Belarusda ölkədən çıxışa görə vergi tutulacaq

posted in: Xəbər | 0

Belarusda ölkədən çıxışa görə vergi tutulacaq

ölkədən çıxışa görə vergiBelarus Respublikasında “Vergi Məcəlləsinin dəyişdirilməsi haqqında” qanun layihəsini artıq parlamentin nümayəndələr palatası qəbul edib. Maliyyə Naziri Yuri Selivestorov layihə ilə bağlı rəsmi açıqlama verərək bildirib ki, yeni qaydaya əsasən, hökumət ölkə sərhədini keçmək müqabilində pul yığımı tətbiq etmək səlahiyyəti əldə edə bilər.

Sənəddə göstərilir ki, deputatların vilayət şuraları çəkisi 5 tonadək olan nəqliyyat vasitələrinin ölkə sərhədlərindən çıxışı zamanı üç baza məbləğindən (81 Belarus rublu və ya 32 dollar) artıq olmamaq şərti ilə yerli yığım tətbiq edə bilərlər.

Qanun layihəsinə əsasən, nəqliyyat vasitələrindəki sərnişinlərin sayı yığımın məbləğinə təsir etməyəcək. Yeni yığımın dövlət və hökumət rəhbərlərinə, diplomatlara, ailə üzvlərinin və yaxın qohumlarının dəfn mərasiminə gedən şəxslərə, əlillərə, eləcə də İkinci Dünya Müharibəsi iştirakçılarına və onları müşayiət edən şəxslərə aid nəqliyyat vasitələrinə tətbiq olunmaması təklif edilib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Azərsu” auditor seçir

posted in: Xəbər | 0

Auditor, audit,“Azərsu” ASC 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının audit olunması xidmətlərinin satınalınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 25-i, saat 14:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə fevralın 2-si, saat 14:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Nəticələr fevralın 3-ü, saat 14:00-da portal vasitəsi ilə açıqlanacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək

posted in: Xəbər | 0

maliyyə dəstəyiAzərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılacaq. Birinci istiqamət – pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. 22 minə yaxın vergi ödəyicisini əhatə edəcək bu tədbir çərçivəsində pandemiyanın zərər çəkmiş sahələrdə çalışan 200 min nəfərdən çox muzdlu işçinin əmək haqlarının müəyyən hissəsi ödəniləcək. Bu məqsədlə sahibkarlara dövlət tərəfindən 52,5 milyon manat həcmində maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş müəssisələr də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər. Belə ödəyicilər üçün müraciət forması əvvəlki kimidir. Müraciət qaydası ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://www.youtube.com/watch?v=UWJjEV35ALE&feature=emb_logo

İkinci istiqamət – pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir. Bu tədbir pandemiyadan zərər çəkmiş sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 90 minə yaxın fərdi sahibkara dövlət tərəfindən 30,5 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödəniləcək. Bu istiqamət üzrə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.

Sahibkarlara yenidən maliyyə dəstəyinin göstərilməsi barədə qərar yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılmasına xidmət edir.

İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı artıq Maliyyə Nazirliyinə təqdim edilib. Qısa müddət ərzində maliyyə dəstəyinin sahibkarların bank hesablarına köçürülməsi təmin ediləcəkdir.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Şuşada ilk bankomatını və ödəniş terminalını quraşdırdı

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankMüştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, işğaldan azad edilən Şuşa şəhərində daha bir yeniliyi təqdim etdi. Belə ki, Şuşada fəaliyyət göstərən Bolmart marketində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.

Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Şuşada olan AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb və mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə Şuşaya getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 921 922 923 924 925 926 927 2. 388