» » » Kris Qardner: evsizlikdən milyonerliyə qədər (1-ci hissə)

Kris Qardner: evsizlikdən milyonerliyə qədər (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kris GardnerKris Qardner: evsizlikdən milyonerliyə qədər 

1-ci hissə

Kris Gardner balaca oğlu ilə birlikdə ictimai ayaqyolunun döşəməsində gecələyəndə, heç ağlına belə gəlməzdi ki, onun həyat hekayəsi nə vaxtsa Hollivuddan olan kinematoqrafçılar üçün ilham mənbəyi ola bilər.

1980-ci illərin əvvəllərində broker şirkətində ödənişsiz staj keçərkən, Qardner bir il ərzində iki yaşlı oğlu ilə birlikdə küçədə yaşayırdı. Geçələr kilsənin ümumi zalı və ya San-Fransisko metrostansiyasının ayaqyolu onlar üçün sığınacağa çevrilirdi.

Himayəsində kiçik uşağı olan, daimi yaşamaq üçün yeri və gəlir mənbəyi olmayan Kris başı üzərində dam axtarışı üçün evsizlərdən ötrü sığınacaqlara baş vurur, ehtiyacı olanlardan ötrü yemək paylanan yerlərdə növbələrdə dayanırdı.

Onun bütün kiçik qazancı balaca Krisin uşaq bağçasında saxlanılmasına görə ödənişə gedirdi.

Qardner Dean Witter Reynolds (DWR) şirkətində ən yaxşı stajçı olmaq üçün çalışırdı. 1982-ci ildə ilk cəhddən attestasiya imtahanından keçəndən sonra onun əzmkarlığı firmada daimi işə alınması ilə mükafatlandırıldı.

O, nəhayət özü və oğlu üçün ev kirayə edə bildi. Birja sahəsində onun gələcək karyerası sürətlə inkişaf etməyə başladı. 1987 – ci ildə o, özünün şəxsi Gardner Rich & Co makler firmasını qurdu.

Hollivud çağırır

Bu gün artıq xeyli yaşlaşmış Qardnerin sərvəti 60 milyon dollar dəyərində qiymətləndirilir. O, dünya üzrə səyahət edir, insanları fəaliyyət göstərməyə və inkişaf etməyə təşviq edir, öz hekayəsini izah edir və evsiz insanlar üçün olan müəssisələrə sponsorluq edir və yoxsullara kömək etməklə, xeyriyyəçilik məqsədləri üçün fəal şəkildə sərmayə yatırır.

Qeyd etmək lazımdır ki, Qardnerin uşaqlığı da çox ağır keçib. Üstəlik, avtomobili düzgün park etmədiyinə görə cəriməni ödəmədiyindən, o, bir müddət həbsxanaya da salınıb. Təəccüblü deyil ki, onun həyat hekayəsi Hollivudun diqqətini özünə çəkmişdi. Onun “Xoşbəxtlik dalınca qaçışda” avtobioqrafik kitabı tez bir zamanda bestsellerə çevrilmişdi.

2006-cı ildə eyni adda film ekranlara çıxdı; Kris Qardner rolunu oynayan Uill Smit ən yaxşı kişi rolunun ifaçısı üçün “Oskar” mükafatına namizəd olmuşdu.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun