E-ticarətdə sadələşdirilmiş bəyannamənin tətbiqi yeni formatda bərpa edilir
2021-ci il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş “Sadələşdirilmiş Bəyannamə – Elektron Ticarət” (Smart Customs) layihəsinin tətbiqinə başlanılacaq.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Ölkədəki mövcud vəziyyətlə əlaqədar tətbiqinə müvəqqəti fasilə verilən “Smart Customs” daha da təkmilləşdirilmiş formada istifadəçilərə təqdim olunacaq.
Yanvarın 1-dən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin “Smart Customs” tətbiqi ilə bəyan edilməsi məcburidir. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki hesablarından tətbiqdən istifadəyə dair ətraflı məlumat almaq olar. (https://youtu.be/WcE7VBCosYk)
“Onu da qeyd edək ki, yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq”, – məlumatda qeyd edilir.
Mənbə: report.az

Mənim bir çox sahibkar dostlarım var. Və hər dəfə uçotdan söz düşəndə, onların böyük əksəriyyəti bu mövzunu tez qapatmağa çalışırlar. “Mənim mühasibim var. Mən mühasibatlığın işinə qarışmıram”.
Gəlir (mənfəət) vergisinin üstünlüklərindən biri də bu vergi hesablanarkən gəlirin əldə edilməsinə sərf edilmiş xərclərin gəlirdən çıxılmasına imkan verilməsidir. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
“Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat təşkil edib”.