Hər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin!

posted in: Kapital Bank | 0

Kapital BankKapital Bank əhalinin nağd pula olan tələbatını qarşılamaq məqsədilə yeni güzəştli kredit aksiyası təqdim edir. Rəsmi gəliri olan hər kəs, aksiya çərçivəsində Kapital Bank-dan hər 1000 manat kredit məbləği üçün, ayda cəmi 33 manat ödəniş edə bilər.

Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur. Onlayn rəsmiləşdirilən kreditlər üzrə nağdlaşdırma komissiyası 0% təşkil edir. Həmçinin nağd pul krediti üçün filiallara müraciət etmək və ya “1” yazıb, 8196 qısa nömrəsinə SMS göndərmək olar. Aksiya 31 dekabr 2020-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 20%-dən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – https://www.kapitalbank.az/loans/cash?hl=az.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (VII hissə)

posted in: Xəbər | 0

Qədim RomaQədim Romada uçot

Vergitutma sisteminin rüşeymləri

7-ci hissə

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz

Hesabdarların daha aşağı vəzifədə olanları – skrib – isə azad edilmişlərlə, lakin nüfuzlu və yaxşı ödənilən maaşla təmin olunmuş adamlarla məşğul olurdular.

Qədim Roma hesabdarları onlara hələ respublika dövründən verilmiş korporasiyalarda – dekuriy – birləşmək hüququndan istifadə edirdilər. Beləliklə, Romada ilk peşəkar mühasiblər birliyi meydana çıxmağa başlamışdı.

Dövlət hesabdarları başlıca olaraq  kassalar və arxivlərdən təşkil olunan erarilərin işləri ilə məşğul olurdular, eləcə də dövlətin hesablama kitablarını aparırdılar. Magistratların hər il dəyişdirilməsi üzündən erarilər faktiki olaraq bu, daimi hesabdarlıq işçilərini idarə edirdilər.

Xidməti vəzifələrindən istifadə etməklə onlar çox vaxt İtaliyanın və onun təsiri altında olan əyalət şəhərləri üçün müxtəlif xidmətlər göstərir, hesablar üzrə qeydlərlə bağlı arayışlar verir və arxiv sənədlərindəki məlumatları paylaşırdılar. Belə mühasiblərdən biri, məs, “təsadüfi” olaraq  hansısa şəhərin vergi ödənişləri üzrə borcunu “unuda” bilərdi. Buna görə həmin şəhərlər mühasibləri təkcə pulla deyil, həm də vətəndaşlıqla, fəxri vəzifələr və digər fərqlənmə nişanları ilə mükafatlandırırdılar.

Ən parlaq erudisiyaya malik adamlar mühasib vəzifəsinə can atırdılar. Belə ki, məşhur Qoratsinin bir vaxtlar kvestor yanında hesabdar kimi xidmət etməsi və hətta “kommersiya yönümlü” məktəbi bitirməsi barədə məlumat var. Sonrakı Roma cəmiyyətində hesabdarlıq peşəsi böyük hörmətə malik idi.

Tədricən mühasibat işlərini hətta adi məktəblərdə də öyrətməyə başlamışdılar.

Uçot Romanın mədəniyyət həyatına möhkəm daxil olmuşdu. Ədəbiyyatda, teatrda mühasibat təcrübəsindən bəhs edən müqayisələrə, istinadlara tez-tez rast gəlinirdi. Plavtın “Mücrü” komediyasında deyilir: “İndi mən özümə aid olan hesabı ödəmək istəyirəm, bununla da istəyirəm ki, adım ev kitabından silinsin və mənim heç bir borcum qalmasın”.  “Xülyalar”da özünə kəniz satın almış gənc, qıza öz məhəbbətini anladır, sevgiləri qarşılıqlıdır, dialoqları mühasibatsayağı bitir: “Budur, hesab bitib, bizdə gəlir xərclə bərabər oldu: hər ikimiz bir-birimiz sevirik, hər ikimiz buna dəyərik”.  Petroniy əyri yollarla varlanmış mühasibdən söz açır. Həmin mühasibin adı Trimalxion idi. O, mühasibatlığı sevirdi və hətta nahar zamanı hesab kitabının oxunmasından ötrü öz yanında xüsusi bir qul da saxlayırdı.

