» » » Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (2-ci hissə)

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (2-ci hissə)

posted in: məzuniyyət, Xəbər | 0
birbank biznes

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz

 

əmək məzuniyyəti

Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir. Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq.

Yoldaşlarının hesabına əmək məzuniyyəti hüququ əldə edən kişilər barədə

Əmək Məcəlləsinin 130-cu maddəsinin “b” bəndinə əsasən yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək məzuniyyət hüququ verilir. Amma…

Amması odur ki, bu hüquq heç də kişilərə ödəniş əldə etmək imkanı verməməsidir. Ona görə ki, bu hüququ ödənişsiz məzuniyyət hüququdur. Daha anlaşılan dildə desək, bu 14 gün məzuniyyətdə olan müddət sayılır, lakin tamamilə ödənişsiz olacaqdır. Nəzərə alsaq ki, doğuşla əlaqədar xərclərin çoxluğu ön planda olur, bu baxımdan da kişilərin bu hüquqlarından imtina etməyi tamamilə təbii haldır.

Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz