Azərbaycanda orta aylıq əmək haqqı aşağı düşüb

posted in: Xəbər | 0

əmək haqqıBu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 min nəfər və yaxud 2,7 % artaraq 1 685,3 min nəfər olub, onlardan 914,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 770,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, muzdla işləyənlərin 19,5%-i təhsil, 18,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 704,5 manat təşkil edib. Amma bu rəqəm yanvar-sentyabr ayları ilə müqayisədə 0,3% azdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir

posted in: Xəbər | 0

e-arayış ƏƏSMNİş yerinə və əlilliyə dair, müavinət, pensiya, təqaüdlə, sosial yardımla, mənzillə, avtomobillə təmin edilmə, fərdi şəxsi hesab  və s. barədə arayışlar əldə etmək indi daha asan, rahat və əlçatandır. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir.

Arayışları əldə etmək üçün e-sosial.az portalına daxil olub qeydiyyatdan keçmək lazımdır. Bundan sonra aşağıdakı növlərdə arayışları e-qaydada əldə etmək mümkündür:

– İş yerinə dair arayış

– Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilən müayinə haqqında arayış

– Əlillik haqqında arayış

– Pensiya haqqında arayış

– Müavinət və təqaüd haqqında arayış

– Maddi yardım haqqında arayış

– Sosial avtomobil haqqında arayış

– Birdəfəlik ödəmə haqqında arayış

– Mənzillə təminat haqqında arayış

– Ünvanlı sosial yardım haqqında arayış

– Ünvanlı sosial yardım ödənişləri haqqında arayış

– Fərdi şəxsi hesab haqqında arayış

– Məşğulluq haqqında arayış

– Torpaq pay mülkiyyətçisi haqqında arayış

– Sosial sığorta şəhadətnaməsi nömrəsi haqqında arayış

Yaxın zamanda daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.

E-arayış xidmətlərindən istifadə proseduru ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik:

Mənbə: sosial.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sadələşdirilmiş vergitutma kimlər üçün məhdudlaşdırılır?

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş vergitutma kimlər üçün məhdudlaşdırılır? sadələşdirilmiş vergi ödəyicisi

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, işçilərinin sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi və icbari sığorta müqaviləsi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. 

Qanunla sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri bu ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, müəyyən fəaliyyət növləri üzrə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun məhdudlaşdırılması, əsasən, vətəndaşa yox, biznesə xidmət göstərən şəxslərə şamil edilib. Əgər vəkil, mühasib, auditor vətəndaşa xidmət göstərirsə, həmin şəxslər dövriyyəsindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq edə biləcəklər. Burada hər hansı bir məhdudiyyət yoxdur. Qanunun qoyduğu məhdudiyyət sahibkarla bağlanmış müqavilə əsasında sahibkara xidmət göstərən subyektlərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ ilə bağlıdır: “Bundan əvvəl sahibkara xidmət göstərən başqa bir sahibkar – əgər qarşı tərəf öz xərcini və gəlirini göstərmək istəmirsə və yaxud öz dövriyyəsini sadələşdirilmiş vergi rejimi ilə işləyirsə – qarşı tərəfin tələbi əsasında ona qaimə-faktura verilmirdi. Hansısa nəzarət-kassa aparatının çeki də sonradan rəsmiləşdirilir və burada bir sıra sui-istifadə hallarına yol verilirdi.

Əgər vəkil, mühasib, auditor vətəndaşa xidmət göstərirsə, həmin şəxslər dövriyyəsindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq edə biləcəklər.

Ümumiyyətlə, vergi ödəyiciləri arasında əməliyyatların rəsmiləşdirilməsi qaydaları Vergi Məcəlləsi ilə müəyyən edilir. Bir sahibkar başqa bir sahibkara mal, iş və ya xidmət təqdim edirsə, istisna halda hüquqi xidmət göstərirsə, əslində, e-qaimə-faktura təqdim etməlidir ki, qarşı tərəf də öz xərcini sübut edə, gəlirini göstərə bilsin. Əfsuslar olsun ki, bəzi hallarda əmək müqaviləsini “pərdələmək” məqsədilə, ümumiyyətlə, gəlirlər və xərclər sənədlərdə az göstərilir. İki sahibkar arasında qanunla müəyyən edilmiş sənədləşdirilmə aparılmır. Məhz buna görə də qanunvericiliyə belə bir dəyişiklik edildi”.

S.Musayeva bildirib ki, tam xərcsiz, yəni sıfır xərclə biznes qurulmur. İstənilən xidmətin, təbii ki, müəyyən bir xərci var: “Kargüzarlıq ləvazimatları, tərcümə xidmətləri, notarial xidmətlərlə bağlı xərclər ola bilər ki, onların rəsmiləşdirilməsi ilə bağlı sənədlər olmur. Əgər sahibkar bütün xərclərini rəsmiləşdirsə, daimi olaraq daşıma xidmətləri, dəftərxana ləvazimatları, rabitə xidmətləri qaimə ilə alınsa ölkədə sənədləşdirmənin bərpasına töhfə vermiş olacaq, vergi öhdəlikləri şəffaf şəkildə müəyyənləşəcək. Əgər qarşı tərəf buna şərait yaratmırsa, vergi orqanına müraciət edilməlidir. Burada məqsəd vergi yükünün artırılması deyil: nə qədər xalis gəlir olsa, ondan tutulan vergidə 75 faizlik güzəşt var”.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nəqliyyat vasitələrinin fəaliyyəti ilə məşğul olanların sosial sığorta haqqının məbləği azaldılıb

posted in: Xəbər | 0

sosial sığorta haqqının məbləği sosial sığorta haqqı“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, ölkə daxilində avtomobil nəqliyyatı vasitələrinin (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilib.

Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sosial sığorta haqqının məbləğinə sözügedən nəqliyyat vasitələrinin fəaliyyət göstərdiyi ərazi üzrə əmsal tətbiq etməklə ödəməli olduqları aylıq sosial sığorta haqqı müəyyən edilib. Belə ki, aylıq sosial sığorta haqqı Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2 əmsal, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 əmsal, digər şəhər və rayonlarda 1əmsal təşkil edir.

Həmçinin sadələşdirilmiş vergi ilə məcburi dövlət sosial sığorta haqqı eyni vaxtda ödənildikdən sonra “Fərqlənmə nişanı” almaq mümkün olur və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsinə ehtiyac qalmır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 949 950 951 952 953 954 955 2. 400