Kleyton aktı və müddəaları

posted in: Xəbər | 0

Kleyton aktıKleyton aktı, 1914-cü ildə ABŞ-da xüsusi olaraq Şerman aktında yer alan və inhisarların statusu, eləcə də rəqabəti məhdudlaşdıran iş fəaliyyəti kimi kateqoriyalara təsir edən müddəaları aydınlaşdırmaq üçün ABŞ-da qəbul edilmiş böyük trestlərin yaranmasına qarşı qanunverici bir aktdır.

Kleyton aktı dörd əsas müddəadan ibarət idi:

  • bununla bağlı müqavilələrin, yəni alıcının yalnız ona lazım olan məhsulu deyil, həm də tamamilə lazımsız məhsulu almağa məcbur olduğu müqavilələrin məhdudlaşdırılması;
  • qiymət ayrı-seçkiliyinin müəyyən formalarının tam qadağan edilməsi;
  • şirkətlərin səhmlərin nəzarət paketini əldə etməklə birləşməsinin məhdudlaşdırılması, bunun sayəsində azad rəqabətin məhdudiyyətləri yarana bilərdi;
  • direktorların eyni şirkətin nümayəndəliyi vasitəsilə müxtəlif  direktorlar şuralarında qarşılıqlı əlaqələndirilməsinin məhdudlaşdırılması.

Elə 1914-cü ildə Konqres, Kleyton Aktına əlavələrin olduğu Federal ticarət komissiyasının xüsusi aktını qəbul etmişdir. Akt ticarətdə rəqabətli mübarizə üsullarının qeyri-leqallığını müəyyən etmişdi.

1936-cı ildə Kleyton Aktı qiymət ayrı-seçkiliyinə qarşı mövcud qanunu gücləndirən Robinson-Patman Aktı adlanan düzəlişlə tamamlanıb.

1950-ci ildə Seller-Kefover Aktının ortaya çıxması ilə şirkətlərin birləşmələrini daha da məhdudlaşdıran bir dəyişiklik etdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vaqner qanunu barədə məlumat

posted in: Xəbər | 0

Vaqner qanunuABŞ prezidenti Franklin Ruzveltin Yeni kursu çərçivəsində senator Robert Vaqnerin (Robert Wagner) təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən 1935-ci il iyulun 5-də qəbul edilmiş Vaqner qanunu (rəsmi adı Wagner Act – Əmək münasibətləri haqqında milli qanun, National Labor Relations Act) əmək münasibətlərinin tənzimlənməsi barədə qanundur.

Qanunun qəbul edilməsi Böyük depressiya ilə bağlı kəskinləşən sinif ziddiyyətlərini yumşaltmaq zərurətindən irəli gəlirdi.

Vagner qanunu işçilərin kollektiv müqavilələr təşkil etmək və bağlamaq hüququnu elan etdi, bəzi tətillər üçün hüquqları leqallaşdırdı. Qanun işəgötürənlərin kollektiv müqavilələrdən imtina etmələrini, öz şirkətlərinin nəzdində həmkarlar ittifaqlarının yaradılmasını qadağan edirdi.  Bundan əlavə, muzdla işə götürmə zamanı diskriminasiyaya yol verilməsini və ya həmkarlar fəaliyyətində iştirak motivi ilə və ya işçinin qanuni hüquqlarından istifadə etməsinə görə işdən çıxarılmasını qadağan edirdi.

Vaqner qanunu, işdən çıxarılan əməkdaşları bərpa etmək hüququ da daxil olmaqla geniş səlahiyyətlərə sahib üç üzvdən ibarət olan Milli əmək münasibətləri şurasını (National Labor Relations Board) yaratdı. Əmək münasibətləri üzrə Milli şura həmkarlar ittifaqlarının yaradılması prosesini və onların fəaliyyətini müşahidə edirdi. Zərurət yarandıqda o, müəssisədə həmkarlar ittifaqının yaradılması məsələsini qaldıra bilərdi.

Vaqner qanununun konstitusionluğu 1937-ci ildə ABŞ Ali Məhkəməsi tərəfindən qəbul edilmişdir. Federal akt olduğu zamanlarda, qanun yalnız federal əhəmiyyətli müəssisələrdə çalışan işçilərə şamil olunub; ancaq o, ştatların qanunvericiliyinə də təsir göstərmişdi, onların əksəriyyəti Vaqnerin kiçik qanunlarını qəbul etmişdi. Bu qanun 20-ci əsrdə əmək qanunvericiliyinin təşəkkülündə daha əhəmiyyətli addım olmuş, 1936-cı ildə keçirilmiş prezident seçkiləri zamanı həmkarlar ittifaqlarının Franklin Ruzveltə dəstəyini təmin etmişdir.

