2021-ci il üçün yaşayış minimumu təsdiqləndi

posted in: Xəbər | 0

qismən səfərbərlikPrezident İlham Əliyev “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb.

Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2020-ci il.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər” bayram ərəfəsində şəhid övladlarını sevindirdi

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Qırmızı ürəklərMəlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“Red Hearts”) könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər qrup tərəfindən ölkənin 50-dən artıq rayonunda xeyriyyə aksiyaları təşkil edilib, 100-lərlə  aztəminatlı ailələrə yardım göstərilib.

Cari ilin mart ayından başlayaraq Azərbaycanda pandemiya olan vaxtdan bütün ölkə üzrə bir sıra xeyriyyə aksiyaları təşkil edilib. Bu aksiyalar 54 rayonda keçirilməklə, ümumilikdə 1500-dən artıq ailəni əhatə edib. Bundan başqa Qurban bayramında “Qırmızı ürəklər” 60-dək rayonda 900-dək ailəni ziyarət edib, yardımlar göstərib. Həmçinin Tovuz rayonunda yerləşən “N saylı” hərbi hissədə qurbanlar kəsilib və 200 kiloqram qurban əti əsgərlərə bişirilib.

2020-ci ilin iyul ayından – cəbhə bölgəsində gərginlik başlayan andan, müharibənin ən qızğın vaxtlarında belə “Qırmızı ürəklər” hər zaman həmrəylik nümayiş etdirib və demək olar ki, hər həftə cəbhə bölgələrinə yardımlar göndərib, dəstək aksiyaları təşkil edib. Yalnız sentyabr-oktyabr aylarında orduya dəstək üçün fondun könüllüləri tərəfindən ümumilikdə 60 000 manat vəsait toplanıb və xeyriyyə işlərinə xərclənilib. Hazırki vaxtda da yardımlar davam etdirilir və dekabr ayı ərzində Qubadlı, Zəngilan, Laçın istiqamətində təxminən 1500 əsgərə yardım aparılıb.

Həmçinin cəbhə bölgəsində olan 1400-ə yaxın əsgər və zabitlərimizin ailələrinə yardımlar göstərilib. Dünyanın bir sıra ölkələrindən də həmrəylik nümayiş etdirən həmvətənlərimiz və xarici vətəndaşlarla birgə bu aksiyada, ümumilikdə 370 000 manata yaxın vəsait toplanıb və təyinatı üzrə xərclənib. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində isə şəhidlərin övladları üçün aksiya keçirib. Ümumilikdə 1300-dən artıq uşağı bayram hədiyyələri ilə sevindirib.

Bütün bu sadalananlar bir daha sübut edir ki, əməkdaşların özlərinin təşəbbüsü ilə yaradılan qrup cəmiyyətin bir hissəsi olduğunu anlayaraq, hər zaman xeyirxah əməllər etməyi, imkansızları sevindirməyi özünə borc bilir. Hazırda 200-dək üzvü olan təşəbbüs qrupu, 2019-cu ilin dekabr ayında yaradılıb. Qrupun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Belarusda ölkədən çıxışa görə vergi tutulacaq

posted in: Xəbər | 0

Belarusda ölkədən çıxışa görə vergi tutulacaq

ölkədən çıxışa görə vergiBelarus Respublikasında “Vergi Məcəlləsinin dəyişdirilməsi haqqında” qanun layihəsini artıq parlamentin nümayəndələr palatası qəbul edib. Maliyyə Naziri Yuri Selivestorov layihə ilə bağlı rəsmi açıqlama verərək bildirib ki, yeni qaydaya əsasən, hökumət ölkə sərhədini keçmək müqabilində pul yığımı tətbiq etmək səlahiyyəti əldə edə bilər.

Sənəddə göstərilir ki, deputatların vilayət şuraları çəkisi 5 tonadək olan nəqliyyat vasitələrinin ölkə sərhədlərindən çıxışı zamanı üç baza məbləğindən (81 Belarus rublu və ya 32 dollar) artıq olmamaq şərti ilə yerli yığım tətbiq edə bilərlər.

Qanun layihəsinə əsasən, nəqliyyat vasitələrindəki sərnişinlərin sayı yığımın məbləğinə təsir etməyəcək. Yeni yığımın dövlət və hökumət rəhbərlərinə, diplomatlara, ailə üzvlərinin və yaxın qohumlarının dəfn mərasiminə gedən şəxslərə, əlillərə, eləcə də İkinci Dünya Müharibəsi iştirakçılarına və onları müşayiət edən şəxslərə aid nəqliyyat vasitələrinə tətbiq olunmaması təklif edilib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Azərsu” auditor seçir

posted in: Xəbər | 0

Auditor, audit,“Azərsu” ASC 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının audit olunması xidmətlərinin satınalınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 25-i, saat 14:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə fevralın 2-si, saat 14:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Nəticələr fevralın 3-ü, saat 14:00-da portal vasitəsi ilə açıqlanacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 932 933 934 935 936 937 938 2. 400