-qanuni biznes üzərində hakimiyyəti – ticarət, silah və narkotik vasitələr alveri, qumar oyunları evləri – ələ keçirmişdi.

Proventsanonun karyera yüksəlişi 1958-ci ildə – öz rəqibi Luicio Mikele Navarranın öldürülməsindən sonra başlamışdı. Sonrakı on il ərzində Proventsano onlarla cinayətdə və qətllərdə iştirakçı olmuşdu. Ötən əsrin 80-ci illərində koza nostra tam şəkildə Proventsano və onun silahdaşı Salvatore (Toto) Riinanın (“Çırtdan”) nəzarətinə keçmişdi. Barəsində ilk axtarış elan olunduqdan keçən iyirmi il ərzində Proventsanonu hətta axtarmağa belə cəhd etməmişdilər.  Amma, 1990-cı illərin əvvəlində italyan hakimiyyəti “Təmiz əllər” adlandırılan əməliyyata başladı bundan sonra ölkədə mafiya bosslarının həbs dalğaları başlandı. Həmin vaxt Proventsanonun da aktiv axtarışları başlanılmışdı.

2006-cı ilin 11 apreli Bernardo Proventsano üçün ağır gün oldu. Polis tərəfindən o, Siciliyadakı fermada  saxlanıldıqda, artıq 73 yaşında qoca kişi idi. Əynində cins şalvar və sviter var idi. Proventsano bir sıra qətllərə, o cümlədən 1992-ci ildə törədilən ölüm faktına görə artıq qiyabi olaraq mühakimə olunmuşdu. O vaxt Proventsano iki hakimi – Covanni Falkone və Paolo Borsellinonu öldürmüşdü. Yalnız bu iki ölüm faktına görə o, ömürlük həbs cəzası almışdı. Proventsano ömrünün 10 ilini həbsxanada keçirdi və 2016-cı ildə elə orada vəfat etdi.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Siyasətin dünya iqtisadiyyatına təsiri hesablanıb

posted in: iqtisadiyyat, Xəbər | 0

iqtisadiyyat siyasətLondon iqtisadi siyasət araşdırmaları Mərkəzi (CEPR) populist siyasətçilərin öz ölkələrinin iqtisadiyyatına təsirinin dərəcəsini hesablayıb. Bu haqda məlumat təşkilatın saytında dərc olunub.

Müəlliflər populistlərin meyarları altına düşən siyasətçilərin fəaliyyətinin nəticələrini araşdırıblar. Müəlliflər,  “dürüst xalq” və onun maraqlarının “korrupsiyalaşmış isteblişment”ə qarşı qoyulmasını əsas məsələ hesab edirlər. Araşdırmada populistlər arasında İsrailin baş naziri Benyamin Netanyahu və Venesuela prezidenti Nikolas Maduro fərqlənir. Birinci daha çox sağçı baxışlara üstünlük verir (əhalini mühacirlərdən müdafiə edəcəyini vəd edir), ikinci – sağçı baxışlara malikdir (böyük şirkətlər və oliqarxlar tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə aparmaq üçün vədlər üzərində siyasət qurur).

Müəlliflər Rusiya prezidenti Vladimir Putini “xarizmatik siyasətçi” hesab etdiklərindən, onu populistlər sırasına aid etməyiblər. Ümumilikdə isə tədqiqatlar zamanı 60 ölkədən olan 1458 dünya liderilərinin fəaliyyəti təhlil olunub (pupulistlərə 50 nəfər aid edilib).

Müəlliflər populizmə daha çox meylli olan ölkələrə Argentinanı (İkinci dünya müharibəsi başa çatdığı andan indiki zamanadək olan müddətin 39 faizində populistlər hakimiyyətdə olublar), İndoneziyanı (zamanın 32 faizi), İtaliyanı (29 faiz) və Ekvadoru (23 faiz) aid ediblər.

Tədqiqat həmçinin bir neçə qanunauyğunluq və tendensiyanı da ortaya qoyub. Populistlər, bir qayda olaraq, iqtisadi böhranlar zamanı hakimiyyətə gəlirlər. Nəhəng ümumdünya iqtisadi böhranları populizm “dalğaları”na təkan verib, bu xüsusilə də 1930-cu ildə (Böyük durğunluqdan sonra) və 2010-cu ildə (dünya maliyyə böhranından sonra) daha aydın özünü göstərib.

Populistlərin əksəriyyəti xarici malların daxili bazarlara daxil olmasını məhdudlaşadırıraq, bundan ötrü rüsumlar tətbiq etməklə, proteksionist siyasət yeridirlər.  Eləcə də onlara ucuz kreditlər hesabına iqtisadiyyatı dəstəkləmək üçün aşağı faiz dərəcələrində ifadə olunan yumşaq pul-kredit siyasəti də xarakterikdir. Nəhayət, bir çox populist liderlər – dövlət başçıları milli və qlobal iqtisadiyyatlardakı ənənəvi nəzarət və tarazlıq sistemini pozaraq öz səlahiyyətlərini genişləndirməyə çalışırlar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 952 953 954 955 956 957 958 2. 400