Maliyyə fırıldaqçıları tərəfindən mənimsənilən vəsait gəlirdən çıxılan xərc hesab edilirmi?
Maliyyə fırıldaqçıları tərəfindən mənimsənilən vəsait gəlirdən çıxılan xərc hesab edilirmi?
Sual: Şirkət xaricə pul ödəyir, lakin ödəniş hackerlər tərəfindən ələ kecirilərək öz hesablarına yönləndirilir. Şirkətin bu zərəri gəlirdən çıxılan xərc hesab edilirmi?
Cavab: Bildirirk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Buna əsasən sorğuda göstərilən halda cəmiyyət tərəfindən xaricə pul ödənişi edilən zaman ödənişin maliyyə fırıldaqçıları tərəfindən mənimsənilməsi ilə bağlı yaranmış zərərin xərclərə aid edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.
Mənbə: taxes.gov.az




Məlumat verdiyimiz kimi Kapital Bank tərəfindən yaradılan “Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri təşkil edilir. Növbəti tədbir, qürbətdə və Azərbaycanda yaşayan mütəxəssislər qrupundan ibarət “International Community of Azerbaijan”ın təşkilatçılığı ilə 10 yanvar 2021-ci il tarixində olub. “Qarabağın səsi” (“Voice of Karabakh”) adlı onlayn tədbiri keçirməkdə məqsəd, Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardım göstərməkdir.