Mən mühasib ola bilərəmmi?

posted in: Xəbər | 0

Mən mühasib ola bilərəmmi?

Mühasib

  1. Hesablamanı bilmədən mən mühasib ola bilərəmmi?     

Bir çoxları elə düşünür ki, əgər mühasibəmsə, onda heç şübhəsiz rəqəmləri kalkulyator sürəti ilə beynimdə hesablaya bilirəm və ümumiyyətlə, mən istənilən məsələni həll edə bilərəm))

Karyera yolunun başlanğıcında mən özüm də belə bir sual vermişdim – mütləqdirmi ki, hər şeyi yaddaşda hesablamağı bacarasan?

Məktəbdə oxuyarkən, riyaziyyatı bir o qədər də yaxşı bilmirdim, o səbəbdən mən çox həyəcan keçirirdim. Lakin, tezliklə başa düşdüm ki, hesablama ilə bağlı bütün çətinliklərin öhdəsindən gəlməkdə kalkulyator xilas edəcək)

  1. İlk iş yerində çalışmağa başladıqdan az sonra özümə verdiyim ikinci sual bundan ibarət olub – əgər əsasən elektron sənəd dövriyyəsidirsə, sənədləri harada gizlədəcəyəm?

Böyük yoxlamalar haqda bir qayda olaraq, əvvəlcədən məlumatlı olursan və hazırlaşmaq üçün vaxtın çatır. Əlbəttə ki, əgər bu sizə lazımdırsa.

Özümdən ötrü belə bir qayda qoymuşam – sənədləri həmişə qaydada saxlamaq lazımdır, belədə nəyi isə “gizlətməyə” də lüzum qalmır.

  1. Və nəhayət ən əsas sual, hansı ki, onu özünə təkcə mühasiblər vermirlər – vergiləri niyə ödəməliyəm?!

Vergitutma – bu, dövlət büdcəsinin bir hissəsidir. Həmin büdcədən sosial ehtiyaclara pul ayrılır:

– Pensiyalar;

– Hüquq-mühafizə orqanları;

– Təhsil;

– Səhiyyə.

Franklinin dediyi kimi –  “Qaçılmaz olan yalnız ölüm və vergilərdir”.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Aqrar Tədarük və Təchizat” auditor seçib

posted in: Xəbər | 0

“Aqrar Tədarük və Təchizat” auditor seçib

auditor

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 2020-ci il üzrə illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar audit şirkətinin seçilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “RSM Azerbaijan” MMC-dir.

Qalib şirkətə 17,1 min manat ödəniləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası Beynəlxalq Maliyyə Hesabatları Standartları təlimlərinə başlayır

posted in: Xəbər | 0

Auditorlar PalatasıAuditorlar Palatası Beynəlxalq Maliyyə Hesabatları Standartları – BHMS (International Financial Reporting Standards) təlimlərinə start verdi. Təlimlər 2021-ci il mart ayından başlayacaqdır.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.

Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. Təlim mühasibat uçotu sahəsində müəyyən qədər biliyə sahib olan mütəxəssislər, mühasiblər və bu sahəyə yeni başlamaq niyyətində olanlar şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Təlimdə iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Müddət: 3 ay

Həftədə: 2 dəfə

Həftəlik: 4 saat

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva (training@audit.gov.az, ayten.mirzeyeva@gmail.com).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 465-21-75; 055 866 44 29

Mənbə: audit.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daha bir bank ƏDV-nin qaytarılması sisteminə qoşuldu

posted in: Xəbər | 0

Daha bir bank ƏDV-nin qaytarılması sisteminə qoşuldu

ƏDV-nin qaytarılması“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) www.edvgerial.az portalına qoşulub.

Bununla da portalda olan müvəkkil bankların sayı 2-yə çatıb.

Beləliklə yeni yaradılmış edvgerial.ibar.az linki vasitəsi ilə bank müştəriləri toplanan vəsaitləri idarə edə bilərlər.

Qeyd edək ki, 2020-ci ilin martından qüvvəyə minən sərəncamla fəaliyyətə başlayan portalın sifarişçisi Dövlət Vergi Xidmətidir. Bu günə qədər portalın yeganə müvəkkil bankı “Kapital Bank” ASC idi.

Qeyd edək ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasına görə, qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 %, nağd ödənişlər üzrə isə 10 % təşkil edir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 934 935 936 937 938 939 940 2. 400