» » » Kris Qardner: evsizlikdən milyonerliyə qədər (2-ci hissə)

Kris Qardner: evsizlikdən milyonerliyə qədər (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kris GardnerKris Qardner: evsizlikdən milyonerliyə qədər 

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Kris Gardner balaca oğlu ilə birlikdə ictimai ayaqyolunun döşəməsində gecələyəndə, heç ağlına belə gəlməzdi ki, onun həyat hekayəsi nə vaxtsa Hollivuddan olan kinematoqrafçılar üçün ilham mənbəyi ola bilər.

Öz həyatına nəzər salan Qardner BBC-nin müxbirinə “mən heç nəyi dəyişdirmək istəməzdim”, söyləyib.

“Mən uşaqlıqda çox əziyyət çəkmişdim, istəmirdim ki, mənim uşaqlarım da əziyyət çəksinlər, – o, belə söyləyir. Beş yaşımda olanda mən özümə söz verdim ki, uşaqlarım öz atasının kim olduğunu biləcəklər”.

“Həyatımın digər hissəsi məhz, belə alınmışdı, çünki mən düzgün hərəkət etmişdim”.

“Heyrətləndirici sübut”

Hazırda Kris Qardner ilin 200 gününü yollarda keçirir, dünyanın 50-dən çox ölkəsində olub və hər bir ölkədə zallara çoxsaylı insanları toplayır və onların qarşısında çıxış edir.

Amerikanın Morningstar investisiya şirkətinin direktoru Skott Berns deyir ki, Kris Qardnerin həyatı – “insan ruhunun gücünün heyrətləndirici sübutudur”.

“İnsan səhv edə və həyatında büdrəyə bilər – lakin, yalnız onun özünün buna imkan verdiyi qədər”, – deyə o,əlavə edib.

Qardner əmindir ki, təcrübəsi hamımızın böyüdüyümüz mühitin məhsulu olduğumuz nəzəriyyəsini təkzib edir.

“Əgər bu nəzəriyyə özünü doğrultsaydı, onda mən də arvadını və uşaqlarını döyən daha bir içki düşügünü, savadsız və uğursuzun biri olardım”.

Bunun əvəzində isə o düzgün seçim edə bilmişdi. O, buna görə öz anasının sevgisinə və digər adamların dəstəyinə borcludur.

“Mən anamda və digər insanlarda bir işıq gördüm, hansı ki, onların qanların heç bir qan qarışığı yox idi. Mən bu işığı gördüm və onu qəbul etdim”.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun