» » » Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (3-cü hissə)

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (3-cü hissə)

posted in: məzuniyyət, Xəbər | 0
birbank biznes

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz

əmək məzuniyyəti

Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir.

Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq.

Əmək məzuniyyətinin hesablanması qaydası və işdən azad olunarkən ödənilən məbləğ.

Məzuniyyət hüququ təqvim ili ilə hesablanmır.

Bəli. Bu qanunvericiliyin tənzimlədiyi mühüm məsələlərdən biridir. Belə ki, məzuniyyət hüququ iş ili əsas götürülməklə yaranır. Daha dəqiq desək işçinin işə başladığı gündən növbəti ilin həmin gününədək olan müddət iş ili sayılır.

Misal. A adlı şəxs sürücü ştatı üzrə 2017-ci il may ayının 5-i işə başlayıbsa, onun iş ili 2018-ci il may ayının 5-də başa çatmış sayılır və bu müddət ərzində onun qanunvericiliklə müəyyən edilmiş məzuniyyət hüququ yaranır. Həmin işçinin göstərilən misalda nəzərdə tutulmuş iş ili ərzində məzuniyyət hüququndan istifadə etməməsi ya kompensasiya almaq, ya da növbəti iş ilinin məzuniyyəti ilə birləşdirmək imkanı verir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun