Rezident vergi ödəyicilərinin mənfəətinin (gəlirinin) müəyyən olunması

posted in: Xəbər | 0

vergi ödəyiciləriVergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Qanunvericiliyin tələbini iqtisadçı Mahmud Abasquliyev belə izah edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarının 6.1-ci maddəsində göstərilib ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir. Qərara əsasən, vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında:
M = G : ( 100 + R) x R-dir.
Burada:
M- vergi ödəyicinin mənfəəti;
G- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir;
R – şərti rentabellik normasıdır.

Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında hesablama isə belə aparılır:
M = X : 100 x R
Burada:
M- vergi ödəyicisinin mənfəəti;
X- vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclərdir.

Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20% səviyyəsində götürülür. Vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən çəkilmiş xərclərə Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.

Misal: Tutaq ki, “ZZ” MMC-nin il ərzində göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirləri 105.000 manat olub. Bu müddətdə çəkilən xərclərin sənədləri fövqəladə hal nəticəsində yararsız vəziyyətə düşüb. Bu halda mənfəət vergi orqanı tərəfindən şərti rentabelliyə əsasən hesablanacaq:

M=G: (100 + R) x R

M=105.000 : 120% x 20% = 17.500 manat

MV = 17.500 x 20% = 3500 manat.

Beləliklə, nəzərdən keçirdiyimiz misalda şirkətin mənfəət vergisinin məbləği 3500 manat təşkil edir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

posted in: Xəbər | 0

2021-ci il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

Əmək Haqqı cədvəli

Bildiyimiz kimi, 2021-ci il 1 yanvar tarixindən Əmək haqqı tutulmalarında olacaq dəyişikliklər İcbari Tibbi sığorta məbləği ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə hesablamalar aşağıdakı kimi olacaqdır:

  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2021-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2022-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2021-ci ildə 1 faizi, 2022-ci ildən etibarən isə 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əmək haqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əmək haqqısı olan işçisinin  2020 və 2021-ci il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:

2020 2021
Əmək Haqqı Məbləği 500 500
Gəlir vergisi (işçi tərəfindən) 0 0
Pensiya Fondu (işçi tərəfindən) 36 36
Pensiya Fondu (işəgötürən tərəfindən) 89 89
İşsizikdən Sığorta Haqqı (İşçi tərəfindən) 2,5 2,5
İşsizikdən Sığorta Haqqı (İşəgötürən tərəfindən) 2,5 2,5
İcbari Tibbi Sığorta Haqqı (İşçi tərəfindən) 0 5
İcbari Tibbi Sığorta Haqqı (İşəgötürən tərəfindən) 0 5
İşçinin aldığı net əmək haqqı 461,5 456,5

 

2021-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən və neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linklərdən yükləyə bilərsiz.

Yüklə: 2021-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün Əmək Haqqı cədvəli (10367 downloads )

Yüklə:  2021-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün Əmək Haqqı cədvəli (5289 downloads )

Müəllif: Ramin Ramazanov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

On milyonlarla insan çox kəskin yoxsulluq həddinə çatıb

posted in: Xəbər | 0

On milyonlarla insan çox kəskin yoxsulluq həddinə çatıb

yoxsulluq32 milyondan çox insan koronavirus pandemiyasına görə kəskin yoxsulluq həddinə düşə bilər. Bu haqda BMT-nin ticarət və inkişaf  üzrə Konfransının hesabatında belə deyilir.

Ekspertlər qeyd edirlər ki, pandemiya gün ərzində 1,9 dollardan az məbləğə həyat sürən insanların sayını üç faizlik bənd həddində artıracaq. Hesabatda deyilir ki, ən güclü iqtisadi ziyan Afrika ölkələri və kiçik ada dövlətləri tərəfindən hiss olunacaq.

On milyonlarla insan artıq yoxsulluq həddinə çatıb. Hesabatda pandemiyanın yoxsul ölkələri 30 il ərzində ən pis iqtisadi göstəricilərə, gəlir səviyyəsinin düşməsinə, məşğulluq itkisinə və büdcə kəsrinin artmasına səbəb olacağı proqnozlaşdırılır.

Bu ilin iyun ayında Rusiya ifrat yoxsulluq üzərində qələbə qazandığı barədə hesabat vermişdi. Noyabrda BMT-dən bildiriblər ki, dünya ölkələrinin üçdə ikisində maaşlar azalıb və ya əvvəlkindən daha zəif artıb. Böhran xüsusilə də qadınların və aşağı maaşlı işçilərin qazancına ciddi təsir göstərib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avtomobil konserni evdən işləyən əməkdaşlarına min avro pul paylayacaq

posted in: Xəbər | 0

Avtomobil konserni evdən işləyən əməkdaşlarına min avro pul paylayacaq

avroDaimler alman avtomobil konserni koronovirus pandemiyasına  görə, evdən çalışan əməkdaşlarına kompensasiya qismində min avro pul paylayacaq. Reuters-in verdiyi məlumata görə, firma işçilərini şəxsi və iqtisadi narahatlıqlarına görə bu cür kompensasiya etməyə çalışır.

Bonusun Almaniyada təxminən 160 min Daimler işçisi tərəfindən alınması planlaşdırılır. “Koronavirus üzündən 2020-ci il xüsusilə çətin bir ilə çevrilib. Bu qeyri-adi zamanda şirkət həmişə işçilərimizin çevikliyinə və hazırlığına ümid edə bilərdi”, – şirkətdən etiraf ediblər.

Noyabr ayının sonunda Amazon əlavə ödənişlər edəcəyini elan etdi: dekabrda işə görə reteyler işçilərə 500 milyon dollar məbləğində bonuslar verməyə hazırdır. Dəqiqləşdirilir ki, tam iş günü ərzində işləyən əməkdaşlar 300 dollar, natamam iş günündə işləyənlər isə 150 dollar alacaqlar. Anbar işçilərinə və kuryer-sürücülərə bonuslar veriləcək, sərbəst sürücülərə gəldikdə, dekabr ayında ən azı 20 saat işləmək şərti ilə onların hər birinə 100 dollar veriləcək.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 931 932 933 934 935 936 937 2. 400