» » » Gələcəkdə lazım olmayan peşələrin adı çəkilib

Gələcəkdə lazım olmayan peşələrin adı çəkilib

posted in: Xəbər | 0
birbank biznes

peşəEkspert yaxın 10 il ərzində artıq lazımsız olma riski altına düşən peşələrin adı çəkilib. SuperJob iş axtarışı üzrə xidmətin prezidenti Aleksey Zaxarovun sözlərinə görə, söhbət mühasiblərdən, sürücülərdən və taksi sürücülərindən gedir, deyə “İzvestiya” qəzeti yazır.

Onun sözlərinə görə, mühasiblərə tələbat rəqəmsallaşmanın və elektron sənəd dövriyyəsinə kütləvi keçidin artması fonunda  aşağı düşür.

Sürücüləri isə gələcəkdə pilotsuz idarə olunan avtomobillər sıxışdırıb aradan çıxara bilər. “Hazırda konveyrlərdən çıxacaq yeni yük avtomobilləri üçün ya artıq indidən pilotsuz idarə olunma avadanlıqları ilə təchiz olunma imkanları nəzərdə tutulur, yaxud da bütün avtomobil istehsalçıları tərəfindən belə bir imkan ən yaxın vaxtlarda həyata keçiriləcək”, – mütəxəssis belə söyləyib.

Zaxarovun sözlərinə görə, önümüzdəki illərdə xarici dil müəllimləri də bazarda tələbolunma riski ilə üzləşə bilərlər: bu da bir çox cəhətdən texnologiyaların inkişafı ilə bağlıdır. O, dillərin öyrənilməsinin artıq bir çoxlarından ötrü  hobbiyə çevrildiyini, eyni zamanda elektron xidmətlərin tərcümə üçün effektivliklərini artırdığını bildirib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun