Tesla şirkətinin Avropada inşası ləngiyir

posted in: Xəbər | 0

Tesla şirkətinin Avropada problemli zavodunun inşası ilanlara görə ləngiyir

TeslaTesla şirkətinin Avropada, daha dəqiqi, Almaniyada inşa edilməli olan ilk zavodunun inşası yeni problem üzündən ləngiyir. Amerikanın elektrokar istehsalçısı burada yeni problemlə üzləşib. Oderdə yerləşən Frankfurt administrasiya məhkəməsi inşaat meydançası üçün açılmalı olan sahədə meşə örtüyünün kəsilməsini dayandırıb. Buna isə meşə örtüyünü kəsilməsi nəticəsində həmin ərazilərdə yaşayan ilanlar və kərtənkələlər üçüb yaranan təhlükə səbəb kimi göstərilir. Bu haqda Tagesspiegel nəşri xəbər verib.

Amerikanın elektrik avtomobilləri istehsalçısı bundan əvvəl yerli hakimiyyət orqanlarından anbar sahələrinin tikintisi və kanalizasiya xətti ilə bağlı kommunikasiyaların çəkilməsi üçün təxminən 83 hektar meşə sahəsinin əlavə kəsiminə icazə almışdı. Lakin, “Təbiəti və biorəngarəngliyi mühafizə İttifaqı” (NABU) və “Yaşıl liqa” bu razılıq sazişinə qarşı çıxıblar. Onlar bəyan ediblər ki, aparılan bu işlər medyanka (zəhərsiz ilan növü) və adi kərtənkələlərin populyasiyasının məhvinə gətirib çıxara bilər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvəzçilik üzrə işlə bağlı məhdudiyyətlər

posted in: Xəbər | 0

əvəzçilikƏmək qanunvericiliyi hansı hallarda işçinin əvəzçilik üzrə işləməsinə qadağa qoyur? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 58-ci maddəsinin beşinci və altıncı hissələrində göstərilən hallarda əvəzçilik üzrə işləməyə icazə verilmir. Həmin hissələrin müddəalarına əsasən:

İşçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışmasına icazə verilmir.

Açıqlama: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli, 1 nömrəli qərarı ilə işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı təsdiq olunub.

Bu siyahıya əsasən, neft-qaz sənayesində, o cümlədən dəniz qazması işlərində çalışan işçi əlavə iş yeri olaraq yeraltı işlər sahəsində fəaliyyət göstərən müəssisədə çalışa bilməz.

Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər.

Əmək Məcəlləsinin 91-ci maddəsində əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq olmamalıdır.

Misal. Əsas iş yeri kimi “A” MMC-də çalışan 17 yaşlı T.Mahmudovun həftəlik iş vaxtı 25 saatdır. Deməli, T.Mahmudov əlavə iş yer(lər)ində həftəlik ən çoxu 11 saat işləyə bilər: onun əlavə iş yer(lər)ində 11 saatdan çox işləməsinə qanunvericilik icazə vermir.

Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.

“Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə əsasən, dövlət qulluqçusunun dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, həmçinin elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Virtual Sahibkarlıq Yarmarkası – Açılış mərasimi

posted in: Xəbər | 0

Virtual Sahibkarlıq Yarmarkası – Açılış mərasimi

Virtual Sahibkarlıq YarmarkasıAzərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində “Virtual Sahibkarlıq Yarmarkası”nın açılışını elan etməkdən məmnundur.

Sahibkarlıq Yarmarkasının əsas məqsədi istehsalçılar, təchizatçılar, istehlakçılar və dövlət qurumlarını məlumatlandırmaq və onlar arasında əlaqələr qurmaqdır.  Bu yarmarka 15 fəaliyyət növü (buraya arıçılıq, quşçuluq, heyvandarlıq, dərzilik, konservləşdirmə, un məmulatlarının hazırlanması, meyvə qurusu, əl işləri, toxuculuq, xalçaçılıq və sair) ilə məşğul olan 100 sahibkarın 500-dən artıq məhsul çeşidini nümayiş etdirməyə imkan yaradacaq.  Bu məhsulları virtual olaraq göstərərək, sahibkarlar (istehsalçılar) maraqlı tərəfdaşlarla ünsiyyətdə oldu və son  texnologiyalar, metod və tətbiqetmə barədə ətraflı məlumat əldə etmək şansı qazanacaqdır. Bundan əlavə, istehsalçılar ümumi problem və gözləntilərini bölüşərək, fermerdən fermerə məlumat ötürülməsini həyata keçirəcəklər.

Tədbirdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri zati aliləri səfir Kestutis Yankauskas, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti cənab Məmməd Musayev, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri cənab Cəlal Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri cənab Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Ramilə Seyidova, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə baş mütəxəssis xanım Kristonia Lokhart,  Polşa Mikromaliyyə Mərkəzinin (MFC) müdir müavini xanım Katarzina Pavlakın iştirakı gözlənilir.

Xatırladaq ki, ADSMİRRA layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir. Layihənin spesifik məqsədi Gəncə – Qazax, Quba – Xaçmaz, Şəki – Zaqatala və Kür – Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirməkdir.

Virtual Sahibkarlıq Yarmarkasını canlı yayımda izləmək üçün Sizi 18 dekabr 2020-ci il saat 11:00-da www.e-sergi.az yaxud www.facebook.com/esergiaz qoşulmağa dəvət edirik!

Bu tədbirlə bağlı sualınız olarsa, əlaqə saxlayın: Sevinc Rüstəmova, Layihə rəhbəri – program@amfa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ticarət müharibəsi ABŞ və Çinə fayda gətirib

posted in: Xəbər | 0

Ticarət müharibəsi ABŞ və Çinə fayda gətirib

Ticarət müharibəsiAralarında ticarət müharibəsi olmasına baxmayaraq, Çin və ABŞ arasında kənd təsərrüfatı əlaqələri hər hansı başqa vaxtlarda olduğundan daha güclüdür. ÇXR bir mövsüm ərzində görünməmiş həcmdə, 11,2 milyon metrik ton amerikan qarğıdalısı alıb. Bu həcm ölkələr arasında münasibətlər korlanana qədər olduğundan 1,3 min faiz çoxdur, Bloomberg belə yazıb.

Müharibə ölkələrə fayda gətirib. Amerikanın fermer təsərrüfatlarının gəlirləri Çinin sayəsində yeddillik maksimuma çatıb. Ölkə demək olar ki, 1991-ci ildə olduğundan daha çox, 30 milyon metrik ton Amerikadan soya bitkisi alıb. Sorqoya (taxıllar və ya bluegrass fəslindən olan bir və çoxillik ot bitkilərinin bir növü) gəldikdə, satışların 80 faizi Çinin payına düşür. Ekspertlər qeyd edirlər ki, ÇXR tərəfindən alışlar çox böyükdür, çünki Pekin bir sıra malların çatışmazlığını ört-basdır etməyə və daxili tələbatı ödəməyə çalışır.

Çin artıq ABŞ və Ukraynadan o qədər qarğıdalı alıb ki, bu il idxal Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qoyduğu 7,2 milyonluq kvotanı ilk dəfə üstələyib. ABŞ prezidenti Donald Tramp hələ 2017-ci ildə Çindən kənd təsərrüfatı mallarının alınmasını 52 faiz artırmağı tələb etmişdi. Oktyabr ayının sonunda Çin sazişi 71 faizlə yerinə yetirdi.

2017-ci ilin sonunda ticarət müharibəsinin başlanması üçün əsas səbəb ABŞ-Çin ikitərəfli münasibətlərində böyük ticarət kəsiri, həmçinin Vaşinqtonun Pekinə əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddiaları olub. Bir qədər əvvəl ABŞ-da keçirilən prezident seçkisinin ehtimal olunan qalibi Co Bayden Çinlə ticarət müharibəsini dərhal başa çatdırmaq və ticarət rüsumlarını ləğv etmək niyyətində olmadığını bildirib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 943 944 945 946 947 948 949 2. 400