Romalılar mühasibat uçotunun böyük vurğunları idilər. İşlər bəzən kuryozlara qədər gedib çıxa bilirdi. Kiçik Pliniy İspaniya əyalətlərindən birinin hökmdarı Sesilin Klassik haqqında belə nəql edir. Bu şəxs mühasibatlığı o dərəcədə sevirdi ki, hətta fırıldaq və hədə-qorxu yolu ilə əldə etdiyi rüşvətlərin məbləğlərini belə öz hesab kitablarına qeyd edirdi.

Böyük Pliniy isə hər bir insanın həyatını hesab kitabı kimi təsəvvür edirdi. Onun anlamına görə, “bütün verilənlər və qəbuledilənlər tale tərəfindən daxil edilir, ümumi hesabda isə həm bu, həm də digər səhifə əldə olunur”.

Və bəlkə də Sen-Jüst “romalılardan sonra dünya boş görünür” dedikdə, haqlıdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tarixdə ilk dəfə ABŞ-ın neft bazarında liderliyini itirəcəyi təxmin edilir

posted in: Xəbər | 0

ABŞ vergi sistemi, neft bazarı,Növbəti ildə tarixdə ilk dəfə olaraq ABŞ neft bazarında öz yerini Çinə verərək, liderliyi itirə bilər. Çin öz neft emalı müəssisələrinin gücünü artırmaqda davam edir. Bu haqda Beynəlxalq enerji agentliyinə (BEA) istinadən Bloomberg məlumat verib.

Nəşrdə qeyd edildiyi kimi, Amerika Birləşmiş Ştatları XIX əsrin ortalarından, neft erasının başlanğıcından neft emalı üzrə lider olmuşdur. Lakin artıq 2021-ci ildə bu mövqeyi Çin ələ keçirəcək, ekspertlər belə proqnozlaşdırıblar. Lider dəyişikliyi, o cümlədən hazırda Çində ən azı dörd neft emalı zavodunun tikilməsi, ABŞ-da isə bu cür müəssisələrin bağlanması ilə bağlı ola bilər.

Agentliyin məlumatına görə, Çin neft emalı müəssisələrinin ümumi gücü sutkada 1,2 milyon barrel təşkil edə bilər ki, bu da bütün Böyük Britaniyanın neft emalı ilə müqayisə oluna bilər. Bununla yanaşı, qeyd edilir ki, koronavirus pandemiyası COVİD-19 böhranı səbəbindən dünyada yanacağa tələbat azalıb. Buna görə də neft hasilatının və emalının həcmi də azalmalı olub. Azalma sutkada rekord 1,7 milyon barrel təşkil edib və yarıdan çoxu Amerika müəssisələrinin payına düşüb.

Bundan əvvəl Çinin gömrük idarəsi ölkənin 2020-ci ilin yanvar – oktyabr ayları arasında neft idxalını 10,6 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə qaz idxalını 4,7 faiz artırması ilə bağlı statistikanı dərc edib. Çin enerji daşıyıcılarının qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda neft və qaz almağa başlayıb. Bununla əlaqədar o, yalnız 150,17 milyard dollar xərcləyib ki, bu da bir il bundan əvvəl olduğundan 24,5 faiz azdır.

Bu ilin yanvar-sentyabr aylarında Çin iqtisadiyyatı 0,7 faiz artmışdır. Beynəlxalq valyuta fondu (BVF) Çinin dünyanın ən iri iqtisadiyyatlarından biri olacağını qeyd edib və 2020-ci ilin nəticələrinə görə də artım göstərəcək.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın!

posted in: Kapital Bank, Xəbər | 0

BirKartHər zaman olduğu kimi, bu ildə də BirKart sahibləri üçün Yeni il ərəfəsində qazandıran kampaniya keçirilir. “Yeni ilin yüzdə yüz taksit kampaniyası” şüarı ilə keçirilən kampaniyada bütün BirKart taksit kartı sahibləri iştirak edib, əlavə pul qazana bilərlər.

Şərtlərə görə, BirKart-la partnyor mağazalar şəbəkəsində minimum 50 manatlıq taksit əməliyyatı edən hər yüzüncü müştəri 100 manat qazanacaq. Kampaniya 6 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 944 945 946 947 948 949 950 2. 388