» » » Mühasib peşəsi nə ilə cəlbedicidir?

Mühasib peşəsi nə ilə cəlbedicidir?

posted in: Xəbər | 0
birbank biznes

MühasibBir çoxları mühasib işini cansıxıcı və darıxdırıcı hesab edir. Hər tərəfdə rəqəmlər, daim təkrarlanan əməliyyatlar, yaradıcılığın mövcud olmaması. Lakin, təcrübə keçən bir mühasib olduğunuz zaman sizin fikriniz qəti şəkildə dəyişiləcək!

Beləliklə, təcrübə keçən mühasiblərin işində bir çox üstünlüklər  var:

  • Məntiqi düşüncə inkişaf edir. Əməliyyatların formalaşdırılması ilə müqayisədə yapon krossvordları və rebusları uşaq oyuncağı kimi bir şeydir! Və biri hobbidirsə – iş yerində hər bir şeyi bir-biri ilə düzgün “əlaqələndirmək” çox yüksək dəyərləndirilir. Əlbəttə, zaman keçdikcə bu və ya digər hesabı necə etməklə bağlı məsələ sanki “avtomatik” həllini tapır.
  • Bacarıqlar yaranır. Təkrar – biliyin anasıdır. Və başlanğıcda çox çətinliklə yerinə yetirilən əməliyyatlar, bir neçə cəhddən sonra elə də çox vaxt aparmır. Bunun hesabına iş günü ərzində istirahət və özünütəhsil üçün vaxt ayırmaq mümkün olur.
  • Özünə intizam yaxşılaşır. Mühasibatlıqda istənilən xırdalıqlar, istənilən detal çox vacibdir. Hər bir şey “qəpiyinə kimi” düz gəlməlidir! Bu ayarı normal qəbul edərək şəxsi büdcənizi daha diqqətlə planlaşdırmağa və idarə etməyə başlayırsınız, bu da sizi əsassız xərclərdən qoruyur.
  • Daim yeni informasiya axını. Əgər Siz rəqəmlərlə “dostluq edirsinizsə”, quru sənədlər və hesabların arxasında biznesin aparılması ilə bağlı çox maraqlı təsviri görmək mümkündür. Axı, firmada bütün təsərrüfat əməliyyatları mühasibin əlindən gəlib keçir. Təhlilə meyilli olan şəxs mühasibatlıq üzrə rəhbərliyin idarəetmə qərarlarının effektivliyini izləyə bilər. Mühasib firmanın işinin nə qədər gəlirli olduğunu görür. Şirkətin bağlanması və ya işçi sayının azaldılması barədə xəbəri eşitməsi onun üçün sürpriz olmayacaq, beləliklə işlərinizi vaxtında hazırlamaq və dəyişdirmək üçün vaxtınız ola biləcək. Bundan əlavə, müasir həyat mühasibdən çeviklik və daimi ixtisasartırma tələb edir. Bu vəzifədə fasiləsiz özünütəhsil lazım gəlir, çünki qanunvericilik dəyişir, yeni alətlər, proqramlar və texnologiyalar meydana çıxır. Bir sözlə, darıxmaq üçün vaxt qalmır.
  • Stabillik.  Birincisi, işin təxmini həcmi əvvəlcədən məlumdur və planlaşdırmaya tabedir. “Dünənki gün üçün” nadir hallarda nəsə edirsən. İkincisi, mütəxəssislərə olan tələbat həmişə yüksək olaraq qalır. 40-50 yaşlarında bir mühasib belə yeni vakansiya üçün imtina ilə təhdid edilmir. Əksinə, təcrübə həmişə yüksək qiymətləndirilir.
  • Ünsiyyət. Mühasib bir çox insanlarla təmasda və ünsiyyətdə olur. Bu ünsiyyət zamanı özünəinam yaranır, “yox” demək, təkid etmək və müxtəlif  həmsöhbətlərə yanaşma tapmaq bacarığı formalaşır.
  • Hakimiyyət. Sizin hətta müəssisə direktorundan hesabat tələb etmək hüququnuz var. Sadə əməkdaşlar isə sizinlə yaxşı münasibətlər qurmaqda maraqlı olacaqlar, çünki bir çoxlar şeylər Sizdən asılıdır. Məsələn, ödənişlərin vaxtında olması, maaşların verilməsi və s.
  • Özünüzə işləmək üçün imkan yaranır. Hazırda bir çox kiçik müəssisələr mühasib ştatı saxlamırlar, bunu daha çox kənardan olan mütəxəssislərə həvalə edirlər. Yaxşı mütəxəssis olsanız, Siz bir və ya bir neçə firma üçün işləri görə bilərsiniz. Bu zaman ən əsası, vaxtınızın ağası da özünüz olacaqsınız, eləcə də gəlirləriniz artacaq. Və əgər öz şirkətinizi qurmaq istəsəniz, onda mühasibatlıqla bağlı incəliklər  sizdən ötrü heç də “qaranlıq meşə” olmayacaqdır.
Gördüyünüz kimi, mühasib – heç də yalnız kağız-kuğuz arasında eşələnən bir insan deyildir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun