Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (2-ci hissə)

posted in: məzuniyyət, Xəbər | 0

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz

 

əmək məzuniyyəti

Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir. Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq.

Yoldaşlarının hesabına əmək məzuniyyəti hüququ əldə edən kişilər barədə

Əmək Məcəlləsinin 130-cu maddəsinin “b” bəndinə əsasən yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək məzuniyyət hüququ verilir. Amma…

Amması odur ki, bu hüquq heç də kişilərə ödəniş əldə etmək imkanı verməməsidir. Ona görə ki, bu hüququ ödənişsiz məzuniyyət hüququdur. Daha anlaşılan dildə desək, bu 14 gün məzuniyyətdə olan müddət sayılır, lakin tamamilə ödənişsiz olacaqdır. Nəzərə alsaq ki, doğuşla əlaqədar xərclərin çoxluğu ön planda olur, bu baxımdan da kişilərin bu hüquqlarından imtina etməyi tamamilə təbii haldır.

Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Mühasibləri xoşbəxt edən nədir?

posted in: Xəbər | 0

mühasib xoşbəxtMühasibləri xoşbəxt edən nədir? (mühasiblərin özlərindən eşidilənlər)

Svetlana Pozova

Kitabımı yazarkən, bəzən məndə ilham və ya geri əlaqə çatışmırdı və həmin vaxtlarda “Balans” Ümumukrayna mühasibatlı klubunun səhifələrində biz iştirakçılardan onları nələr ruhlandırır mövzusunda şərhlər yazmalarını xahiş etdik və mühasiblərin özləri kiçik qeydlər yazdılar:

  1. İllik hesabat və ya istənilən hesabatın təqdimatı zamanı.
  2. Mühasib daim məşğuldur, deməli, pis beyində fikirlər üçün vaxt yoxdur və bu, səni darıxmağa qoymur.
  3. Qanunvericiliyi oxumaq və başa düşmək bacarığı! Bu, həm də qeyri-mühasib həyatında insanı vəziyyətdən çıxarır.
  4. Vergi orqanında vaxtında qeydiyyata düşmək, mən, ümumiyyətlə, bunu  olimpiya oyunlarının yeni idman növünə bərabər tuturam.
  5. Olduqca yaradıcı və çox maraqlı işdir!!! Xüsusilə ukrayna reallığında, sadəcə daim özünü təkmilləşdirirsən, öz işimə heyranam. Mən bunu əlbəttə əsas məsələ haqqında deyirəm, ilkin sənədlərdən isə hər hansı zövq almaq çox çətindir, prosesi koordinasiya etmək və şirkətdə qərarların qəbul olunmasından ötrü mərkəzlərdən biri olmaq isə, bax, bu çox əladır!

İndi isə, Gəlin birlikdə “Mühasibin xoşbəxtliyi haqda kitab” yaradaq!

Məhz, tükənmə anında belə bir kitabı açmaq və həvəsləndirici ifadələri, praktik mühasiblərdən sitatları oxumaq faydalı olacaqdır. Şübhəsiz ki, bu həm yeni başlayanlar və həm də peşədə uzun müddət məşğul olanlar üçün faydalı olacaqdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (1-ci hissə)

posted in: Xəbər | 0

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz

əmək məzuniyyəti

Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir. Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq.

Uşağa qulluğa görə verilən qismən ödənişli sosial məzuniyyət hüququ

Əmək Məcəlləsinin 127.1-ci maddəsinə görə uşaq 3 yaşına çatanadək valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağa qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət hüququ əldə edir. Onu da qeyd edək ki, bu 3 yaşadək olan dövr əmək məzuniyyətinin yaranması üçün staj müddəti hesab edilməyən dövr sayılır. Daha doğrusu bu il ərzində işçinin ödənişli məzuniyyət hüququ yaranmır. Həmçinin xatırladaq ki, bu dövrdə verilən ödəniş isə blogumuzda olan uşaq pulu ödənişi kimi başa düşülməlidir.

Bu hissə ilə bağlı isə yekunda qismən ödənişli sosial məzuniyyət hüququnun həm birdəfəlik, həm də hissəvi olmasını qeyd etməyi vacib hesab edirik.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üzrə dövriyyə-qalıq cədvəlinin hazırlanması üçün excel faylı

posted in: Excel, Xəbər | 0

2021-ci il üzrə dövriyyə-qalıq cədvəlinin hazırlanması üçün excel faylı

Bəzən mühasibat uçotunu yeni öyrənən zaman və əməliyyat sayı az olan şirkətin balansının yaradılması üçün dövriyyə-qalıq cədvəlinə ehtiyac yaranır.
Ümid edirik ki, təqdim etdiyimiz excel faylı sizin köməyinizə gələcəkdir. İstifadə etmədən öncə mütləq təlimatı oxuyun və unutmayın ki, fayl 2013-dən sonrakı Excel versiyalarında işləyir.
Faylı yükləyin: 2021-ci il üzrə dövriyyə-qalıq cədvəlinin hazırlanması üçün Excel faylı (5129 downloads )

2021-ci il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

2021-ci il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 928 929 930 931 932 933 934 2. 400