Təcrübədə Vaqner qanununun tətbiqi sahibkarların müqavimətinə səbəb olmuşdu, onlar yerlərdə öz nüfuzlarından istifadə edərək fəhlələrə güzəştləri minimuma endirməyə çalışırdılar. Həmkarların hüquqlarının genişlənməsinin mənfi tərəfləri də var idi. Həmkarlar ittifaqının üzvü olmadan işə düzəlmək mümkün olmayan “qapalı sexlər” –  müəssisələr yaranmışdı. Bir sıra həmkarlar ittifaqları həm fəhlələrə, həm də sahibkarlara təzyiq göstərən mafiya strukturları tərəfindən idarə olunurdu.

Artıq, 1943 – cü ildə Smit Konneli qanunu qəbul edilmiş və həmkarlar ittifaqlarının bəzi səlahiyyətlərini məhdudlaşdırmışdı. 1947-ci ildə isə əmək münasibətləri haqqında yeni qanun – Taft-Hartley qanunu əslində Vaqner qanununu əvəz etmişdi.

Vaqner qanununun qüvvədə olduğu illər ərzində Amerika həmkarlar ittifaqları üzvlərinin sayı üç dəfə artaraq 15 milyon nəfərə çatmışdı və müəssisələrin böyük əksəriyyətində kollektiv müqavilələr bağlanmışdı.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şimali Koreya dollarla mübarizəyə başlayıb

posted in: Xəbər | 0

Şimali Koreya dollarla mübarizəyə başlayıb

Şimali koreyaŞimali Koreya hakimiyyəti son aylarda ölkə valyutası vonun dəyərdən düşməsinə qarşı mübarizəyə başlayıb. Ölkə səlahiyyətliləri bu məqsədlə xarici valyutaların ölkədə dövriyyəsini qadağan etmək yolu ilə vəziyyəti düzəltməyə çalışırlar. Məlum olay barədə Cənubi Koreyanın kəşfiyyatına istinadən Associated Press agentliyi xəbər verib.

Oktyabr ayında Şimali Koreyanın paytaxtı Pxenyanda böyük miqdarda valyuta dəyişmə işlərinə nəzarət edən ən böyük gizli sahibkarlardan biri həbs edilərək,  edam olunmuşdu. Respublikadakı pərakəndə ticarətin böyük hissəsini əhatə edən ölkənin yüzlərlə sərbəst bazarlarına ABŞ dolları və Çin valyutası yuanın qəbul edilməsi qadağan olunmuşdu.

Bundan əvvəl KXDR rəhbəri Kim Çen In müəssisə və kəndlilərə öz məhsullarının 70 faizə qədərini sərbəst satmasına icazə vermişdi ki, bu da bir növ bazar iqtisadiyyatının yaradılmasına səbəb olmuşdu. Ancaq, hakimiyyətin son hərəkətləri göstərir ki, milli valyutanın çökməsinin qarşısını almaq üçün bu cür spontan ticarətin daha sərt nəzarət altına alınması qərara alınıb.

Analitiklər belə planların uğursuzluğa düçar olacağını gözləyirlər, çünki vətəndaşlar mümkün qədər daha çox xarici valyutanı özlərində saxlamağa üstünlük verərək, hazırkı məhdudiyyətlərin aradan qaldırılması vaxtını  gözləməyə çalışacaqlar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci ildən işəgötürənin əməyin ödənişi fondu üzrə ödənişləri

posted in: Xəbər | 0

əməyin ödənişi fonduBu yazımızda 2021-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik.

2021-ci ildən bütün ölkədə tətbiqinə başlanacaq icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq.

Beləliklə 2021-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.
  • məcburi dövlət sosial sığorta haqqı
  • işsizlikdən sığorta haqqı
  • icbari tibbi sığorta haqqı

İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

  • Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
  • özəl sektorda çalışanların əmək haqqı üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 1%-i, (2022-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində
Göstərilənləri nəzərə alaraq 2021-ci il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı minimum aylıq əmək haqqına bərabər – 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 15%-i, yəni 7.5 AZN, ümumilikdə 44+7.5=51.5 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 1%

44+7.5+1.25+2.5=55.25 AZN

İşəgötürənin 250 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 55.25 AZN olacaq

1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 1%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 80+0.5=80.5

44+1185+40.5+80.5=1350 AZN

İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1350 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN-in 22%-i = 55 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

c) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

55+6.25= 61.25 AZN

İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 AZN olacaq

2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100 manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ədəbiyyat:

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 927 928 929 930 931 932 933 2. 400