» » » ABŞ-ın maliyyə naziri iqtisadiyyatı dağıtmaq cəhdlərində ittiham olunub

ABŞ-ın maliyyə naziri iqtisadiyyatı dağıtmaq cəhdlərində ittiham olunub

posted in: Xəbər | 0
birbank biznes

ABŞ-ın maliyyə naziri iqtisadiyyatı dağıtmaq cəhdlərində ittiham olunub

ABŞCNBC-nin məlumatına görə, ABŞ maliyyə naziri Stiven Mnuçin biznesin güzəştli kreditləşdirilməsi proqramlarını ləğv etmək qərarına görə senatorların kəskin tənqidinə məruz qalıb.

Mnuçin iqtisadiyyatı dağıtmaq cəhdlərində ittiham olunub. “Görünür, siz iqtisadiyyatımızı sabotaj etməyə çalışırsınız. Bundan ötrü heç bir qanuni bəraət yoxdur”, – Ohayo ştatından olan senator Şerrod Braun maliyyə nazirinə belə demişdi. Mnuçin isə dəstək tədbirlərinin ilin sonuna qədər uzadılmasına imkan verəcək belə səlahiyyətlərə sahib olmadığını bildirib. “Mənim etdiklərim iqtisadi xarakter daşımır”, – o, belə söyləyib. Lakin, senatorlar hesab edirlər ki, yardımın dayandırılması biznes və amerikalı işçilər üçün ağır nəticələrə səbəb olacaqdır.

Mnuçin bundan əvvəl 31 dekabr tarixinə qədər güzəştli borc verilməsinə yönəldilməli olan istifadə olunmamış 455 milyard dollar vəsaitlərin qaytarılmasını tövsiyə etmişdi. Bu ilin yazında FES 2,3 trilyon dollar həcmində biznesə yardım proqramını işə salıb.

600 milyard dollara yaxın vəsaitlər orta biznesin dəstəklənməsinə yönəldilmişdi. 850 milyard dollar iri biznesə kreditlər üzrə yardım kimi verilmişdi, daha 500 milyard dollar isə bələdiyyə istiqrazlarının alınmasına sərf edilmişdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun