Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (4-cü hissə)
Əmək məzuniyyəti barədə daha az bildiklərimiz

Hissəli əmək məzuniyyəti
Qanunvericiliyə əsasən əmək məzuniyyəti hissəli verilə bilər. Bu şərtlə ki, bir hissənin müddəti 2 təqvim həftəsindən az olmamalıdır. Bu ona imkan verir ki, ən azı ildə bir dəfə işçi 14 gün tam məzuniyyətdə ola bilsin.
Əmək məzuniyyətindən geri çağırılan işçinin mütləq bilməsi lazımdır.
İşçi yalnız öz razılığı ilə, əmrlə və istehsalat qəzası yaxud təxirəsalınmaz hallarda (sübut edilməlidir) məzuniyyətdən geri çağırıla bilər. Geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas

Vüsal Mahmudovun təqdimatında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün 11 yanvar 2021-ci il tarixində saat 19:00-da “idarəetmə keyfiyyətinin təmin olunması” mövzusunda online təlim keçiriləcək.
Ekspert yaxın 10 il ərzində artıq lazımsız olma riski altına düşən peşələrin adı çəkilib. SuperJob iş axtarışı üzrə xidmətin prezidenti Aleksey Zaxarovun sözlərinə görə, söhbət mühasiblərdən, sürücülərdən və taksi sürücülərindən gedir, deyə “İzvestiya” qəzeti yazır.
Şerman aktı trest yaradılması yolu ilə azad ticarətə maneələri (inhisarçılıq) və bu məqsədlə sövdələşməyə getməyi cinayət olaraq elan edən ilk antitrest (antiinhisar) ABŞ qanunu idi. Akt, federal prokurorların üzərinə bu cür cinayət birliklərini mühakimə etmək vəzifəsini qoymuşu və cərimələr, müsadirə və 10 ilə qədər həbs cəzaları şəklində cəzalar təyin etmişdi. Şerman aktının əhəmiyyətli bir hissəsi bu günə qədər fəaliyyət göstərir, o, ABŞ-ın federal Kodeksinə (15-ci hissə, 107-ci paraqraflar) daxil edilmişdi.