» » » Kommersiya hüquqi şəxslərin təsisçiləri ilə bağlı Qaydada dəyişiklik edilib

Kommersiya hüquqi şəxslərin təsisçiləri ilə bağlı Qaydada dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Nazirlər Kabineti kommersiya hüquqi şəxslərin təsisçiləri ilə bağlı Qaydada dəyişiklik edib

karantin rejimiNazirlər Kabineti “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edib.

Nazirlər Kabinetinin qərara verdiyi izahda bildirilib ki, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə, qiymətli kağız mülkiyyətçiləri barədə məlumat isə Milli Depozit Mərkəzinin İnformasiya Sistemi vasitəsilə verilir.

Məlumatların vahid informasiya sistemi ilə deyil, ayrı-ayrı informasiya sistemləri vasitəsilə təqdim olunduğunu nəzərə alaraq, qeyd olunan proseduru tənzimləyən qaydaları özündə əks etdirən başqa bir hüquqi akta zərurət olmadığından informasiya sistemləri haqqında əsasnamə Qaydadan çıxarılıb.

Eyni zamanda, Qaydaya əsasən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər gücləndirilmiş elektron imzadan istifadə etməklə informasiya sistemində qeydiyyatdan keçirlər. Bu məqsədlə onlar tərəfindən informasiya sistemində elektron ərizə forması doldurulmalı idi. Belə ərizə formasının təsdiq edilməsinə zərurət olmadığını nəzərə alaraq qaydaya müvafiq dəyişiklik edilib.

Həmçinin monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin nominal saxlayıcı hesablarında olan benefisiar mülkiyyətçilərə dair məlumatlarla bağlı sorğularının 7 iş günü müddətində cavablandırılması müəyyən edilib.

Dəyişiklik idarəçiliyin sadələşdirilməsi, asanlaşdırılması və proseslərin sürətlənməsinə xidmət edir.


“Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edildi

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə, qiymətli kağız mülkiyyətçiləri barədə məlumat isə Milli Depozit Mərkəzinin İnformasiya Sistemi vasitəsilə verilir. Məlumatların vahid informasiya sistemi ilə deyil, ayrı-ayrı informasiya sistemləri vasitəsilə təqdim olunduğunu nəzərə alaraq, qeyd olunan proseduru tənzimləyən qaydaları özündə əks etdirən başqa bir hüquqi akta zərurət olmadığından informasiya sistemləri haqqında əsasnamə Qaydadan çıxarılmışdır.

 Eyni zamanda Qaydanın 5.2-ci bəndinə əsasən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər gücləndirilmiş elektron imzadan istifadə etməklə informasiya sistemində qeydiyyatdan keçirlər. Bu məqsədlə onlar tərəfindən informasiya sistemində elektron ərizə forması doldurulmalı idi. Belə ərizə formasının təsdiq edilməsinə zərurət olmadığını nəzərə alaraq 5.2-ci bəndə müvafiq dəyişiklik edilmişdir.

Həmçinin monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin nominal saxlayıcı hesablarında olan benefisiar mülkiyyətçilərə dair məlumatlarla bağlı sorğularının 7 iş günü müddətində cavablandırılması müəyyən edilmişdir.

Dəyişiklik idarəçiliyin sadələşdirilməsi, asanlaşdırılması və proseslərin sürətlənməsinə xidmət edir.

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun