Karl Marks haqqında eşitmədiyiniz beş fakt (4-cü hissə)

posted in: Xəbər | 0

Karl MarksKarl Marks haqqında bəlkə də heç eşitmədiyiniz beş fakt

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

O, bizi dövlətin və böyük biznesin yaxınlaşmaı ilə bağlı xəbərdar edirdi… və KİV-i diqqətlə izləməyə səsləyirdi.

Dövlət və nəhəng korporasiyaların sıx əlaqələri barədə siz nə düşünürsünüz? Google şirkətinin öz servisinə daxil olmaqdan ötrü Çinə gizli giriş verməsi sizin xoşunuza gəlirmi?

Bəs, “Facebook”un seçicilərə təsir etməkdən ötrü istifadəçilərin şəxsi məlumatlarını təqdim etmək üçün sistem yaratmasına necə baxırsınız?

Marks və Engels bu haqda hələ XIX əsrdə öz fikirlərini söyləmişdilər.

Əlbəttə, onlar sosial şəbəkələrdən istifadə etmirdilər, lakin, Buenos-Ayres universitetinin kriminologiya professoru Valeri Veq Vays qeyd edir ki, onlar bu təhdidləri müəyyən edən və onları təhlil edən ilk şəxs olublar.

“Onlar hökumətlər, banklar, biznes və müstəmləkə sisteminin əsas oyunçuları arasında mövcud olan əlaqələri diqqətlə tədqiq etmişdilər. Və onlar XV əsrə kimi gedib çıxmışdılar”, – Veq Vays belə deyir.

Bəs onlar hansı nəticə çıxarıblar? Əgər təcrübə (pis olsa da) iş və dövlət üçün effektivliyini sübut edibsə – məsələn, köləlik müstəmləkələrin gələcək inkişafı üçün təkan olub – bu zaman qanun onu qoruyacaq, Veq Vays qeyd edir.

Marksın mətbuatın gücünə dair düşüncəli baxışları da XXI əsrdə də son dərəcə aktual olaraq qalır.

“Marks işin ictimai rəyə təsir göstərməsinə gəldikdə, mətbuatın vacibliyini dərk edirdi. Bu gün biz feyk (saxta) məlumatlar, mediaqalmaqllar… barədə danışırıq… amma, Marks bütün bunları artıq bilirdi”, – Veq Vays qeyd edir.

“O, həmin dövrdə nəşr olunan məqalələri araşdırırdı və müəyyən nəticəyə gəlirdi: yoxsulların iştirakı ilə törədilən xırda cinayətlər və kriminal hadisələr həddindən artıq şişirdilirdi, halbuki “ağ yaxalıqlar”ın iştirakı ilə törədilən kriminal və siyasi qalmaqallar barədə isə əksinə, susurdular ”, – Veq Vays deyir.

Mətbuat da cəmiyyətin bölünməsindən ötrü təsirli bir vasitə idi.

“Orada deyilirdi ki, irlandiyalılar ingilislərin iş yerini oğurlayırlar, qaraları ağlara, kişilərə qadınlara, mühacirləri isə yerlilərə qarşı qaldırırdılar… kasıb əhali təbəqəsi bir-birilə mübarizə apardıqları bir zamanda varlılar sakitcə öz həyatlarına davam edirdilər”, – deyə, o, qeyd edir.

Və daha bir fakt: marksizm əslində kapitalizmi qabaqlamışdı.

Bu gün bu bəyanat qəribə görünə bilər, amma diqqət yetirin: dünya kapitalizmdən xəbər tutmamışdan əvvəl o, artıq marksizm haqqında eşitmişdi.

Linda Yuex bazarın “görünməz əli” dedikdə, “kapitalizm” termininin, müasir iqtisadiyyatın atası sayılan Adam Smit tərəfindən irəli sürülmədiyini, ilk dəfə bu terminin 1854-cü ildə britaniyalı yazıçı Uilyam Tekkereyin romanında işlədildiyini iddia edir.

“Tekkerey “kapitalist” sözündən “kapital sahibi” mənasında istifadə edib”, – Yuex belə deyir.

“Ola bilsin ki, iqtisadi mənada ondan istifadə edən Karl Marks olub, hansı ki, özünün 1867-ci ildə yazdığı “Kapital” əsərində kapitalizmdən bəhs etmişdi, bundan sonra həmin sözdən “marksizm” sözünə antonim kimi istifadə olunmuşdur. Beləliklə, hansısa mənada marksizm kapitalizmi qabaqlamışdı”, – Yuex qeyd edir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dənizkənarı Bulvar İdarəsi auditor seçib

posted in: Xəbər | 0

AuditorDənizkənarı Bulvar İdarəsi 2 illik maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Abak-Az Crovve LTD” MMC-dir.

