Karantin dövründə boşdayanmaya görə işçiyə ödəniş edilirmi?

posted in: Xəbər | 0

boşdayanma karantinKarantin rejimi dövründə fəaliyyətinə qismən və ya tam icazə verilən sahələr üzrə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı müəyyən suallar yaranır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 saylı qərarına əsasən, dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əməkhaqqının saxlanılması nəzərdə tutulub. Həmin qərarın 1.4-cü bəndində göstərilib ki, bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əməkhaqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin.

Qərarın 1.5-ci bəndində isə qeyd edilib ki, imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin.

Fəaliyyəti tam məhdudlaşdırılmayan sahələr üzrə karantin rejiminə uyğun əmək münasibətlərinin qurulması digər qanunvericilik aktları ilə tənzimlənir. Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Misal: Fəaliyyətinə icazə verilən turizm müəssisəsi ancaq xarici səfərlərin təşkili ilə məşğul olduğu üçün məcburi boşdayanma yaranıb. Bu zaman işəgötürən qərar verir ki, işçilərin tarif maaşının üçdə iki hissəsini ödəsin və onlar müəyyən müddət işə gəlməsinlər.Tutaq ki, tur operatorunun aylıq əməkhaqqı 600 manat, satışlara görə aldığı bonusun məbləği isə 200 manat olub. Buna baxmayaraq, işəgötürən yalnız tarif maaşının 2/3 hissəsini, yəni 400 manat ödəməklə işçiləri evə buraxa bilər:

(600 manat x 2 / 3) = 400 manat.

Boşdayanma müddətində satışların olmaması və ya çox az olması bonusları da dayandırır.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank sərfəli şərtlərlə daşınmaz əmlak təminatlı nağd pul krediti təklif edir

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank sərfəli şərtlərlə daşınmaz əmlak təminatlı nağd pul krediti təklif edir

Kapital BankKapital Bank əhaliyə daşınmaz əmlakı təminat qoymaqla sərfəli şərtlərlə nağd pul krediti təklif edir. Artıq mənzil, həyət evi, bağ, qeyri-yaşayış sahəsi və obyekt təminat qoymaqla Kapital Bank-dan kredit almaq mümkündür. Qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır.

Şərtlərə görə, kreditin minimal məbləği 20 000 manatdır, maksimal məbləğ isə 70 000 manat təşkil edir. Kredit maksimum 7 il müddətinə verilir, illik faiz dərəcəsi isə 20%-dən başlayır. Kredit qismində təqdim olunan vəsait, təminatın maksimum 65%-ni təşkil edə bilər.

Qeyd edək ki, kredit yalniz rəsmi iş yeri olan şəxslərə verilir. Kredit verildikdə təminat qismində olan daşınmaz əmlak sigortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Azərpoçt” auditor seçir

posted in: Audit, Auditor, Xəbər | 0

AuditorNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC keçid balansının auditi və 2020-2022-ci illər üçün maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 600 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 13-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 22-si, saat 18:00-a qədər dövlət satrınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Tender Komissiyasının üzvü Oqtay İsmayılovdur. Telefon: (012) 493-56-00.

Tenderin nəticəsi yanvarın 25-də, saat 11:00-da portalda açıqlanacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyətə görə kompensasiya və əmək haqqı ayrılıqda məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməlidir?

posted in: sual-cavab, Xəbər | 0

kompensasiya əmək haqqıSual: İşçiyə 30.11.2019-cu il tarixində 600 azn əmək haqqı hesablanıb. 15.11.2019-cu il tarixində işçiyə 400 azn əvvəlki ilin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilib. Sualım bundan ibarətdir ki, İşçinin gəliri 1000 azn olaraq Sosial sığorta haqqına cəlb ediləcək, yoxsa 600 azn ayrılıqda, 400 azn ayrılıqda sosial sığorta haqqına cəlb edilməlidir?

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları  1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci və 102.1.6-cı maddələri.

Mənbə: taxes.gov.az


Həmçinin bax


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 940 941 942 943 944 945 946 2. 400