Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir

posted in: Bank, Kapital Bank | 0

Kapital BankCari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir sıra mağazalar onlayn fəaliyyət göstərir. Bunu nəzərə alaraq Kapital Bank-la əməkdaşlıq etmək istəyən Elektron Ticarət (e-Commerce) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələnə bilərlər.

Belə ki, e-Commerce sahəsində Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlara, dövriyyələrindən asılı olaraq xidmət komissiyalarına 0,7%-dən başlayan tariflər təqdim edilir. Bundan başqa xidmətə qoşulma, aylıq/illik xidmət haqqı, texniki dəstək, Müştəri Bank sisteminə qoşulma tam olaraq pulsuz təqdim edilir.

Müraciət etmək istəyənlər (+994 50) 245 10 60, (+994 51) 206 52 49 nömrələri və ya ecommerce@kapitalbank.az ünvanı ilə əlaqə saxlaya bilərlər. Xidmətlər barədə ətraflı məlumatı saytdan əldə etmək olar – https://kbl.az/e-commerce.

Bundan başqa sahibkarlar qapıda ödəniş etmək istəyən müştərilər üçün yeni nəsil Smart kassaları da Kapital Bank-dan əldə edə bilərlər. Yeni nəsil “ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

posted in: Excel, Xəbər | 0

Net-dən Gross-a əmək haqqı hesablanması

Net-dən Gross-a əmək haqqı hesablanması
Mühasiblərin daim rastlaşdıqları problemlərdən biri olan Net-dən Gross-a və Grossdan Net-ə əmək haqqı hesablanmasının öhdəsindən artıq olduqca sadə bir yolla gəlmək mümkündür. Aşağıda verilən Net-dən Gross-a əmək haqqı hesablanması cədvəlini linkə daxil olaraq yükləyə bilərsiniz.

2021-ci il üçün Net-dən Gross-a əmək haqqı hesablanması cədvəli (7412 downloads )

Yenilənmiş fayla nəzər yetirmək üçün yükləyin:  2021-ci il üçün Net-dən Gross-a əmək haqqı hesablanması cədvəli (2710 downloads )


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti: Müvəqqəti vergi rejiminin müddəti başa çatıb

posted in: Xəbər | 0

Müvəqqəti vergi rejimiKoronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci ildə Vergi Məcəlləsində dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, müvəqqəti vergi rejimi pandemiyadan zərər çəkmiş ictimai iaşə fəaliyyəti sahəsini də əhatə edib, bu sahədə fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicilərinin vergi məbləği üzrə 50 % güzəşt verilib. Həmçinin ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə ilə bağlı müraciət etmə müddəti 2020-ci ilin 1 sentyabrınadək uzadılıb. Edilmiş müraciət əsasında həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və təqdim edilən mallara və xidmətlərə müvəqqəti vergi rejiminin müddəaları tətbiq edilir. Müvəqqəti vergi rejiminin müddəti 2021-ci il yanvarın 1-də başa çatıb.

Sadələşdirilmiş vergi ödəyicisi olan və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu müddət bitdikdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərlərsə, sahibliyində qalan mallara görə vergi orqanına müəyyən olunmuş formada məlumat təqdim etməlidirlər.

Belə vergi ödəyicilərinin təqdim etməli olduğu “Sadələşdirilmiş vergi ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 01.01.2021-ci il tarixdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən sahibliyində qalan ictimai iaşə fəaliyyəti üçün alınmış mallar barədə” Məlumat Forması təsdiq edilib və Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumatın təqdim edilməsi sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ƏDV-si əvəzləşdirilməyən malların təqdim edilməsi zamanı yenidən ƏDV-yə cəlb edilməməsi, yəni eyni mala görə 2 dəfə ƏDV-nin ödənilməsi yükünün vergi ödəyicisinin üzərində qalmaması məqsədini daşıyır. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilməyəcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İllər üzrə minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı

posted in: Xəbər | 0

ehtiyac meyarı Minimum əmək haqqı yaşayış minimumuAzərbaycan Respublikası qanunvericiliyində minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğləri hər il üçün mühüm əhəmiyyət kəsb edir və özü-özlüyündə bir çox münasibətlərin tənzimlənməsində tətbiq edilir. Bu səbəbdən də bu məbləğlərin tətbiq edilmə müddətləri və artım ardıcıllığına diqqət yetirməyi vacib hesab edirik.

Minimum əmək haqqının 2004-cü ildən indiyə kimi olan artım tempini təqdim edirik.

– 2004-cü il iyulun 1-dən 100000 manat (yeni məzənnə ilə 20 AZN)

– 2005-ci il yanvarın 1-dən 125000 manat (yeni məzənnə ilə 25 AZN)

– 2007-ci il fevralın 1-dən 50 manat

– 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat

– 2010-cu il sentyabrın 1-dən 85 manat

– 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat

– 2013-cü il sentyabrın 1-dən 105 manat

– 2017-ci il yanvarın 1-dən 116 manat

– 2018-ci il yanvarın 1-dən 130 manat

– 2019-cu il martın 1-dən 180 manat

– 2019-cu il sentyabrın 1-dən 250 manat

Ehtiyac meyarının 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik. (ehtiyac meyarı ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulur.)

– 2007-ci il üçün ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən — 35 manat, 2007-ci il iyulun 1-dən — 40 manat

– 2008-ci il üçün ehtiyac meyarının həddi 2008-ci il yanvar ayının 1-dən 45 manat, 2008-ci il iyul ayının 1-dən 55 manat

– 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat

– 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat

– 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat

– 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat

– 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat

– 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat

– 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat

– 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat

– 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat

– 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat

– 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat

– 2020-ci il üçün ehtiyac meyarının həddi 170 manat

– 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat

Yaşayış minimumunun 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik.

(Yaşayış minimumu aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında və digər hallarda tətbiq edilir.)

– 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla — 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün — 70 manat, pensiyaçılar üçün — 49,7 manat, uşaqlar üçün — 52,4 manat məbləğində müəyyən edilsin.

– 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat

– 2009-cu il üçün yaşayış minimumu ölkə üzrə 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat

– 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat

– 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat

– 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat

– 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat

– 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat

– 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat

– 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat

– 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat

– 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat

– 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat

– 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat

– 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 930 931 932 933 934 935 936 2. 400