» » » “Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edildi

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Mühasibat uçotu haqqında Qanun

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28, № 4, maddə 599, № 5, maddə 797, № 8, maddə 1365) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci maddənin ikinci cümləsindən hər iki halda, 9-cu maddənin adından, 9.1-ci maddənin birinci abzasından, 9.1.1-ci maddədən, 9.1.2-ci maddənin ikinci cümləsindən və 9.2-ci maddədən “və kiçik” sözləri çıxarılsın.

2. 3.4-cü maddəyə “iri” sözündən sonra “, orta” sözü əlavə edilsin.

3. 10-cu maddənin adında, 10.2-ci, 10.3-cü, 10.4-cü və 10.5-ci maddələrdə “və orta” sözləri “, orta və kiçik” sözləri ilə əvəz edilsin.

4. 10.1-ci maddəyə “İri” sözündən sonra “və orta” sözləri əlavə edilsin.

5. 10.1.1-ci maddənin ikinci cümləsinə “iri” sözündən sonra “ və orta” sözləri əlavə edilsin.

6. 10.1-1-ci maddənin birinci abzasında “Orta” sözü “Kiçik” sözü ilə əvəz edilsin.

7. 10.1-1.2-ci maddənin ikinci cümləsində və 10.1-2-ci maddədə “orta” sözü “kiçik” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2020-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun