» » » Rusiyalı milyarderlərin sərvəti hesablanıb

Rusiyalı milyarderlərin sərvəti hesablanıb

posted in: Xəbər | 0
birbank biznes

Rusiyalı milyarderlərin sərvəti hesablanıb

rusiyalı milyarderlərin sərvəti2020-ci ildə rusiyalı milyarderlərin sərvəti 13,8 milyard dollar artıb, bunu Bloomberg Billionaires Index (BBI) reytinqinin məlumatlarına əsasən RİA Novosti hesablayıb.

Sərvətini ən çox biznesmen və senator Süleyman Kərimov və Əlişir Usmanov (“Metalloinvest”, “Meqafon”) artırıblar.

Sözügedən indeks milyarderlərin səhmlərə sahib olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. BBI reytinqinə dünyanın ən zəngin 500 adamının adı daxil edilir, o cümlədən həmin siyahıda 22 nəfər rusiyalının adı da vardır.

“Nornikel”in əsas sahiblərindən biri sayılan Vladimir Potanin ən zəngin rusiyalı sayılır. Onun sərvəti 1,98 milyard dollar artaraq, 30 milyard dollara yüksəlib. İkinci yerdə kapitalı 219 milyon dollar artırmaqla, 24,8 milyarda çatan “Novatek” şirkətinin başçısı Leonid Mixelson qərarlaşıb.

Üçüncü yerdə isə HLMK-nın əsas benefisiarı Vladimir Lisin yerləşib, onun sərvəti 2,47 milyard dollar artaraq, 23,9 milyarda çatıb.

Sonrakı yerləri “Severstal”ın əsas sahibi Aleksey Mordaşov (onun kapitalı 3,11 milyard artaraq 23,1 milyarda yüksəlib) və Əlişir Usmanov (onun sərvəti 4,46 milyard dollar çoxalıb və 21,1 milyarda çatıb) tuturlar.

Ən böyük zərərə isə “Lukoyl”un sahibi Vahid Ələkbərov məruz qalıb. Belə ki, il ərzində onun sərvəti 4,99 milyard dollar azalıb. Hazırda 17,3 milyard dollar təşkil edir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun