Nəqliyyat vasitələrinin fəaliyyəti ilə məşğul olanların sosial sığorta haqqının məbləği azaldılıb

posted in: Xəbər | 0

sosial sığorta haqqının məbləği sosial sığorta haqqı“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, ölkə daxilində avtomobil nəqliyyatı vasitələrinin (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilib.

Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sosial sığorta haqqının məbləğinə sözügedən nəqliyyat vasitələrinin fəaliyyət göstərdiyi ərazi üzrə əmsal tətbiq etməklə ödəməli olduqları aylıq sosial sığorta haqqı müəyyən edilib. Belə ki, aylıq sosial sığorta haqqı Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2 əmsal, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 əmsal, digər şəhər və rayonlarda 1əmsal təşkil edir.

Həmçinin sadələşdirilmiş vergi ilə məcburi dövlət sosial sığorta haqqı eyni vaxtda ödənildikdən sonra “Fərqlənmə nişanı” almaq mümkün olur və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsinə ehtiyac qalmır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İtaliyada sadələşdirilmiş və tam mühasibat sistemi (1-ci hissə)

posted in: Xəbər | 0

İtaliya maliyyə fəlakətiİtaliyada sadələşdirilmiş və tam mühasibat sistemi

1-ci hissə

İtaliyada kiçik müəssisələrin mühasibat uçotunu sadələşdirmək üçün imkanları var. Onun xüsusiyyətləri nədən ibarətdir?

Mühasibat uçotunun düzgün və vaxtında aparılması İtaliya ərazisində fəaliyyət göstərən istənilən şirkətin rəhbərliyinin hüquqi öhdəliyidir. İtaliyada şirkətləri qeydiyyatdan keçirərkən, ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu sistemlərindəki fərqi anlamaq çox vacibdir.

Bununla birlikdə, İtaliya Maliyyə Nazirliyi kiçik şirkətlər üçün standart qaydalara uyğun mühasibat uçotunu aparmağın çətin ola biləcəyini nəzərə alıb və buna görə də, mühasibat uçotunun sadələşdirilmiş rejimini müəyyən edən bəzi sadələşdirmələr işlənib hazırlanmışdır.

Müəssisənin kiçik (impresa minore) hesab edilməsi və beləliklə, sadələşdirilmiş sistem üzrə mühasibat uçotunu apara bilməsi üçün iki tələbin yerinə yetirilməsi zəruridir: subyektiv və obyektiv.

Subyektiv tələb şirkətin hüquqi formasına aiddir: səhmdar cəmiyyətləri (società di capitali) sadələşdirilmiş mühasibat sistemindən istifadə edə bilməzlər, tərəfdaş şirkətlər, o cümlədən tam və kommandit birliklər, faktiki birliklər  və fərdi kommersiya müəssisələri üçün isə isə buna icazə verilir.

Şirkətin sadələşdirilmiş sistem üzrə mühasibat uçotu aparmaq hüququna malik olması üçün zəruri olan obyektiv tələb, bu gəlirin məbləğindən ibarətdir ki, o da bundan artıq ola bilməz:
  • xidmət təqdim edən şirkətlər üçün 400 000 avro;
  • digər fəaliyyət növləri ilə əlaqəli olan şirkətlər üçün 700 000 avro.

Bu məhdudiyyətlər qanunvericilik dekreti ilə tətbiq olunub.

Bu limitlərin müəyyən edilməsi zamanı 2017-ci ildən kassa rejimi tətbiq edilir, yəni, yalnız real əldə edilmiş gəlirlər nəzərə alınır. Bu dəyişiklik sadələşdirilmiş mühasibat sisteminə daha asan daxil olmaq imkanı verdi: əvvəllər şirkətlərin kredit və debetlərinin vəziyyətini təhlil etmədən, yalnız nümayiş etdirilən və alınan hesab-fakturalar nəzərə alınırdı.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xaricdə auditin xüsusiyyətləri (5-ci hissə)

posted in: Audit, Xəbər | 0

Auditor AuditXaricdə auditin xüsusiyyətləri

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.

Beynəlxalq auditin nəzəriyyəsi və təcrübəsi rəqabət şəraitində formalaşmışdır. Bu çoxsaylı tədqiqatlar və həmin materialların ictimai müzakirələri ilə müşaiyət olunurdu. Nəticədə, bu ona gətirib çıxardı ki, bu günə qədər möhkəm beynəlxalq hüquqi auditor əsası yaradılmışdır, auditin təşkili formaları ətraflı işlənib hazırlanmışdır və bu, az əhəmiyyətli deyil, auditor fəaliyyəti üçün çoxlu sayda metodik materiallar nəşr olunur və daim artırılır.

İtaliya auditin dövlət tənzimlənməsinin güclü inkişaf etdiyi ölkələr sırasına aiddir. Qanunvericilik auditorlar tərəfindən ətraflı, təsdiq olunmuş maliyyə hesabatlarını təqdim etməyi şirkətin üzərinə qoyur.

Almaniyada auditor fəaliyyətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bütün auditorlar və auditor firmaları mütləq şəkildə Auditor Palatasının üzvləri olmalıdırlar. Audit nəzarəti, Almaniyada bir neçə istiqamət üzrə həyata keçirilir. Birincisi, maliyyə ilinin sonunda müəssisənin audit nəzarəti. İkincisi, xüsusi audit nəzarəti (təhsil dövründə, direktorların ümumi yığıncağının tapşırığı və s.).

Yaponiyada auditin elə də yaxşı vəziyyəti müşahidə edilmir. Bu, Yaponiyanın korporasiyalarında iqtisadi inkişaf səviyyəsinə müstəqil audit və daxili nəzarət sisteminin qeyri-adekvatlığı ilə xarakterizə olunur. Yaponiya Maliyyə Nazirliyi auditə hədsiz təsir edir ki, bu da auditorların müstəqilliyinə zərər vurur. Yaponiyada mühasibat uçotu və auditin qərb modellərini tətbiq etmək cəhdləri də tam başa çatmayıb. Yaponiya korporasiyalarında daxili audit, ümumiyyətlə, kök sala bilməyib.

Çin hökuməti isə əksinə, diplomlu ictimai mühasiblərin və auditorların sayının artmasını dəstəkləyir. Ölkədə 50 mindən çox auditor təşkilatı və 70 min daxili auditorlar mövcuddur.

Fransada auditlə bağlı məsələləri Ədliyyə Nazirliyi tənzimləyir. Fransada auditor hesablar üzrə komissar adlandırılır, o, auditin aparılması üçün müəssisənin (səhmdarların) mülkiyyətçiləri tərəfindən altı il müddətinə təyin edilir.

Sözgedən mövzuya yekun vuraraq demək olar ki, xarici ölkələrdə audit kifayət qədər inkişaf edib.

Xaricdə auditor xidmətlərinin sayı hər bir ölkədə kifayət qədər böyükdür. Onların fəaliyyəti o qədər geniş yayılıb ki, beynəlxalq auditor firmalarının yaradılmasına gətirib çıxarıb. Qərb ölkələrində auditin inkişafının tədricən yaxşılaşma xarakteri daşıdığını görməmək də mümkün deyil.

Qeyd etmək lazımdır ki, ixtisaslı auditorlara hər zaman və hər yerdə tələbat var və bu peşəyə tələbat ildən-ilə artır. Müasir dövrdə auditor xidmətlərinin əsas vəzifəsi müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericiliyə riayət olunmasına nəzarət etmək, mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtib edilməsi, dövlət orqanlarının və özəl sahibkarların, həmçinin bu və ya digər firmanın, bankın, kooperativin və s. maliyyə vəziyyəti haqqında obyektiv informasiya ilə təmin etməkdən ibarətdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Keçmiş tarixlə ƏDV-nin məqsədləri üçün qeydiyyata alındıqda, keçmiş əməliyyatlar üzrə E-qaimə verilməlidirmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

vergi tutulan əməliyyatın vaxtıSual: Şirkət təqdim etdiyi ərizə əsasında keçmiş tarixlə, yəni 01.01.2018-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb. Həmin tarixdən etibarən şirkət tərəfindən aparılmış əməliyyatlara görə ƏDV-nin ödənilməsi və həmin əməliyyatların təqdim olunacaq ilk bəyannamədə əks etdirilməsi nəzərdə tutulur. Bilmək istərdik ki, həmin əməliyyatlar üzrə şirkət tərəfindən elektron qaimə-faktura da təqdim edilməlidirmi?

Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün Vergi Məcəlləsinin 71.1.5.9-cu maddəsində nəzərdə tutulmuş qaydada həmin Məcəllənin 177.5-ci maddəsinə əsasən, elektron qaimə-faktura təqdim etmək hüququna malikdir. Belə ki, Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb olunan əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Belə olan halda, vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün bu maddənin məqsədləri üçün nəzərdə tutulmuş elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsi, 71.1.5.9-cu və 177.5-ci maddələr.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 938 939 940 941 942 943 944 2. 388