Seller-Kefover aktı barədə

posted in: Xəbər | 0

Seller-Kefover aktı

Seller-Kefover aktıSeller-Kefover aktı (Seller-Kefauver antimerger act) – 1950-ci ildə ABŞ-da Kleyton Aktına əlavə olaraq qəbul edilmiş və yalnız səhmlərin alınması (Kleyton aktı ilə nəzərdə tutulmuş) şəklində deyil, həm də müəssisələrin hər hansı aktivlərini satın almaqla birləşmələrin məhdudlaşdırılmasına yönəldilmiş antitrest qanunvericilik aktı idi.

Beləliklə, bu akt qəbul olunandan sonra istənilən birləşmə hökumət tərəfindən baxılma obyektinə çevrilirdi. Bu tendensiyanın zəifləməsi 1980-ci illərdə baş vermişdi. Məsələn, ABŞ hökuməti firmalar üçün Gerfindal indeksinin 2 mindən çox təşkil etməsinə baxmayaraq, 1987-ci ildə Chraysler və American Motors Korporasiyasının birləşməsinə qarşı çıxmadı. Ancaq, bu, American Motors Korporasiyasının çökmə ərəfəsində olması ilə bağlı xüsusi bir haldır. Eyni zamanda, hökumət Coca-Cola və Dr Pepperin birləşməsini də qadağan etmişdi.


Şerman aktı barədə

Kleyton aktı və müddəaları

Vaqner qanunu barədə məlumat


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elon Musk-ın sərvəti 200 milyard dolları ötüb keçdi

posted in: Xəbər | 0

Elon Musk-ın sərvətiSpaceX və Tesla şirkətlərinin qurucusu Elon Musk-ın sərvəti 200 milyard dolları ötüb keçib. Bunu Bloomberg Billionaires Index (BBİ) reytinqinin məlumatları təsdiqləyir.

Qeyd olunur ki sahibkarın sərvəti 14,5 milyard dollar artıb. Reytinqdə ikinci sıranı Amazon şirkətinin rəhbəri Jeff Bezos tutur, onun sərvəti 1,09 milyard artıb və ümumilikdə 186 milyard dollara çatıb.

Üçüncü yerdə Microsoft şirkətinin banisi Bill Gates yerləşib. Onun sərvəti 225 milyon dollar artıb və indi 134 milyard dollar dəyərində qiymətləndirilir.

Yanvarın əvvəlində Tesla şirkətinin səhmlərinin kursunun artması nəticəsində Maskın sərvəti 185 milyard dolları ötüb keçmişdi. Nəticədə, o, üç il ərzində reytinqdə dünyanın ən varlı adamı titulunu özündə saxlayan Amazon şirkətinin sahibi Ceff Bezosu ötüb keçə bilmişdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda eyni şəxsə məxsus 10 şirkət ləğv olunur

posted in: Xəbər | 0

şirkət ləğviAzərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alınmış “AFX İnvest”, “Kral İnvestisiya”, “Faom”, “Qafqaz Star”, “Dəfnə F”, “Tək Ulduz”, “Barok”, “Şah Holdinq”, “Qoşa Qala” və “Qızıl Qala” MMC-lər ləğv olunduğunu elan edib.

“Report” bu barədə Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Sumqayıt şəhəri, Corat ŞTQ, ev 187A ünvanına bildirə bilərlər.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Ordubad filialını da yenilədi

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank Ordubad filialıKapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq Bankın Naxçıvan Muxtar Respublikası ərazisində olan filiallarında biznes proseslərin və filialların transformasiyası layihəsi həyata keçirilib. Layihə çərçivəsində bütün filiallarda 5 ay ərzində biznes proseslər optimizasiya olunub.

Hazırki mərhələdə layihə çərçivəsində Kapital Bank-ın Ordubad filialının yeni ofis binası müştərilərin istifadəsinə verilib. Ordubad şəhəri, Mənsur Ağa küçəsi 6 ünvanında yerləşən filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Kapital Bank-ın qeyd olunan filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 924 925 926 927 928 929 930 2. 400