Kapital Bank-ın aktivləri 1 yanvar 2021-ci il tarixinə 5,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2021-ci il tarixinə 3,8 milyard manat olub.
Bankın 1 yanvar 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 537 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.