Azərbaycanda bələdiyyə torpaqlarına görə vergi ödənilməsi qaydası dəyişdi

posted in: Xəbər | 0

Bələdiyyə torpaqları,Prezident İlham Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun”da dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra digər təyinatlı bələdiyyə torpaqları üzrə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə verginin məbləği Vergi Məcəlləsi əsasında müəyyən ediləcək.

İndiyə qədər həmin məbləğ ləğv olunmuş şərti maliyyə vahidinin (1,1 manat) müəyyən misli ilə müəyyən olunurdu.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Mühasibat uçotu haqqında Qanun

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28, № 4, maddə 599, № 5, maddə 797, № 8, maddə 1365) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci maddənin ikinci cümləsindən hər iki halda, 9-cu maddənin adından, 9.1-ci maddənin birinci abzasından, 9.1.1-ci maddədən, 9.1.2-ci maddənin ikinci cümləsindən və 9.2-ci maddədən “və kiçik” sözləri çıxarılsın.

2. 3.4-cü maddəyə “iri” sözündən sonra “, orta” sözü əlavə edilsin.

3. 10-cu maddənin adında, 10.2-ci, 10.3-cü, 10.4-cü və 10.5-ci maddələrdə “və orta” sözləri “, orta və kiçik” sözləri ilə əvəz edilsin.

4. 10.1-ci maddəyə “İri” sözündən sonra “və orta” sözləri əlavə edilsin.

5. 10.1.1-ci maddənin ikinci cümləsinə “iri” sözündən sonra “ və orta” sözləri əlavə edilsin.

6. 10.1-1-ci maddənin birinci abzasında “Orta” sözü “Kiçik” sözü ilə əvəz edilsin.

7. 10.1-1.2-ci maddənin ikinci cümləsində və 10.1-2-ci maddədə “orta” sözü “kiçik” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2020-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kris Qardner: evsizlikdən milyonerliyə qədər (2-ci hissə)

posted in: Xəbər | 0

Kris GardnerKris Qardner: evsizlikdən milyonerliyə qədər 

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Kris Gardner balaca oğlu ilə birlikdə ictimai ayaqyolunun döşəməsində gecələyəndə, heç ağlına belə gəlməzdi ki, onun həyat hekayəsi nə vaxtsa Hollivuddan olan kinematoqrafçılar üçün ilham mənbəyi ola bilər.

Öz həyatına nəzər salan Qardner BBC-nin müxbirinə “mən heç nəyi dəyişdirmək istəməzdim”, söyləyib.

“Mən uşaqlıqda çox əziyyət çəkmişdim, istəmirdim ki, mənim uşaqlarım da əziyyət çəksinlər, – o, belə söyləyir. Beş yaşımda olanda mən özümə söz verdim ki, uşaqlarım öz atasının kim olduğunu biləcəklər”.

“Həyatımın digər hissəsi məhz, belə alınmışdı, çünki mən düzgün hərəkət etmişdim”.

“Heyrətləndirici sübut”

Hazırda Kris Qardner ilin 200 gününü yollarda keçirir, dünyanın 50-dən çox ölkəsində olub və hər bir ölkədə zallara çoxsaylı insanları toplayır və onların qarşısında çıxış edir.

Amerikanın Morningstar investisiya şirkətinin direktoru Skott Berns deyir ki, Kris Qardnerin həyatı – “insan ruhunun gücünün heyrətləndirici sübutudur”.

“İnsan səhv edə və həyatında büdrəyə bilər – lakin, yalnız onun özünün buna imkan verdiyi qədər”, – deyə o,əlavə edib.

Qardner əmindir ki, təcrübəsi hamımızın böyüdüyümüz mühitin məhsulu olduğumuz nəzəriyyəsini təkzib edir.

“Əgər bu nəzəriyyə özünü doğrultsaydı, onda mən də arvadını və uşaqlarını döyən daha bir içki düşügünü, savadsız və uğursuzun biri olardım”.

Bunun əvəzində isə o düzgün seçim edə bilmişdi. O, buna görə öz anasının sevgisinə və digər adamların dəstəyinə borcludur.

“Mən anamda və digər insanlarda bir işıq gördüm, hansı ki, onların qanların heç bir qan qarışığı yox idi. Mən bu işığı gördüm və onu qəbul etdim”.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvvəlki illərin məzuniyyəti hesablanarkən 200 manat güzəşt hər bir il üçün hesablanmalıdır?

posted in: Xəbər | 0

məzuniyyət əvvəlki illərin məzuniyyətiSual: Bir işçi bu ay işdən çıxıb. Onun cari ildən 1 gün, əvvəlki illərdən 30 gün məzuniyyət qalıb. Bu ay üçün də 12 iş günü işləyib. Bu məbləğlərin 3-ü də ayrı-ayrılıqda hesablanıb və vergiyə cəlb olunub. Yəni hər birindən ayrı ayrılıqda 200 manat çıxılıb hesablama üçün. Sualım o idi ki, bu düzgündür, yoxsa 200 manat 1 dəfə ümumi məbləğdən çıxılmalıdır? (

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 929 930 931 932 933 934 935 2. 400