Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (1-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat AuditMühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar

1-ci hissə

Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb. Bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Məsələn, son zamanlar mühasibatlıq və auditor fəaliyyətinə artan tələblərdən, o cümlədən hazırda qüvvədə olan qanunvericiliyin tələblərindən söhbət gedir.

Görünür, bu cür tendensiyalar həmin sahələrin işçilərini müasir texnologiyalara və prinsipial yeni alətlərə daha tez-tez müraciət etməyə məcbur edir ki, bu da bəzi ekspertlərin fikrincə, qaçılmaz prosesdir.

Hazırda əmək bazarının digər seqmentləri kimi mühasibat və audit fəaliyyəti tədricən yeni rəqəmsal texnologiyaların mənimsənilməsi və tətbiqi mərhələsindədir. Lakin “Deloitte & Touche” şirkətinin innovasiya sahəsində aparıcı eksperti Uill Bayblanın fikrincə, əslində, bu cür alətlərin rəqəmsallaşdırılması, inteqrasiyası və müəssisələrdə tətbiq edilməsi meyilləri hələ 2000-ci illərin əvvəllərində yaranmışdır.

Bir neçə il ərzində əksər şirkətlər öz məhsulları, müştəriləri, kontragentləri və sifarişçiləri haqqında bütün məlumatları “rəqəmsallaşdırmaq”, həmçinin biznesin aparılması üçün tamamilə yeni prinsiplərin işlənib hazırlanması üçün bir çox cəhdlər göstərib və müxtəlif alətlər tətbiq etməyə çalışıblar. Bayblanın sözlərinə görə, bu mərhələ şirkətlərin rəqəmsal texnologiyalara keçid prosesinin məntiqi davamı olub ki, bu da qısaca avtomatlaşdırma və sistemli analiz mərhələsi kimi göstərilə bilər.

Tutaq ki, şirkət bütün mövcud məlumatları və verilənlər bazasını rəqəmsal müstəviyə çevirə bildi. Bəs, o, kökündən fərqli olacaq bütün iş proseslərini necə avtomatlaşdıra bilər? Baybl da vaxtilə belə bir sual vermişdi.

Əslində, müasir texnologiyaların əsas vəzifəsi ondan sonra istifadə etmək imkanı olan bir neçə prinsipial müxtəlif sistemlərin birləşdirilməsinin daha optimal həllini tapmaqdır. Məhz, bu proseslərin tam avtomatlaşdırılmasına gətirib çıxarmalıdır.

Bununla yanaşı, bu cür texnologiyaların bariz nümunəsi kimi, praktikada RBA texnologiyası adlandırılan müəssisələrdə biznes proseslərinin avtomatlaşdırılması üçün proqram robotlarının və süni intellektin tətbiqi prosedurunu göstərmək olar.

Baybl hesab edir ki, “RBA texnologiyasının əsas prinsipi adi insanlar kimi qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulmuş proqram botlarının yaradılmasıdır. Lakin, onlar avtomatik rejimdə müxtəlif sistemlər arasında məlumat mübadiləsi aparmağa imkan verir, adi işçi daim bir sistemdən məlumat çıxarmaq və onu başqa sistemə daxil etmək məcburiyyətində qalacaq, bu isə kifayət qədər müntəzəm fəaliyyətdir”.

Bununla yanaşı, mühasibat uçotunun prinsipcə yeni standartlarının tətbiqi prosesində əksər şirkətlər mühasibatın işi ilə bağlı bütün biznes-prosesləri avtomatlaşdırmaq imkanını axtarmağa başlayıblar, həm də bütün müqavilə fəaliyyətini optimallaşdırmağa cəhd göstərirlər.


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?

posted in: sual-cavab, Xəbər | 0

Sosial Sığorta haqqıƏvvəlki illərin Məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?

Sual:

İşçinin məzuniyyətə getmə vaxtı 01.02.2019-cu ildə başlayır. İşçi məzuniyyət istəmir, məzuniyyətin əvəzində kompensasiya istəyir.