Qalib şirkətə 10 min manat ödəniləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İtaliyada sadələşdirilmiş və tam mühasibat sistemi (2-ci hissə)

posted in: Xəbər | 0

mühasibat sistemiİtaliyada sadələşdirilmiş və tam mühasibat sistemi

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

İtaliyada kiçik müəssisələrin mühasibat uçotunu sadələşdirmək üçün imkanları var. Onun xüsusiyyətləri nədən ibarətdir

Adi və sadələşdirilmiş mühasibat uçotu arasında əhəmiyyətli fərq məhz onun aparılması proseduru ilə bağlıdır.

Birinci halda şirkət maliyyə cəhətdən aşağıdakı mühasibat qeydlərini aparmağa borcludur:

– gündəlik əməliyyatlar jurnalı (mühasibat kitabı);

– inventar kitabı;

– qeyri-maddi aktivlərin və gəlirlərin həmcins kateqoriyalara bölündüyü yardımçı qeydlər, belə ki, gəlirlərin mənfi və müsbət komponentlərini çıxarmaq mümkün olsun;

– əmtəə-material illik ehtiyatlar dəyərindəki dəyişiklikləri təqib edə bilmək üçün əlavə hesabat;

– amortizasiya olunan aktivlər kitabı

– alış və satış kitabı.

Sadələşdirilmiş uçotu seçən şirkətlər yalnız daxilolmaların və ödənişlərin xronoloji qeydiyyatı ilə inteqrasiya olunmuş vergilərin hesablanması məqsədi ilə məcburi qeydlər aparmalıdırlar.

Nəhayət, sadələşdirilmiş mühasibat uçotunun üstünlüklərindən istifadə edə biləcək şirkətlər bunu etməyə borclu deyil və biznesin daha yaxşı idarə olunmasına kömək edən adi mühasibat uçotunu seçə bilərlər və istənilən səhmdara və ya partnyorlara şirkəti təqdim etmək üçün təsirli vasitə ola bilər ki, bu da biznesdə mövcud iqtisadi vəziyyətin daha dolğun və aydın təsvirini verməyə imkan verir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kommersiya hüquqi şəxslərin təsisçiləri ilə bağlı Qaydada dəyişiklik edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti kommersiya hüquqi şəxslərin təsisçiləri ilə bağlı Qaydada dəyişiklik edib

karantin rejimiNazirlər Kabineti “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edib.

Nazirlər Kabinetinin qərara verdiyi izahda bildirilib ki, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə, qiymətli kağız mülkiyyətçiləri barədə məlumat isə Milli Depozit Mərkəzinin İnformasiya Sistemi vasitəsilə verilir.

Məlumatların vahid informasiya sistemi ilə deyil, ayrı-ayrı informasiya sistemləri vasitəsilə təqdim olunduğunu nəzərə alaraq, qeyd olunan proseduru tənzimləyən qaydaları özündə əks etdirən başqa bir hüquqi akta zərurət olmadığından informasiya sistemləri haqqında əsasnamə Qaydadan çıxarılıb.

Eyni zamanda, Qaydaya əsasən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər gücləndirilmiş elektron imzadan istifadə etməklə informasiya sistemində qeydiyyatdan keçirlər. Bu məqsədlə onlar tərəfindən informasiya sistemində elektron ərizə forması doldurulmalı idi. Belə ərizə formasının təsdiq edilməsinə zərurət olmadığını nəzərə alaraq qaydaya müvafiq dəyişiklik edilib.

Həmçinin monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin nominal saxlayıcı hesablarında olan benefisiar mülkiyyətçilərə dair məlumatlarla bağlı sorğularının 7 iş günü müddətində cavablandırılması müəyyən edilib.

Dəyişiklik idarəçiliyin sadələşdirilməsi, asanlaşdırılması və proseslərin sürətlənməsinə xidmət edir.


“Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edildi

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə, qiymətli kağız mülkiyyətçiləri barədə məlumat isə Milli Depozit Mərkəzinin İnformasiya Sistemi vasitəsilə verilir. Məlumatların vahid informasiya sistemi ilə deyil, ayrı-ayrı informasiya sistemləri vasitəsilə təqdim olunduğunu nəzərə alaraq, qeyd olunan proseduru tənzimləyən qaydaları özündə əks etdirən başqa bir hüquqi akta zərurət olmadığından informasiya sistemləri haqqında əsasnamə Qaydadan çıxarılmışdır.

 Eyni zamanda Qaydanın 5.2-ci bəndinə əsasən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər gücləndirilmiş elektron imzadan istifadə etməklə informasiya sistemində qeydiyyatdan keçirlər. Bu məqsədlə onlar tərəfindən informasiya sistemində elektron ərizə forması doldurulmalı idi. Belə ərizə formasının təsdiq edilməsinə zərurət olmadığını nəzərə alaraq 5.2-ci bəndə müvafiq dəyişiklik edilmişdir.

Həmçinin monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin nominal saxlayıcı hesablarında olan benefisiar mülkiyyətçilərə dair məlumatlarla bağlı sorğularının 7 iş günü müddətində cavablandırılması müəyyən edilmişdir.

Dəyişiklik idarəçiliyin sadələşdirilməsi, asanlaşdırılması və proseslərin sürətlənməsinə xidmət edir.

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 948 949 950 951 952 953 954 2. 400