» » » Şerman aktı barədə

Şerman aktı barədə

posted in: Xəbər | 0
birbank biznes

Şerman aktıŞerman aktı trest yaradılması yolu ilə azad ticarətə maneələri (inhisarçılıq) və bu məqsədlə sövdələşməyə getməyi cinayət olaraq elan edən ilk antitrest (antiinhisar) ABŞ qanunu idi. Akt, federal prokurorların üzərinə bu cür cinayət birliklərini mühakimə etmək vəzifəsini qoymuşu və cərimələr, müsadirə və 10 ilə qədər həbs cəzaları şəklində cəzalar təyin etmişdi. Şerman aktının əhəmiyyətli bir hissəsi bu günə qədər fəaliyyət göstərir, o, ABŞ-ın federal Kodeksinə (15-ci hissə, 107-ci paraqraflar) daxil edilmişdi.

Qanun layihəsinin təşəbbüskarı – 1890-cı ildə  –  senator və Senatda respublikaçılar fraksiyasının rəhbəri olmuş siyasətçi Con Şermanın adını daşıyır. Şermanın qanun layihəsi Senat tərəfindən 1890-cı il aprelin 8-də (1 səs əleyhinə, 51 səs lehinə olmaqla) nümayəndələr palatası tərəfindən yekdilliklə qəbul edilmişdi. Prezident Harrison tərəfindən imzalandıqdan sonra 1890-cı il iyunun 20-də qanuni qüvvəyə minmişdi.

Şerman aktı fərdi olaraq Con Rokfeller və onun Standard Oil şirkətinə qarşı, həm də ticarət azadlığının (həm ABŞ, həm də beynəlxalq dövlətlər arasında) açıq-aşkar məhdudiyyətlərinə qarşı (inhisarçılıq) yönəldilmişdi. Qanunda verilmiş trestin tərifi (“müqavilə, trest formasında birləşmə və ya ticarəti məhdudlaşdıran başqa formada…”), həm kommersiya müəssisələrinin birliklərinə qarşı, həm də həmkarlar ittifaqlarına qarşı istifadə etməyə imkan verdi; antihəmkarlar boşluğu 1914-cü il Kleyton aktı ilə aradan qaldırıldı.


Kleyton aktı və müddəaları


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun