Kapital Bank artıq Qubadlıda!

posted in: Xəbər | 0

Kapital Bank işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində işlər həyata keçirməyə davam edir. Belə ki, Qubadlı rayonunun Xanlıq kəndində fəaliyyət göstərən marketlərin birində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.

Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında Şuşada olan “Bolmart” marketində bankomat və ödəniş terminalı yerləşdirilib.

Həmçinin, AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb, mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə işğaldan azad olunan rayonlara getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (8-ci hissə)

posted in: Xəbər | 0

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz 

əmək məzuniyyəti

Hamiləliyə görə qismən ödənişli məzuniyyət hüququ

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Bu 56 günlük məzuniyyət müddətinə xanımın doğuşu çətin olduqda və 2 və çox uşağı dünyaya gətirdikdə 14 günlük müddət də əlavə edilir.

Əmək məzuniyyəti hansı halda başqa vaxta keçirilir?

Məlum olduğu kimi iş ili başa çatanadək işçi məzuniyyət hüququndan istifadə etməlidir. Əgər işçi məzuniyyət hüququndan istifadə etməzsə, onda işçinin həmin iş ili üzrə müəyyən edilmiş məzuniyyət müddətini növbəti işi ilinə birləşdirərək birlikdə cəmlənmiş məzuniyyət götürə bilər.

Belə olduğu təqdirdə işəgötürənin mütləq təşəbbüsü, işçinin isə razılığı olmalıdır ki, bitmiş işi ilinin məzuniyyəti növbəti işi ili ilə birləşdirilsin

Əgər işçi növbəti iş ilinin məzuniyyəti ilə əvvəlki iş ilinin məzuniyyətini birləşdirmək istəməzsə, belə olduğu təqdirdə işçiyə mütləq kompensasiya ödənilməlidir. Onu da xatırladaq ki, işəgötürən kompensasiya ödənişindən imtina etdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimələnə bilər.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hədiyyə kartı ilə satış zamanı NKA çeki verilməlidir?

posted in: sual-cavab, Xəbər | 0

Hədiyyə kartı ilə satış zamanı NKA çeki verilməlidir?

hədiyyə kartıSual: “A” MMC hədiyyə kartı satır, hansı ki həmin kartla alıcı televizor əldə edə bilir. Fiziki şəxs Vəli 500 manatlıq hədiyyə kartı alır və kartı digər fiziki şəxsə – Əliyə hədiyyə verir. Əli 600 manatlıq TV alır – 100 manatı öz bank kartından, 500 manatı hədiyyə kartından ödəyir. Bu hər iki əməliiyyat zamanı hansında NKA çeki olacaq və www.edvgerial.az saytından kim və hansı məbləğdən istifadə edə biləcək?
Cavab: Bildiririk ki, cəmiyyət tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartına görə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir. Bu zaman hədiyyə kartının satışına görə və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

Mənbə: taxes.gov.az


Həmçinin bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fransalı bankir Bencamin de Rotşild vəfat edib

posted in: Xəbər | 0

Fransalı bankir Bencamin de Rotşild vəfat edib

Fransalı bankir baron Bencamin de Rotşild ömrünün 57-ci ilində İsveçrənin Prenyi bölgəsində öz malikanəsində vəfat edib. Bu haqda yanvarın 16-da France-Presse (AFP) agentliyinə istinadən TASS agentliyi xəbər verib.

“Arian de Rotşild (milyarderin həyat yoldaşı) və onun qızı, böyük kədərlə Bencamin de Rotşildin vəfatı ilə əlaqədar xəbər verir”, – ailənin bəyanatında belə deyilir.

Qeyd olunur ki, bankirin ölümünə ürək tutması səbəb olub.

De Rotşild 1963-cü ildə Fransada Neyi-syur-Sendə anadan olmuşdu və Rotşildlər maliyyə sülaləsinin fransız qolunun nümayəndəsi idi. Onun atası Edmon de Rotşild olub. 1997-ci ildən Bencamin, Edmond de Rothschild Holding-in fərdi bank xidmətləri və aktivlərinin idarə edilməsi üzrə ixtisaslaşan Edmond de Rothschild-ə nəzarət edən direktorlar şurasına rəhbərlik edib. AFP-nin məlumatına görə, qrupun aktivlərinin dəyəri təxminən 160 milyard avro dəyərində qiymətləndirilir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 919 920 921 922 923 924 925 2. 400