Sadələşdirilmiş vergi ödəyicilərinin fəaliyyət sahələri

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyiciləri Sadələşdirilmiş vergiVergi Məcəlləsinin 218.4-cü maddəsində sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərin dairəsi dəqiq müəyyənləşib. İqtisadçı ekspert Anar Bayramov həmin şəxslərin fəaliyyət sahələrini belə qruplaşdırıb:

– Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər.

Əlavə dəyəri vergisi (ƏDV) üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən könüllü qeydiyyat üçün ƏDV-yə müraciət etməyən daşınma xidməti ilə məşğul olan hüuqi və fiziki şəxslər yalnız sadələşdirilmiş vergi ödəyicisi olmalıdır. Bu qrupa Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alaraq sadələşdirilmiş vergi ödəyənlər aiddir.

– İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər.

Bu kateqoriyaya “TOPAZ” mərc oyununu həyata keçirən şəxslər aid edilir. Qeyd edək ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

– Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər.

Bu maddəyə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı, bağışlanması zamanı notariuslar tərəfindən sadələşdirilmiş vergi tutulanlarşəxslər aiddir. 1 yanvar 2020-ci il tarixdən bu maddə yalnız fiziki şəxslərə şamil olunduğundan hüquqi şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı, bağışlanması zamanı sadələşdirilmiş vergini hesablanmasına ehtiyac olmayıb.

– Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər.

Bu maddədə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaq hüququna malik olan vergi ödəyiciləri nəzərdə tutulur. Burada bir məqama xüsusi diqqət yetirmək lazmdır ki, bu qəbzi işçisi olmayanlar əldə edə bilər. Misal üçün, dərziliklə məşğul olan şəxs “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” ala bilər. Amma ən azı bir nəfər işçisi oduğu halda həmin şəxs bu hüququ itirmiş olur.

– Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər.

Bu müddəa notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması ilə bağlıdır. Sadəcə,öncəki müddəa mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunmasını nəzərdə tutduğu halda, bu maddə torpaq sahələrinin təqdim edilməsinə aid edilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mallar geri qaytarıldıqda ƏDV-nin qaytarılması mexanizmi necə işləyir?

posted in: Xəbər | 0

Mallar geri qaytarıldıqda ƏDV-nin qaytarılması mexanizmi necə işləyir?

ƏDV-nin qaytarılması mexanizmiPərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portalda (www.edvgerial.az) artıq 264 min nəfər qeydiyyatdan keçib. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2020-ci ilin may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat portalda qeydə alınıb. Həmin çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib. Həmin məbləğlər istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib.

Qeyd edək ki, qanunvericiliklə istehlakçıların aldıqları malı müəyyən səbəblərdən geri qaytarması hüququ tanınıb. Bəs bu halda ƏDV-nin geri alınması mexanizmi necə işləyir? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Bu halla bağlı 3 məqamı nəzərdən keçirək:

Birinci məqam: Alıcı malı aldığı tarixdən 30 gündən gec olmayaraq geri qaytarır.

Vergi ödəyicisi istehlakçının 10 aprel 2020-ci il aldığı 400 manatlıq malı 20 aprel 2020-ci ildə geri qaytarır. Bu zaman vergi ödəyicisinin ödənişi ləğv edilir və bu əməliyyat nəticəsində istehlakçının “edvgerial.az” portalındakı çekinin statusu “Gözləyən”dən “Ləğv olunan”a keçirir.

İkinci məqam: Alıcı malı aldığı tarixdən 30 gün sonra geri qaytarır.
İstehlakçı nağd aldığı 200 manatlıq malı geri qaytarır. Bu alğı-satqı üçün vergi ödəyicisinə 3,05 manat ƏDV-nin qaytarılması nəzərdə tutulub və istehlakçının “edvgerial.az” portalındakı çekinin statusu “Qaytarılan”dır.

Bu zaman, vergi ödəyicisi istehlakçıya malın tam dəyərini yox, qaytarılan ƏDV çıxılmaqla, yəni 196,95 manat (200 manat – 3,05 manat) ödəməlidir.

Üçünçü məqam: Alıcı aldığı malı başqa bir malla dəyişdirir.

Bu zaman, iki fərqli vəziyyət yarana bilər: mal daha ucuz və ya daha yüksək qiymətə dəyişdirilə bilər.

Vergi ödəyicisi alıcının nağd şəkildə 100 manata aldığı malı 80 manatlıq malla dəyişdirdikdə ödənişi istehlakçıya fərqi çıxmaqla qaytarmalıdır. 100 manatlıq və 80 manatlıq mala görə qaytarılan ƏDV məbləği müvafiq olaraq 1,52 manat və 1,22 manat təşkil edir. O səbəbdən, dəyişdirilmə zamanı, vergi ödəyicisinə 20 manat yox, 19,70 manat (20 manat – (1,52 manat – 1,22 manat)) qaytarılmalıdır.

