İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

posted in: Xəbər | 0

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

müavinətİşəgötürən işçini ixtisar etdiyi halda işçiyə xəbərdarlıq müddəti əvəzinə əməkhaqqı verilir. Bu zaman işdənçıxarma müavinəti də ödənilməlidirmi?

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, karantin rejimində bəzi hallarda işəgötürən müəyyən qrup işçilərin ixtisarına qərar verir. Bəs işçinin xəbərdarlıq müddəti əvəzinə ödəniş alması prosesi necə baş verir?

Misal: İşəgötürən pandemiyanın təsiri nəticəsində orta aylıq əməkhaqqı 400 manat, iş stajı 1 ilədək olan işçinin ixtisar edilməsinə qərar verir. İşəgötürən işçinin razılığı ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə, orta aylıq əməkhaqqının 0,5 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verir.

Burada maraq doğuran sual budur ki, işəgötürən bu ödənişlə yanaşı, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında işdənçıxma müavinətini ödəməlidirmi?

Bəzi ekspertlər hesab edirlər ki, işçi xəbərdarlıq müddətini gözləmədən iki həftə işləməklə həm əməkhaqqı, həm də işdənçıxma müavinətini almalıdır. İşəgötürəni qane edir ki, işçi iki həftə işə gəlməsin, bunun müqabilində ona həm xəbərdarlıq əvəzinə ödənişi, həm də işdənçıxma müavinətini ödəsin.

Digər mövqeyə görə, xəbərdarlıq əvəzinə verilən ödəniş elə işdənçıxma müavətini əvəz etdiyi üçün işçiyə hər hansı əlavə ödəniş olunmasına ehtiyac yoxdur.

Əmək Məcəlləsinin 77-ci maddəsində işçinin əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqəlar xitam verildikdə təminat olaraq xəbərdarlıq müddəti əvəzinə əməkhaqqının və işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulur və bu ödənişlərin hər ikisi işçiyə verilməlidir.
İşçi xəbərdarlıq müddətində işləmək istəməsə, öz arzusu ilə xəbərdarlıq müddətini gözləmədən bu müddət üçün (və ya xəbərdarlıq müddətinin qalan mütənasib hissəsi üçün) müəyyən edilən orta əməkhaqqını ala və işdən azad ola bilər. Adətən, bu, işçi özünə yeni iş tapanda baş verir. Bu halda, işdənçıxarma müavinət -i də mütləq ödənilməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!

posted in: Bank, BirBank, Kapital Bank, Xəbər | 0

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, edvgerial.kapitalbank.az portalını istehlakçıların ixtiyarına verdi. Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir.

Layihə çərçivəsində BirBank mobil tətbiqi istifadəçiləri üçün daha asan funksional təqdim edilib. Belə ki, BirBank mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini BirBank vasitəsilə idarə edə bilirlər. Həmçinin virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.

Növbəti yeniliyə əsasən ƏDV-nin geri alınması zamanı BirBank istifadəçiləri daha çox qazanmaq imkanı əldə ediblər. Belə ki, BirBank-da Visa digital kart yaradaraq yığılan vəsaiti həmin karta köçürənlər əlavə pul qazanırlar. Visa şirkəti ilə birgə keçirilən kampaniyaya əsasən, digital karta 10-20 AZN aralığında vəsait köçürənlər əlavə 2 AZN, 20 AZN-dən daha çox vəsait köçürənlər isə əlavə 5 AZN hədiyyə qazanırlar.

Qeyd edək ki, BirBank-da yaradılan digital card-larda eyniləşdirilmiş kartlar üzrə illik 15 000 AZN, eyniləşdirilməmiş kartlar üzrə isə aylıq 100 AZN / illik 1000 AZN dövriyyə limiti nəzərə alınmalıdır. Kampaniyada ilk 30 000 müştəri qalib ola biləcək. Ətraflı məlumat üçün – https://kbl.az/edvdc .

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatasında yeni şöbə və bölmə yaradılıb

posted in: Xəbər | 0

Auditorlar Palatasında yeni şöbə və bölmə yaradılıb

Auditorlar Palatası

Auditorlar Palatasında Auditin təşkili və təhlili şöbəsi, eləcə də Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsi yaradılıb.

Bu barədə quruma istinadən xəbər verilir.

Məlumata görə, yeni şöbəyə rəhbərlik Nigar İsmayılovaya, yeni bölməyə rəhbərlik isə Şəfəq Əliyevaya həvalə olunub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank 2020-ci ilin nəticələrini elan edib

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank-ın aktivləri 1 yanvar 2021-ci il tarixinə 5,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2021-ci il tarixinə 3,8 milyard manat olub.

Bankın 1 yanvar 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 537 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 916 917 918 919 920 921 922 2. 400