Yanvar ayında əmək haqqı 220.00 manat, kompensasiya isə 217.10 manat hesablanır. Yanvar ayında həmin işçiyə cəmisi hesablanmış əmək haqqı və kompensasiya 437.10 manat təşkil edir. Bu məbləğ MDSS necə hesablanmalıdır.

Hər məbləğdən ayrı – ayrılıqda 200 manat çıxıb yerdə qalanı 10 % və 15 % cəlb etmək, Yoxsa cəmisi 437.10 manatdan 200.00 manat çıxıb yerdə qalanı 10% və 15% cəlb etmək?

Xahiş edirəm ki, cavabı misalımdakı rəqəmlərlə əhatə edəsiz ki, aydın olsun.

Cavab:

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları  1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşdən çıxan işçinin yenidən işə qaytarılması zamanı hesablaşmalar

posted in: Xəbər | 0

hesablaşmalarTəcrübədə işçinin işdən azad edilməsi zamanı işəgötürənlər, sahibkarlar, mühasiblər üçün maraq doğuran bəzi məqamlar var. Məsələn, işçinin bir ayda işdən azad olunması və qısa müddətdən sonra eyni ayda yenidən işə qaytarması zamanı rəsmiləşdirmənin aparılması, məcburi sosial sığorta və digər tutulmaların hesablanması kimi suallar ortaya çıxır. Mövzuya sərbəst auditor Altay Cəfərov misalla aydınlıq gətirir.

Misal: Dövlət müəssisəsi olmayan “AA” MMC-nin işçisi 10 oktyabr 2020-ci ildə işdən azad edilib. Ona 10 günlük əməkhaqqı kimi 300 manat, istifadə olunmamış məzuniyyətə görə 500 manat kompensasiya hesablanıb.Bir müddət keçdikdən sonra MMC rəhbərliyi həmin işçiyə yenidən ehtiyac olduğunu görüb, yeni təkliflərlə onu işə cəlb edib və 21 oktyabr 2020-ci ildə onunla yeni əmək müqaviləsi bağlanıb. Yeni müqaviləyə əsasən, ayın qalan 9 gün üçün 300 manat əməkhaqqı hesablanıb.

Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası Əmək Məcəlləsinin 83-cü maddəsində izah edilib. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Bu maddədən və Məcəllənin digər tələblərindən aydın olur ki, işçi işdən çıxan zaman müvafiq rəsmiləşdirilmələr aparılmalı və ona son haqq-hesab ödənilməlidir. Ən əsası, haqq-hesab işçiyə son iş günündə verilməlidir. Deməli, işçiyə son haqq-hesab bu formada ödəniləcəkdir:

300 manat əməkhaqqına görə sosial ödənişlər 55,5 manat hesablanır:

– (300 -200) *10% + 44 = 54 manat (məcburi sosial sığorta haqqı);

– 300 *0,5% = 1,5 manat (işsizlikdən sığorta haqqı).

Nəticədə 10 günlük ödəniləcək net əməkhaqqı 244,5 manat təşkil edir: 300 manat – 54 manat – 1,5 manat = 244,5 manat.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya isə belə hesablanmalıdır:

– (500 -200) *10% + 44 = 74 manat (məcburi dövlət sosial sığorta haqqının məbləği);

– 500 *0,5% = 2,5 manat (işsizlikdən sığorta haqqının məbləği).

İşçiyə ödəniləcək net kompensasiya məbləği 423,5 manat təşkil edir: 500 manat – 74 manat – 2,5 manat = 423,5 manat.

Ümumi ödəniləcək son haqq-hesab məbləği: 244,50 + 423,50 = 668 manat.

Baxdığımız misalda işçinin əmək müqaviləsinə 10oktyabr 2020-ci ildən xitam verilib, o, işdən azad edilibvə ona həmin tarixə olan son haqq-hesab ödənilib. Başqa sözlə desək, 10 oktyabr 2020-ci ildən “AA” MMC işçini tanımır və müəssisə ilə işçi arasında heç bir əmək münasibət olmur.

Sonradan 21 oktyabr 2020-ci ildə işçi yenidən işə daxil olduqda artıq onunla yeni əmək müqaviləsi bağlanılır, yeni əmək münasibətləri formalaşır. Burada əvvəlki əmək münasibətləri nəzərə alınmır. Hesablamalar və tutulmalar yeni əmək müqaviləsinə əsasən aparılır.