Misallardan göründüyü kimi, malların geri qaytarılması və ya dəyişdirilməsi hallarında vergi ödəyicisi ilə yanaşı, mühasiblər də prosesə nəzarət etməlidirlər ki, yekunda hər hansı kənarlaşma baş verməsin.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böhrandan ən az zərər çəkən Avropa ölkəsinin adı məlum olub

posted in: Xəbər | 0

BöhranBloomberg agentliyinin yazdığına görə, bütün AB ölkələri arasında Litva Respublikasının iqtisadiyyatı koronavirus pandemiyasının yaratdığı böhrandan ən az zərər görüb.

Avropa Komissiyası hesab edir ki, Litva Avropa İttifaqı ölkələri arasında ÜDM-in ən kiçik azalmasına (2,2 faiz) nail olacaq. Ekspertlər Litvanı hansısa mənada qalib adlandırıblar: onun iqtisadiyyatı turistlərdən asılı deyil. Fermerlər yaxşı məhsul əldə ediblər və logistik şirkətlər qazanıblar, çünki insanlar internetdə alış-veriş sayını artırıblar.

Onlayn xidmətlərə tələbatın artması ona gətirib çıxarıb ki, informasiya və kommunikasiya texnologiyaları ilə məşğul olan şirkətlər öz satışlarını ikinci rübdə təxminən 50 faiz artırmışlar. Bundan başqa, Litva koronavirusun ilk dalğasına ildırım sürəti ilə reaksiya verib. Karantin cəmi yeddi nəfər xəstələndikdən sonra tətbiq olunub.

Bu tədbir onu Avropada ən az zərər çəkmiş ölkələrdən biri edib. “Səhiyyə sahəsindəki qələbələr iqtisadiyyatın sürətlə bərpasına kömək etdi”, –  deyə Vilnüsdə keçirilən INVL Asset Management-in baş iqtisadçısı İndre Genit-Geçene bildirib. Biznesin də bir sıra uğurlu illəri olub. Ekspertlər qeyd edirlər ki, şirkətlər böyük maliyyə ehtiyatlarına malik idi və onların ayaqda qalmasına məhz, bu kömək edib.

Hakimiyyət bəyan edib ki, onların maliyyə ilə problemi yoxdur, dövlətin kifayət qədər vəsaiti var. İstehlakçılar ruhlanıblar: pərakəndə satışlar cəmi iki aydan sonra lokdaundan əvvəlki səviyyəyə dönüb. Hökumət məzuniyyət proqramı təqdim edə, vergilərin ödənilməsini təxirə sala və özünəməşğuliyyətdə çalışan işçiləri subsidiyalaşdıra bilib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı

posted in: Xəbər | 0

Onlayn biznes kreditiÖlkənin aparıcı korporativ bankı olan PAŞA Bankın kiçik və orta biznes sahibləri üçün cəmi altı ay öncə istifadəyə verdiyi “Onlayn biznes krediti” məhsulu artıq ilk beynəlxalq mükafatını aldı.

Belə ki, 20 noyabr 2020-ci il tarixində “SME Banking Club” tərəfindən onlayn formatda keçirilən Ekspertlər Şurası iclasında region üzrə kiçik və orta bizneslərə dövriyyə vəsaitini artırmağa kömək edən üç ən yaxşı kredit məhsulu seçildi.

“Tinkoff Bank”, “Sberbank”, “OTP Bank Ukraine” kimi nəhəng bankların da iştirakı ilə keçirilən Ekspert Şurasında PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu finalçı bankların nümayəndələrinin səsverməsi ilə müəyyən edilmiş 3 qalıb arasında yer almışdır.

Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Belarus daxil olmaqla 11 ölkəni təmsil edən bank nümayəndələri iştirak etmişdir. Finalçılar 200-dən çox bankın kiçik və orta sahibkarlar üçün təklif etdiyi dövriyyə vəsaitini artırmağa kömək edən məhsulların “SME Banking Club”-ın analitikləri tərəfindən hazırlanmış tədqiqatların nəticəsində müəyyən edilmişdir.

PAŞA Bank, kiçik və orta sahibkarlar üçün “Onlayn biznes krediti” məhsulunu müştərilərinə 2020-ci ilin may ayından təklif edir. Prosesin maksimum avtomatlaşdırılması sayəsində müştərilər 250.000 AZN-dək biznes kreditlərini tamamilə onlayn şəkildə banka gəlmədən və növbə gözləmədən əldə edə bilərlər. Kredit üzrə müraciələr 24/7 rejimində qəbul olunur, qərar isə bütün sənəd və məlumatlar təqdim edildikdən sonra müştəriyə cəmi 2 iş günü ərzində bildirilir.

Əlavə olaraq qeyd olunmalıdır ki, 30 noyabr 2020-ci il tarixinədək keçirilən “Endirimlər həftəsi” çərçivəsində “Onlayn biznes krediti” məhsulunu 16.5% illik faiz dərəcəsi və komissiyaya 25% endirim ilə əldə etmək mümkündür. Endirimlərdən faydalanmaq üçün: link.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 945 946 947 948 949 950 951 2. 388