Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək

posted in: Xəbər | 0

maliyyə dəstəyiAzərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılacaq. Birinci istiqamət – pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. 22 minə yaxın vergi ödəyicisini əhatə edəcək bu tədbir çərçivəsində pandemiyanın zərər çəkmiş sahələrdə çalışan 200 min nəfərdən çox muzdlu işçinin əmək haqlarının müəyyən hissəsi ödəniləcək. Bu məqsədlə sahibkarlara dövlət tərəfindən 52,5 milyon manat həcmində maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş müəssisələr də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər. Belə ödəyicilər üçün müraciət forması əvvəlki kimidir. Müraciət qaydası ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://www.youtube.com/watch?v=UWJjEV35ALE&feature=emb_logo

İkinci istiqamət – pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir. Bu tədbir pandemiyadan zərər çəkmiş sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 90 minə yaxın fərdi sahibkara dövlət tərəfindən 30,5 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödəniləcək. Bu istiqamət üzrə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.

Sahibkarlara yenidən maliyyə dəstəyinin göstərilməsi barədə qərar yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılmasına xidmət edir.

İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı artıq Maliyyə Nazirliyinə təqdim edilib. Qısa müddət ərzində maliyyə dəstəyinin sahibkarların bank hesablarına köçürülməsi təmin ediləcəkdir.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Şuşada ilk bankomatını və ödəniş terminalını quraşdırdı

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankMüştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, işğaldan azad edilən Şuşa şəhərində daha bir yeniliyi təqdim etdi. Belə ki, Şuşada fəaliyyət göstərən Bolmart marketində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.

Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Şuşada olan AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb və mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə Şuşaya getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kris Qardner: evsizlikdən milyonerliyə qədər (1-ci hissə)

posted in: Xəbər | 0

Kris GardnerKris Qardner: evsizlikdən milyonerliyə qədər 

1-ci hissə

Kris Gardner balaca oğlu ilə birlikdə ictimai ayaqyolunun döşəməsində gecələyəndə, heç ağlına belə gəlməzdi ki, onun həyat hekayəsi nə vaxtsa Hollivuddan olan kinematoqrafçılar üçün ilham mənbəyi ola bilər.

1980-ci illərin əvvəllərində broker şirkətində ödənişsiz staj keçərkən, Qardner bir il ərzində iki yaşlı oğlu ilə birlikdə küçədə yaşayırdı. Geçələr kilsənin ümumi zalı və ya San-Fransisko metrostansiyasının ayaqyolu onlar üçün sığınacağa çevrilirdi.

Himayəsində kiçik uşağı olan, daimi yaşamaq üçün yeri və gəlir mənbəyi olmayan Kris başı üzərində dam axtarışı üçün evsizlərdən ötrü sığınacaqlara baş vurur, ehtiyacı olanlardan ötrü yemək paylanan yerlərdə növbələrdə dayanırdı.

Onun bütün kiçik qazancı balaca Krisin uşaq bağçasında saxlanılmasına görə ödənişə gedirdi.

Qardner Dean Witter Reynolds (DWR) şirkətində ən yaxşı stajçı olmaq üçün çalışırdı. 1982-ci ildə ilk cəhddən attestasiya imtahanından keçəndən sonra onun əzmkarlığı firmada daimi işə alınması ilə mükafatlandırıldı.

O, nəhayət özü və oğlu üçün ev kirayə edə bildi. Birja sahəsində onun gələcək karyerası sürətlə inkişaf etməyə başladı. 1987 – ci ildə o, özünün şəxsi Gardner Rich & Co makler firmasını qurdu.

Hollivud çağırır

Bu gün artıq xeyli yaşlaşmış Qardnerin sərvəti 60 milyon dollar dəyərində qiymətləndirilir. O, dünya üzrə səyahət edir, insanları fəaliyyət göstərməyə və inkişaf etməyə təşviq edir, öz hekayəsini izah edir və evsiz insanlar üçün olan müəssisələrə sponsorluq edir və yoxsullara kömək etməklə, xeyriyyəçilik məqsədləri üçün fəal şəkildə sərmayə yatırır.

Qeyd etmək lazımdır ki, Qardnerin uşaqlığı da çox ağır keçib. Üstəlik, avtomobili düzgün park etmədiyinə görə cəriməni ödəmədiyindən, o, bir müddət həbsxanaya da salınıb. Təəccüblü deyil ki, onun həyat hekayəsi Hollivudun diqqətini özünə çəkmişdi. Onun “Xoşbəxtlik dalınca qaçışda” avtobioqrafik kitabı tez bir zamanda bestsellerə çevrilmişdi.

2006-cı ildə eyni adda film ekranlara çıxdı; Kris Qardner rolunu oynayan Uill Smit ən yaxşı kişi rolunun ifaçısı üçün “Oskar” mükafatına namizəd olmuşdu.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bitkoinin qiyməti tarixi rekordu yenilədi

posted in: Xəbər | 0

Bitkoinin qiyməti tarixi rekordu yenilədi

Bitkoinin qiyməti BitkoinOnun qiyməti ilk dəfə olaraq 27 min dolları ötüb keçib. CoinDesk-in məlumatları bunu göstərir.

Dünənki məlumata görə, kriptovalyutanın qiyməti 11,47 faiz bahalaşaraq,  27 603 ABŞ dollarına yüksəlib.

Bu ərəfədə bitkoin gün ərzində iki dəfə tarixi rekordu yeniləyərək, 26 min ABŞ dollarına yksəlmişdi. Buna qədər virtual valyuta dekabrın 20-də rekord dəyərə imza atmışdı – həmin gün ilk dəfə olaraq, onun dəyəri 24 min dolları ötüb keçmişdi.

Hazırda, investorlar Federal ehtiyat sisteminin (FES) və digər mərkəzi bankların iqtisadiyyata böyük miqyaslı dollar cəlb etmələrinə görə riskli əməliyyatlara gedirlər. Ayrıca, kriptovalyutanın qiymətinə, təsirli peyvəndlərin ortaya çıxması səbəbiylə koronavirus pandemiyasının məğlub olacağı xəbərindəki ümumi müsbət amillər də öz təsirini göstərir. Morgan Stanley, yaxın gələcəkdə bitcoinin tədricən dolları əvəz edə və ehtiyat valyuta statusundan məhrum edə biləcəyini də istisna etmir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 933 934 935 936 937 938 939 2. 400