İşçi yenidən işə qəbul edildikdə “AA” MMC-nin tabel uçotunda həmin işçi üçün yeni sətir açılmalı və oktyabr ayında tabel uçotunda həmin işçinin adı iki yerdə yazılmalıdır:

– 10 oktyabr 2020-ci ilə kimi olan dövr

– 21 oktyabr 2020-ci ildən sonrakı dövr.

Beləliklə, 21 oktyabr 2020-ci ildən 31 oktyabr 2020-ci ilə kimi ayın qalan 9 gününə hesablanmış əməkhaqqından tutulmalar aşağıdakı kimi olacaqdır:

– (300 -200) *10% + 44 = 54 manat (məcburi dövlət sosial sığorta məbləği);

– 300 *0,5% = 1,5 manat (işsizlikdən sığorta haqqının məbləği).

Nəticədə, işçinin 9 günlük net əməkhaqqı 244,5 manat təşkil edir: 300 manat – 54 manat – 1,5 manat = 244,5 manat.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bina tikintisi ilə məşğul olanların vergi öhdəlikləri

posted in: Xəbər | 0

Bina tikintisi vergi öhdəlikləriVergi Məcəlləsinə bina tikintisi ilə bağlı edilmiş əlavələr və dəyişikliklər vergi ödəyicilərində müəyyən sualar yaradır. Məcəllənin 108-ci maddəsinə edilmiş əlavələri sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin “Gəlirin əldə edilməsi ilə bağlı xərclər” adlanan maddəsində göstərilir:
“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir”.
Bu müddəanın tələbləri ilə bağlı ortaya çıxan sualları misal üzərində nəzərdən keçirək.
Misal1: Tutaq ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicisi – “AA” MMC-nin tikdiyi binanın ümumi sahəsi 10.000 kvadratmetrdir və 1 kvadratmetrin satış qiyməti 700 manatdır. Bir kvadratmetrinin maya dəyəri 300 manat təşkil edən bina layihələndirilən və müvafiq icazələr alınan zaman 300 kvadratmetr sahənin dövlətə ayrılması nəzərdə tutulub.
Sual: Satışın ümumi məbləği nə qədərdir?Satışın maya dəyəri hansı məbləğdir? Dövlət nəfinə verilən sahənin aqibəti necə olacaqdır?
İlk baxışda “AA” MMC-nin satdığı binanın qiymətinin məbləği 10.000 x 700 = 7.000.000 manat kimi görünür. Başqa sözlə desək, dövlətə verilmiş sahə bazar qiymətinə əsasən dövriyyə təsəvvürü yaradır. Bu məsələni dəqiqləşdirmək üçün Məcəllənin 13.2.12-ci maddəsinə nəzər yetirək.

13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Buradan aydın olur ki, dövlətə ayrılan hissə gəlir hesab edilmir. Odur ki, misalımızda olan 300 kvadratmetr sahənin qiyməti gəlir sayılmır. Bu halda “AA” MMC-nin gəliri 9.700 (10.000-300) x2 x700 = 6.790.000 manat olacaqdır.
Bəs MMC-nin xərcləri nə qədərdir?
Bu sualın cavabı üçün Məcəllənin 108-ci maddəsinə əsaslanmalıyıq. Yəni dövlət nəfinə alınmış 300 kvadratmetr sahə üçün xərcləmiş vəsait xərc maddəsi kimi qəbul edilir. Mənfəət vergisi bəyannaməsi təqdim ediləndə gəlirdən çıxılan xərc kimi 9700 kvadratmetrin maya dəyəri yox, 10.000 kvadratmetrin maya dəyəri silinəcəkdir. Odur ki, xərclər 10.000 x 300 manat = 3.000.000 manat olacaqdır.
Nəzərdən keçirdiyimiz misala əsasən, “AA” MMC illik mənfəət vergisi bəyannaməsində 6.790.000 manat gəlir, 3.000.000 manat da xərc göstərməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 946 947 948 949 950 951 952 2. 400