Onlayn satış zamanı pul bank hesabına daxil olmasına baxmayaraq NKA çeki də verilməlidir?

posted in: sual-cavab, Xəbər | 0

Bina tikintisi vergi öhdəlikləriSual: “A” MMC pərakəndə satışı həyata keçirir. Satış həm mağazada, həmdə internet üzərindən onlayn həyata keçirilir. Alıcı internet üzərindən onlayn qaydada mal alır (misal üçün televizor). Onlayn satış üçün MMC bank hesabı açıb və satışdan gələn vəsait həmin hesaba mədaxil olunur. Sual ondan ibarətdir ki, alıcıya nəzarət-kassa çeki təqdim olunmalıdır? Olunmalıdırsa necə?

Əksər alıcılar onlayn alış edir, lakin NKA çekini əldə etmirlər. NKA çeki verilirsə, bu zaman “A” MMC-nin həm cari hesabına həmdə NKA çekinə vəsait daxil olmuş olur. Bu halda ƏDV hesabatı necə veriləcək? Pos-terminal vasitəsi ilə satış zamanı NKA çeki olur və Dövriyyədə NKA çeki nəzərə alınır.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Eyni zamanda cəmiyyətinizin fəaliyyət növü pərakəndə satış olduğundan cəmiyyət tərəfindən pərakəndə qaydada satış zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada – bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mallara görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir. Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mallara görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük xidməti bəzi plastik əşyaların idxalını qadağan edib

posted in: Xəbər | 0

gömrük“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda qeyd edilir.

Mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Dövlət Gömrük Komitəsi bu qəbildən olan məhsulların idxalı ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (9-cu hissə)

posted in: Xəbər | 0

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz

əmək məzuniyyəti

Məzuniyyət ərizəsi nə vaxt yazılmalıdır?

Əmək Məcəlləsinə görə məzuniyyət əmri işçi məzuniyyətə çıxmazdan 5 gün əvvəl verilməli və işçi bu əmrlə tanış edilməli olduğu üçün məqsədəuyğundur ki, məzuniyyətə çıxma barədə ərizə məzuniyyətə çıxmazdan azı 6 gün əvvəl verilsin. Onu da nəzərə almaq olar ki, bu günlər təqvim günləri qismində hesablanır.

Məzuniyyət haqqı nə vaxt ödənilməlidir?

Qanunvericiliyə görə işçiyə məzuniyyətə çıxmazdan 3 gün əvvəl artıq məzuniyyət haqqı ödənilmiş olmalıdır. Əgər bu müddət ərzində işçiyə məzuniyyət haqqı ödənilməz və məzuniyyət başlananda ödənilmiş olarsa, bu halda işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı məzuniyyət haqqının ödənilmə vaxtı olaraq hesablana bilər.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişib

posted in: Xəbər | 0

birdəfəlik müavinətPrezident İlham Əliyev “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara vəzifə maaşının 6 misli qədər birdəfəlik müavinət veriləcək və bu məbləğdən vergi tutulmayacaq.

Xitam vermə ilə bağlı həmin bəndlər aşağıdakılardır:

– yaş həddinə çatdığına görə;

– pensiyaya çıxmaq hüquqi verən xidmət illərinə görə;

– təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya göstərilən vəzifəli şəxs belə vəzifəyə keçirilmədən imtina etdikdə;

– vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə;

– müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə;

Xatırladaq ki, indiyə qədər qüvvədə olan Əsasnaməyə görə, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara xidmət illərindən asılı olaraq (10 ilə qədər — aylıq vəzifə maaşının 5 mislində; 10 ildən 15 ilə qədər —aylıq vəzifə maaşının 10 mislində; 15 ildən 20 ilə qədər — aylıq vəzifə maaşının 15 mislində; 20 ildən yuxarı — aylıq vəzifə maaşının 20 mislində) birdəfəlik müavinət verilirdi.

Bundan başqa, Əsasnamənin 95-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı normativ-hüquqi aktlarla tənzimlənəcək. İndiyə qədər pul mükafatları gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq verilə bilərdi.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 917 918 919 920 921 922 923 2. 400