» » » Kapital Bank kiçik və orta sahibkarlara banka gəlmədən əmək haqqı layihəsinə qoşulmağı təklif edir

Kapital Bank kiçik və orta sahibkarlara banka gəlmədən əmək haqqı layihəsinə qoşulmağı təklif edir

posted in: Bank, Kapital Bank, Xəbər | 0
birbank biznes

Kapital Bank əmək haqqıKapital Bank xalqımızın Vətən Müharibəsində Qələbə qazanması münasibətilə yeni “Zəfər Kampaniyası”nı təqdim edir. Bu yenilikdən hələ də Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmayan kiçik və orta sahibkarlar yararlana bilər.

Şərtlərə görə, Müştəri Bank sistemi vasitəsilə əmək haqqı layihələrinə qoşulan müştərilərə, əmək haqqı kartları üzrə mədaxil komissiyasına 25% endirim təqdim edilir, əmək haqqı kartları isə pulsuz verilir. “Zəfər Kampaniyası” 1 mart 2021-ci il tarixinədək davam edəcək. Lakin əmək haqqı kartlarına köçürmə zamanı tətbiq edilən endirim, kampaniya müddətində layihəyə qoşulan müştərilər üçün sonrakı dövrdə də davam edəcək.

Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmağın bir sıra üstünlükləri vardır: əmək haqqı layihəsinə qoşulma tam olaraq məsafədən, banka gəlmədən həyata keçirilir və hər hansı bir ödəniş tələb olunmur; əmək haqqı kartlarına mədaxil banka gəlmədən, onlayn şəkildə həyata keçirilir; Kapital Bank-da hesabı olmayan müştərilər cari hesabı onlayn şəkildə və tam pulsuz olaraq aça bilərlər; hər bir müştəri fərdi menecerlə təmin olunur və s.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun